Xəritə və onun növləri
- Yazar
- 30-avq-2024, 13:20
- 199 Baxış
Coğrafiya xəritələrinin rolu böyükdür. Xəritələr coğrafi biliklərin ən mühüm mənbəyidir. Xəritələrin köməyi ilə ərazi haqqında məlumat əldə edilir, təbiətdə baş verən hadisə və proseslər öyrənilir, coğrafi obyektlərin yeri müəyyən edilir. İnsanların gündəlik həyatında coğrafiya xəritələri böyük əhəmiyyət kəsb edir. Xəritələrdə informasiyaların verilməsi, biliklərin əldə edilməsi imkanları onların miqyası ilə yanaşı, məqsədindən, məzmunundan, təsvir edilən ərazilərin sahəsindən də asılıdır.
Tədris xəritələrində coğrafi obyekt və hadisələr xüsusi olaraq seçilir. Ona görə yalnız ən vacib olanları göstərilir. Bu zaman, əsasən, fiziki, siyasi və kontur xəritələr daha böyük əhəmiyyət kəsb edir.
Yer səthini təsvir etmək üçün coğrafiya xəritələrindən geniş istifadə olunur. Coğrafiya xəritələrində plandan fərqli olaraq, yerin bütün səthini və ya onun böyük hissələrini görə bilərsiniz. Məsələn, fiziki xəritələrdə dağlar, düzənliklər, dənizlər, çaylar, bəzən faydalı qazıntıların yerləşməsi əks etdirilir. Ölkələri, onların sərhədlərini, paytaxtlarını əks etdirən xəritələr siyasi xəritələr adlanır. Fiziki və siyasi xəritələrlə yanaşı, xüsusi bir növ kontur xəritələr də var. Kontur xəritələrdə yalnız coğrafi obyektlərin sərhədləri və dərəcə toru göstərilir. Bu cür xəritələrdən istifadə etməklə coğrafi obyektlər öyrənilir və onlar müstəqil olaraq qeyd edilir.
Tədrisdə istifadə edilən ən mühüm mənbələrdən biri də dünyanın siyasi xəritəsidir. Burada dünyada mövcud olan bütün müstəqil dövlətlər və asılı ərazilər, onların dövlət sərhədləri, paytaxt şəhərləri və digər mühüm yaşayış məntəqələri göstərilir. Xüsusi olaraq yarımkürələr formasında da dünyanın siyasi xəritəsi tərtib olunur. Burada ölkələrin sərhədləri və onların paytaxt şəhərləri qeyd olunur.
•Kontur xəritə ilə işləmək
- İlk növbədə kontur xəritənin adı yazılmalıdır.
- Təsvir edilən mövzunun adına uyğun olaraq qəbul edilmiş şərti işarələr, kontur xəritənin xüsusi olaraq ayrılmış yerində yazılmalıdır.
- Tərtib olunan kontur xəritənin çərçivəsi, ölkələrin sərhədləri qeyd edilməlidir.
- Kontur xəritələrin coğrafiya xəritəsi ilə müqayisəli şəkildə işlənilməsi, yazılan coğrafi obyektlərin adlarının düzgünlüyünün yoxlanılması vacibdir.
- Coğrafi adların yerinin düzgün müəyyən edilməsi üçün kontur xəritələrdə meridianlar və paralellərdən istifadə edilməlidir.
Kontur xəritələr üzərində yazıların aydın oxunması üçün müxtəlif rənglərdən istifadə etmək olar, məsələn, əksər coğrafi obyektlərin adları qara rənglə, su obyektlərinin adları (çaylar, göllər, dənizlər) çox vaxt göy rənglə verilir.
- Kontur xəritədə yazılması mümkün olmayan müəyyən adları nömrələməklə aşağıda, xüsusi olaraq ayrılmış yerdə yazmaq olar.
- Kontur xəritədə işlər tamamlandıqdan sonra müəllimə təhvil verilməlidir.
- Yazılar çap hərfləri ilə yazılmalıdır.
Xəritələr miqyasına, məzmununa və əhatə etdiyi ərazilərə görə qruplara ayrılır.
Miqyası 1:10 000-dən 1:200 000-ə qədər olan xəritələr böyük miqyaslıdır. Onlara topoqrafik xəritələr* də deyilir. Bu xəritələr üzrə dəqiq ölçmə işləri aparmaq olar. Miqyası 1:200000-dən 1:1000000-a qədər olan xəritələr orta miqyaslıdır. Onlara icmal-topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə çox dəqiqlik tələb etməyən ölçmə işləri aparmaq olar. Miqyası 1:1000000 və daha kiçik olan xəritələr kiçik miqyaslı xəritələrdir. Onlara icmal xəritələrdə deyilir.
Əhatə etdiyi əraziyə görə coğrafi xəritələr aşağıdakı qruplara ayrılır: 1) dünyanın və yarımkürələrin xəritələri; 2) materiklərin, okeanların və onların bir hissəsinin xəritələri; 3) ölkələrin və onların bir hissəsinin xəritələri. Bəzən yarımkürələrin və okeanların xəritələri ayrıca götürülür.
Məzmununa görə ümumcoğrafi və xüsusi (tematik) xəritələr ayrılır. Ümumcoğrafi xəritələrdə həm fiziki- coğrafi, həm də iqtisadi- coğrafi obyektlər göstərilir. Onların üzərində bütün coğrafi obyektlər (çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar) eyni səviyyədə təsvir edilir. Ümumcoğrafi xəritə ərazi üzrə ümumi tanışlıq, üzərində təsvir edilən hadisələrə
Aygün Qurbanova
Fərdi və ya qrup şəklində keçilən MİQ , sertifikasiya və abituriyent hazırlıqlarımıza qoşulmaq üçün müraciət edə bilərsiniz
Əlaqə:0507689712