İqtisadi və sosial coğrafiya

Dünyanın siyasi xəritəsinin formalaşması

  • Yazar
  • 07-sen-2025, 14:40
  • 38 Baxış

     Dünyanın müasir siyasi xəritəsində 230-dan çox ölkə vardır. Ölkələrin sayının çoxluğu onların ətraflı öyrənilməsini bir qədər çətinləşdirir.
Bu səbəbdən dünya ölkələrinin müxtəlif xüsusiyyətlərinə görə təsnifatı aparılır.

Siyasi xəritənin formalaşması bəşəriyyətin inkişafını əks etdirən bir prosesdir. Yüz illər ərzində dövlətlərin yaranması və parçalanması, sərhədlərin dəyişməsi, yeni torpaqların kəşfi və müstəmləkələrə çevrilməsi, dünyanın böyük dövlətlər tərəfindən bölüşdürülməsi siyasi xəritədə öz əksini tapmışdır. Dünyanın müasir siyasi xəritəsi iqtisadi coğrafiyanın qolu olan siyasi coğrafiya tərəfindən öyrənilir.

Dünyanın siyasi xəritəsinin formalaşmasında 4 mərhələ ayrılır: 1. Qədim dövr. 2. Orta əsrlər dövrü. 3. Yeni dövr. 4. Ən yeni dövr.

Qədim dövr eramızın V əsrinə qədər davam etmişdir. Bu dövrdə Avropa və Şərq sivilizasiyalarının ilk quldar dövlərləri – Qədim Misir, Karfagen, Qədim Yunanıstan, Qədim Roma, həmçinin Hindistan, Çin yaranmışdır.

Orta əsrlər dövrü V–XV əsrləri əhatə edir. Bu dövrdə feodal dövlətlər üstünlük təşkil etmişdir. Kiyev Rus dövləti, Bizans, “Müqəddəs Roma imperiyası”, Osmanlı imperiyası, Portuqaliya, İspaniya, İngiltərə belə dövlətlərdəndir.

Yeni dövr XV–XVI əsrlərdə Böyük Coğrafi kəşflərdən XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu dövr ərzində Avropa sivilizasiyası dövlətləri dəniz səyahətləri nəticəsində öz ərazilərini genişləndirmiş və çoxlu müstəmləkələrə sahib olmuşdur. Yeni dövr I Dünya müharibəsinin başlanması ilə sona çatmışdır.

Ən yeni dövr I Dünya müharibəsinin sonunda başlamış, indi də davam edir. Bu dövrdə dünya iri dövlətlər tərəfindən yenidən bölüşdürüldü və siyasi xəritədə əsaslı dəyişikliklər baş verdi. XX əsrdə baş verən çoxlu sayda mühüm siyasi hadisələr ən yeni dövrdə bir neçə yarımmərhələ ayırmağa imkan verir:

1. XX əsrin birinci yarısı (40-cı illərə qədər). Bu zaman baş verən əsas hadisələr I Dünya müharibəsi və Rusiyada oktyabr inqilabı idi. Bu hadisələr Avropanın siyasi xəritəsində sərhədlərin xeyli dəyişməsinə səbəb oldu.

2. XX əsrin 40–50-ci illərindən 1960-cı ilə qədər olan mərhələ. İkinci Dünya müharibəsi, sosializm sisteminin yaranması, Almaniyanın bölünməsi və s. hadisələr bu illərdə baş vermişdir.

XX əsrin 60–80-ci illərini əhatə edən mərhələ. Bu dövrdə müstəmləkə sistemi dağıldı. Asiya və Afrikanın əksər ölkələri siyasi müstəqillik əldə etdi. SSRİ və Qərb ölkələri arasında sürətlə silahlanma və “soyuq müharibə” siyasəti həyata keçirildi.

4. XX əsrin 90-cı illərindən indiyə qədərki dövr. Bu yarımmərhələdə sosializm sistemi, o cümlədən SSRİ dağıldı və onun yerində 15 müstəqil dövlət yarandı. Onların çoxu (Baltikyanı ölkələr və Gürcüstandan başqa) MDB-də (Müstəqil Dövlətlər Birliyi) birləşdi, sonra Çexoslovakiya iki ölkəyə, Yuqoslaviya isə 6 dövlətə bölündü. Hazırda dünyanın siyasi xəritəsində cəmi 5 sosialist dövləti qalmışdır: Çin, Kuba, Vyetnam, Koreya Xalq Demokratik Respublikası (KXDR) və Laos.

SİYASİ XƏRİTƏDƏ DƏYİŞİKLİKLƏR
1.Keyfiyyət dəyişiklikləri
1. Müstəmləkələrin müstəqillik əldə etməsi.
2. Dövlət idarəetmə formasının və inzibati ərazi
quruluşunun dəyişməsi.
3. Dövlətlərarası ittifaq və təşkilatların yaranması
və ya ləğvi.
4. Dövlətlərin müxtəlif təşkilatlarla əməkdaşlıq
etməsi.
5. Ölkələrin iqtisadi, mədəni və sosial inkişafı
2.Kəmiyyət dəyişiklikləri.
1. Yeni kəşf olunan ərazilərin ölkələrə
birləşdirilməsi.
2. Müharibələr nəticəsində ərazilərin zəbt
edilməsi.
3. Ölkələrin könüllü birləşməsi və parçalanması.
4. Ölkələrin könüllü torpaq güzəştləri.
5. Su hövzələrinin qurudulması nəticəsində
ölkələrin sahəsinin böyüməsi.
Siyasi proqnozlara görə, yaxın gələcəkdə dünyanın siyasi xəritəsi böyük dəyişikliklərə məruz qalacaq. Buna səbəb ölkələr arasında birləşmək istəyindən daha çox, etnik prinsiplər əsasında dövlətlərin çoxaldılması meyillərinin hələ də üstün olmasıdır.
Dünyanın 7 ölkəsində dəniz sahillərinin qurudulması işi geniş miqyas almışdır. Bu ölkələrə ABŞ, Yaponiya, Çin, Sinqapur, BƏƏ, Qatar və Niderland aiddir.
                                                                                                                                             Aygün Qurbanova
MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə; 050-768-97-12
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?