Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

Bu nəticə ilə UNEC Azərbaycanda birincidir

Bu nəticə ilə UNEC Azərbaycanda birincidir

Dünya üzrə 2004 ali təhsil müəssisəsi arasında UNEC 582-ci, Asiya üzrə 850 universitet arasında 150-ci, Qərbi Asiyada isə 193 universitet arasında 31-ci yerə yüksəlib.

Aygunqurbanova.comxəbər verir ki, dayanıqlı inkişafın hər üç əsas istiqaməti – İdarəetmə (Governance), Ətraf mühitə təsir (Environmental Impact) və Sosial təsir (Social Impact) üzrə UNEC-in Azərbaycanda birinci olması bu uğuru xüsusilə fərqləndirir.

Məşğulluq və karyera imkanları üzrə 84,2 bal toplanması, ətraf mühit istiqamətində isə nəticənin 57,3 baldan 81 bala yüksəlməsi UNEC-in əmək bazarı ilə əlaqələrinin və ekoloji məsuliyyətinin gücləndiyini göstərir.

Qeyd: QS World University Rankings: Sustainability universitetlərin ekoloji dayanıqlılıq, bərabərlik, sağlamlıq və rifah, təhsilin təsiri, elmi tədqiqatlar və korporativ idarəetmə kimi istiqamətlər üzrə fəaliyyətini 50-dən çox göstərici əsasında qiymətləndirir. Reytinqin əsas məqsədi universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) verdiyi töhfəni və cəmiyyətə göstərdiyi müsbət təsiri müəyyən etməkdir.

  • Zoom

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın