Bermud adaları və Bermud uçbucağı
- Yazar
- 10-dek-2024, 01:05
- 35 Baxış
Bermud adaları Atlantik okeanında, ABŞ-ın sahillərindən 900 km məsafədə yerləşir. Onlar dünyanın ən şimal enliklərində yaranan mərcan mənşəli adalardır. Mərcan riflərinin yaranmasına isti Qolfstrim cərəyanı təsir edir. Adalar 1522-ci ildə ispan dənizçisi X.Bermudes tərəfindən kəşf edilmişdir və onun adını daşıyır. Bermud adalarına 138-dən çox ada daxildir. Onlar vulkan mənşəli süxurlar üzərində mərcanların formalaşması və inkişafı prosesində əmələ gəlmişdir. Əhalinin su ilə təminatı üçün yağış suları toplanır. İsti Qolfstrim cərəyanının təsiri ilə yumşaq və rütubətli iqlim formalaşır. Adalarda çoxlu bitki növləri, o cümlədən manqr cəngəllikləri geniş yayılır. Lakin burada əkinçiliklə məşğul olmaq demək olar ki, mümkün deyildir, yeganə ixrac edilən kənd təsərrüfatı məhsulu güllərdir. 1990-cı illərdə turistlərin sayı azalmışdır, lakin turizm təsərrüfatın ən mühüm sahəsi olaraq qalır. Turistlərin 80%-i ABŞ-dan gəlir.
Bermud adalarında xidmət sənayesi, o cümlədən sığorta işi inkişaf etmişdir, həmçinin xüsusi vergi sistemi qəbul edilmişdir. Bu sistem adaları dünyada ən cəlbedici ofşor, yəni vergi və digər maliyyə əməliyyatlarının aparılması zamanı xüsusi güzəştlər verilən zonalar hesab etməyə imkan verir. Adalarda ilk ingilis yaşayış məntəqəsi 1609-cu ildə salınmışdır. O dövrdən Bermud adaları Böyük Britaniyanın müstəmləkəsi olaraq qalır. Ərazi 1968-ci ildə özünüidarə etmək hüququ almışdır. Qaradərili qulların, portuqal və ingilis miqrantlarının nəsillərindən ibarət olan əhalinin həyat səviyyəsi çox yüksəkdir. 1995-ci ildə Bermud adalarının sakinləri tam müstəqilliyin əleyhinə səs vermişlər.
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km²) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.
On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia
On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir.
1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf etdi. Buranı Şeytan adası adlandırdı. Elə onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırıldı. Atlantik okeanın bu müəmmalı rayonuna həm ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gəlmişdir. Saysız-hesabsız fərziyyələr irəli sürülmüşdür, çoxlu kitablar yazılmışdır, amma bu müəmmalı yerin sirri hələ də açılmamışdır. Təqribən 20-ci əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başladı. «Bermud üçbucağının» müəmmalarına maraq göstərən tədqiqatçılar keçmiş zamanlardan indiyə kimi məlumat toplayırlar. Atlantik okeanın bu ərazisindən keçən Xristofor Kolumb müşahidə etdiyi qəribə hadisələri qələmə almışdır.Ən məşhur hadisə isə «Meri Selist» gəmisinin «Bermud üçbucağında» yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) «Deja Qrasiya» adlanan ingilis gəmisi təsadüfən «Meri Selist» gəmisinə rast gəlir. Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı. Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyid və digər əlamətlər aşkar olunmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verib. 1840-cı il. Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın «Rozali» gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəminin jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da «Bermud üçbucağı»-nın qeyri-adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan «Mariya Çelesta» gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı.
Aygün Qurbanova
Miq , sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz
əlaqə: 0507689712