Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi

Xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23 sentyabrdan etibarən metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz edilib.

Aygunqurbanova.comOxu.az-a istinadən xəbər verir ki, indiyə qədər hər iki stansiyadan 700 min nəfərdən çox sərnişin pulsuz istifadə edib. Bu proses nə vaxta qədər davam edəcək və adıçəkilən stansiyalardan pulsuz istifadə nə vaxt başa çatacaq?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, prosesin başa çatacağı vaxt hələlik məlum deyil:

"Hazırda "Avtovağzal" və "Xocəsən" stansiyalarında ödənişsiz keçidin davam edəcəyi konkret tarix müəyyən edilməyib. Bununla bağlı qərar nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında veriləcək".

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın