Dünyanın iqlim qurşaqları və iqlim tipləri
- Yazar
- 06-yan-2025, 02:26
- 1 144 Baxış
Yerin iqlim qurşaqlarının formalaşması, əsasən,
coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə
bucağının dəyişməsi, səth örtüyünün xarakteri, atmosfer
dövranı və ya hava kütlələrinin hərəkəti ilə bağlıdır.
Bunlar əsas iqliməmələgətirən amillər sayılır. Əsas
iqlim qurşaqlarında ilboyu eyniadlı hava kütlələri hakim
olur. Keçid iqlim qurşaqlarının özünəməxsus hava
kütlələri olmadığından onlar fəsillər üzrə qonşu iqlim qurşaqlarının hava kütlələrinin
təsirinə məruz qalır. Məsələn, subekvatorial qurşaqda yayda ekvatorial, qışda tropik
hava kütlələri hakim olur. Bu səbəbdən burada yay isti və rütubətli, qış isə isti və
quraq keçir.
İqlim qurşaqlarının formalaşmasında əsas amillərdən başqa, relyef, okeanlar və okean cərəyanları, dəniz səviyyəsindən hündürlüyün rolu da böyükdür. Bu amillərin təsiri ilə quruda böyük ərazi tutan iqlim qurşaqlarında kəskin iqlim fərqləri yaranır. Tropik, subtropik və mülayim iqlim qurşaqları daxilində iqlim fərqləri daha çox olduğundan onların daxilində müxtəlif iqlim tipləri və ya vilayətləri ayrılır.
Mülayim qurşaqda təbii şəraitin daha mürəkkəb olduğu Avrasiyada dörd iqlim tipi müşahidə edilir: 1) materikin qərbində Atlantik okeanı sahillərində ilboyu rütubətli mülayim dəniz iqlimi; 2) Xəzər dənizi və Ural dağlarına qədər olan ərazilərdə mülayim-kontinental iqlim; 3) iqlimin daha sərt olduğu Sibir və Mərkəzi Asiyada kontinental (kəskin kontinental) iqlim tipi; 4) Sakit okean sahillərində yayın rütubətli və sərin, qışın isə soyuq, nisbətən quraq olduğu musson iqlim tipi.
Ekvatorial iqlim tipi
Şimal subekvatorial iqlim tipi
Cənub subekvatorial iqlim tipi
Tropik qurşaqda tropik rütubətli və tropik səhra iqlim tipləri müşahidə olunur. Bu iqlim tiplərinin yaranmasının əsas səbəbi materiklərin sahillərindən keçən isti və soyuq cərəyanların təsiridir.
Materiklərin şərq sahillərində isti cərəyanlar və okeandan əsən passatlar rütubətli tropik iqlimin, qərb sahillərindəki soyuq cərəyanlar isə tropik səhra iqliminin formalaşmasına səbəb olur.
Cənub yarımkürəsində iqlim fərqləri şimala nisbətən az müşahidə edildiyindən burada iqlim tiplərinin də sayı azdır. Bu, quru ərazisinin nisbətən kiçik sahə tutması ilə bağlıdır.
Bərabərrütubətlənən tropik iqlim tipi
Tropik səhra iqlim tipi
Mülayim dəniz - London
Mülayim kontinental - Moskva
Kontinental - Şərqi Sibir
Mülayim musson - Sakit okean sahilləri
Subtropik qurşaq qərbdən şərqə doğru böyük məsafədə uzandığından burada da mülayim qurşaq kimi dörd iqlim tipi yayılmışdır: