Fiziki coğrafiya

Xəritədə təsvir üsulları və təsvir vasitələri

  • Yazar
  • 30-avq-2024, 15:32
  • 203 Baxış

 

Tematik xəritələrdə müxtəlif təsvir üsulları tətbiq edilir. Bu üsullara keyfiyyət fonu, izoxətlər, hərəkət xətləri, areal, nöqtələr üsulu və s. daxildir.

Keyfiyyət fonu üsulu* təsvir olunan bütün ərazi hansısa keyfiyyət əlamətinə görə fərqləndirildikdə tətbiq olunur. Bu zaman xəritədə müxtəlif rəng çalarları istifadə edilir. Məsələn,

Naxçıvan MR-də yağıntıların paylanması
fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, iqlim xəritələrində yağıntıların paylanması bu üsulla təsvir olunur.

İzoxətlər üsulu* xəritədə hər hansı hadisə və prosesləri xarakterizə edir. İqlim xəritəsindəki izotermlər, izobarlar, izogiyetlər, eləcə də fiziki xəritədə relyefi ifadə edən horizontallar (izohipslər) izoxətlərlə göstərilir

İzoterm-eyni temperatura malik nöqtələri birləşdirən səlis əyri xətlərdir

İzobat-eyni dərinliyə malik nöqtələri birləşdirən səlis əyri xətlərdir.

İzohips(horizontal)-eyni hündürlüyə malik nöqtələri birləşdirən səlis əyri xətlərdir

İzogiyet-eyni yağıntıya malik nöqtələri birləşdirən səlis əyri xətlərdir.

İzoqalin - eyni duzluluğa malik nöqtələri birləşdirən səlis əyri xətlərdir.

İzoqamin- eyni buxarlanma qabiliyyətinə malik nöqtələri birləşdirən səlis əyri xətlərdir.

Nöqtələr üsulu ilə kənd əhalisinin yerləşməsi və sayının təsviri

Nöqtələr üsulu* ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, eləcə də onların kəmiyyət göstəriciləri verilir. Nöqtələrin ölçüləri və sayı onların kəmiyyət göstəricilərini ifadə edir. Bu üsul əhalinin yerləşməsini, heyvanların sayını göstərir.

Areal üsulu* da xəritələrdə coğrafi obyektlərin yayıldığı əraziləri təsvir edir. Faydalı qazıntıların, bitki və heyvan növlərinin yayıldığı sahələr arealların köməyi ilə göstərilir. Arealları təsvir etmək üçün əvvəlcə xəritədə konturlar çəkilir, sonra isə göstərilən elementlərin yayılma sahəsi rənglənir və ya müxtəlif şərti işarələrlə qeyd olunur.

Böyük Qafqazın şimal-şərq yamacı. Areal üsulu ilə ərazinin bölünməsi
 Hərəkət xətləri üsulu* yer səthindəki obyektlərin hərəkət istiqamətini göstərir. Okean cərəyanları, çayların axın istiqaməti, dənizdə gəmilərin hərəkəti, təyyarələrin, avtomobillərin, qatarların hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə ifadə edilir.
 Xəritələrdə təsvir vasitələri
Keçmiş zamanlarda xəritələr səyyah, dənizçi və tacirlərin danışıqları əsasında tərtib olunurdusa, hazırda bu işlə coğrafiyanın bir sahəsi olan, ciddi riyazi prinsiplərə əsaslanan kartoqrafiya və ya xəritəşünaslıq elmi məşğul olur. Təsvir olunan ərazi haqqında məlumatlar - ərazinin aerokosmik fotoçəkilişləri vasitəsilə əldə edilir və bunun əsasında topoqrafik xəritə tərtib olunur.
Xəritə ilə yanaşı, coğrafiyaçılar başqa təsvir vasitələrindən - xəritə-sxem, kartoqram və kartodiaqramlardan da istifadə edirlər.

Xəritə-sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi, sadələşdirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi təsviridir. Xəritə-sxemlərdə qrafika üsulundan (qrafik təsvirlər) istifadə edilir.


Xәritә-sxem. “İçәrişәhәr”.
1. Qız qalası, 2. Cümə məscidi, 3. Hamam, 4. Qala divarı.

Kartoqram - coğrafi xəritədə hər hansı bir kəmiyyət göstəricisinin ərazi daxilində dəyişməsini vizual əks etdirən təsviridir. Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər və nöqtələrlə ifadə olunur.


Kartoqram. “Dәnli bitkilәrin mәhsuldarlığı”.

Kartodiaqram coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim edilən xəritədəki diaqramda dairənin böyüklüyü bu şəhərdə sənaye sahələrinin gücünü bildirir.


Kartodiaqram. “Sәnaye sahәlәri”.
1. Qida sənayesi, 2. Yüngül sənaye. 3. Maşınqayırma.
 Beləliklə, xəritə, xəritə-sxem, kartoqramkartodiaqram təbii, iqtisadi göstəriciləri, eləcə də baş verən coğrafi prosesləri əks etdirmək məqsədilə tərtib olunur. Onlar yeni yaşayış məntəqələrinin planlaşdırılması, müəssisələrin tikilməsi, müəyyən ərazilərdə əhali və təsərrüfatın səmərəli yerləşdirilməsi zamanı istifadə edilir. 
                 Aygün Qurbanova

Fərdi və ya qrup şəklində keçilən MİQ , sertifikasiya və abituriyent hazırlıqlarımıza qoşulmaq üçün müraciət edə bilərsiniz 

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?