Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

Azərbaycan və Gürcüstan universitetləri arasında 40-a yaxın əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Gürcüstan universitetləri arasında 40-a yaxın əməkdaşlıq memorandumu imzalanıb

Noyabrın 16-da Tbilisidə keçirilən I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.

Aygunqurbanova.comxəbər verir ki, konfrans çərçivəsində Azərbaycanın 8, Gürcüstanın isə 17 ali təhsil müəssisəsi arasında ümumilikdə 40-a yaxın əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanan sənədlər universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin təşviqini, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsini nəzərdə tutur.

Memorandumlar Azərbaycan və Gürcüstan ali təhsil müəssisələri arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına yönəlib.

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın