Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

Peşə təhsilinə üz tutanların sayı 70 faizdən çox artıb

“Son 4 ildə peşə təhsili almaq istəyənlərin sayı 70 faizdən çox artıb”.

Aygunqurbanova.comxəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə Təhsili Forumu 2026" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə peşə təhsilinin əhatə dairəsinin və əlçatanlığının genişləndirilməsi, yeni təhsil proqramlarının tətbiqi və müasir infrastrukturun yaradılması əsas hədəflərdən olub:

“Peşə təhsili sahəsində yeddi əsas hədəf müəyyənləşdirilib. Bunlara peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, yüksək texniki peşə təhsilinin tətbiqi və əhatəsinin artırılması, yeni təhsil proqramlarının hazırlanması, müasir maddi-texniki bazanın qurulması, müəssisələrin mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizminə keçidi, informasiya sistemləri və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, eləcə də qısamüddətli təlimlərin təşkili daxildir.

Bu yeddi hədəfi bir ümumi məqsəd birləşdirir: əmək bazarının tələblərinə cavab verən müasir peşə təhsili sisteminin qurulması.

Son beş ilin nəticələrinə nəzər saldıqda görürük ki, peşə təhsilinə maraq artır, bu sahənin əhatə dairəsi və əlçatanlığı genişlənir.

Nəticələri ilk növbədə vətəndaşların seçimi əsasında qiymətləndirmək istəyirəm. Hesab edirəm ki, hər hansı təhsil pilləsinə olan etimadın ən dürüst göstəricilərindən biri həmin istiqamət üzrə müraciət edənlərin sayıdır.

2022-ci ildə peşə təhsili almaq üçün elektron sistem vasitəsilə müraciət edənlərin sayı 29 min nəfər olub. Son dörd ildə bu göstərici 70 faizdən çox artaraq cari tədris ilində 52 min nəfərə çatıb.

Həmin dövrdə 19 min nəfərin peşə təhsili tələbəsi adını qazanması üçün şərait yaradılmışdısa, cari ildə bu rəqəm təxminən 50 faiz artaraq 28 min nəfərə yüksəlib.

Bu illər ərzində peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, onun daha əlçatan olması istiqamətində də mühüm addımlar atılıb”.

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın