Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

UNEC ilə Gürcüstan universitetləri arasında strateji tərəfdaşlıq genişlənir

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında iştirak edir.

UniversitetdənAygunqurbanova.com-a bildirilib ki, rektor Ədalət Muradov konfransın “Ali təhsildə Gürcüstan–Azərbaycan əməkdaşlığı: dialoqdan strateji tərəfdaşlığa” adlı panelində çıxış edib. Rektor Gürcüstan universitetləri ilə əməkdaşlığın inkişafına dair UNEC-in yanaşma və baxışlarını bölüşüb, universitetlərarası tərəfdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Konfrans çərçivəsində UNEC ilə Gürcüstanın bir sıra ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb. Sənədlər Gürcüstan Milli Universiteti, Qori Dövlət Universiteti, Batumi Şota Rustaveli Dövlət Universiteti, Biznes və Texnologiya Universiteti, Yeni Baxış Universiteti və Gürcüstan İctimai Əlaqələr İnstitutu ilə əməkdaşlığı əhatə edir.

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın