Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

LDU-da Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

LDU-da Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. 

Aygunqurbanova.comxəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Ramiz Şəmmədov iştirakçıları universitetin rektoru, professor Natiq İbrahimovun adından təbrik edib. O, Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən söz açaraq bildirib ki, 1988-ci il noyabrın 17-də xalqımızın azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması milli oyanışda dönüş nöqtəsi və tarixi Zəfərə gedən yolun başlanğıcı olub.

Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Afaq Qasımova “17 Noyabr – milli dirçəlişə aparan yol”, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov isə “Milli Dirçəliş – azadlıq və birlik rəmzi” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda ermənilərin Azərbaycana qarşı ərazi iddialarından, keçmiş sovet rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı apardığı qərəzli siyasətdən, eləcə də XX əsrin sonlarında xalqımızın milli-azadlıq hərəkatında göstərdiyi birlik və şücaətdən ətraflı bəhs olunub. 

Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

  • Zoom

  • Zoom

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın