Fiziki coğrafiya

Hava kütlələri və atmosfer cəbhələri

  • Yazar
  • 05-yan-2025, 23:25
  • 88 Baxış

 

Troposferin ümumi fiziki xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s.) malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri* adlanır. Yer səthində aşağıdakı hava kütlələri ayrılır.

Ekvatorial hava kütlələrinin təsiri ilə ekvatorial enliklərə bol yağıntılar düşür, burada temperatur yüksəkdir. Yağıntıların düşməsi havanın yuxarıya hərəkəti ilə əlaqədardır. Yuxarı qalxan hava axınları tədricən soyuyur, tərkibindəki su buxarı kondensasiya olunur və bulud əmələ

Hava kütlələri və atmosfer cəbhələrinin yerləşməsi
gəlir. Tropik hava kütlələri Şimal və Cənub tropikləri ətrafında formalaşır. Burada temperatur yüksək, hava quru və tozludur. Hava axınları aşağı hərəkət etdiyinə görə doyma vəziyyətindən uzaqlaşır və yağıntılar az olur.

Mülayim hava kütlələri 50-60° şimal və cənub enlikləri ətrafında formalaşır. Hava mülayim və yağıntılı 

olur. Arktika hava kütləsi* Arktika zonasında yaranır, aşağı temperaturu, az rütubətliyi, yüksək təzyiqi və aydın havası ilə seçilir. Antarktika hava kütləsi Antarktida üzərində formalaşır. Yayda və qışda kəskin şaxtalar, güclü küləklər olur. Qütblər yüksək atmosfer təzyiqi sahəsi olduğuna görə hava quru və şəffafdır.

Formalaşdığı əraziyə uyğun olaraq dənizkontinental hava kütlələri ayrılır. Dəniz hava kütlələri okeanlar və dənizlərin üzərində formalaşır. Onlar yüksək rütubətliyi, havanın sutkalıq və illik temperatur amplitudunun az olması ilə fərqlənir. Materiklərin daxilində kontinental hava kütlələri yaranır. Burada hava quraq keçir, temperatur amplitudu yüksəkdir. Tropik, mülayim və arktika hava kütlələri dəniz və kontinental tiplərə ayrılır.

Azərbaycanda yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Ona görə yay isti və quru, qış yağıntılı və mülayim keçir. Hava kütlələrinin yerini dəyişməsi il ərzində Günəşin üfüqdə vəziyyətinin dəyişməsi ilə əlaqədardır.

Hava kütlələri arasındakı keçid zonalar atmosfer cəbhələri* adlanır. Formalaşdığı əraziyə görə arktika, antarktika, mülayimtropik atmosfer cəbhələri ayrılır. Onlara planetar atmosfer cəbhələri deyilir. Arktika və mülayim hava kütlələri arasında arktika cəbhəsi (cənubda antarktika) yerləşir. Mülayim və tropik hava kütlələri arasında mülayim cəbhələr, tropik və ekvatorial hava kütlələri arasında tropik cəbhələr yaranır.

Planetar cəbhələrin daxilində isti və soyuq cəbhələr yaranır. Əgər isti hava soyuq havanı sıxışdırırsa, onda isti cəbhə yaranır. Bu zaman temperatur

İsti cəbhə
1-laylı yağış buludları; 2- yüksək-laylı buludlar;
3- lələkvari-laylı buludlar; 4-lələkvari buludlar
Soyuq cəbhə
1-laylı-yağış buludları; 2-yüksək-laylı buludlar; 3-laylı-topa
buludlar; 4-topa-yağış buludları; 5-yüksək-topa buludları
artır, atmosfer təzyiqi azalır, yağıntı düşür. Soyuq hava isti havanı sıxışdırırsa,soyuq cəbhə əmələ gəlir. Soyuq cəbhədə hava soyuyur, atmosfer təzyiqi artır, güclü külək əsir, ildırım çaxır. Nəticədə leysan yağışları yağır.
            Aygün Qurbanova
Miq, abituriyent və sertifikasiya hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 0507689712
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?