Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

Peşə təhsili universitetləri geridə qoydu - Daha geniş iş imkanları

 “Peşə təhsili məzunlarının məşğulluq göstəricisi 65 faizdən yüksəkdir”.

Aygunqurbanova.comxəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə Təhsili Forumu 2026" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, dual təhsil proqramlarında iştirak edən tələbələrin və işəgötürən tərəfdaşların sayı artıb, bu model üzrə təhsil alan məzunların məşğulluq göstəricisi isə daha yüksəkdir:

“Dual təhsil proqramlarında iştirak edən tələbələrin sayı əvvəlki dövrlə müqayisədə artaraq cari ildə 2200 nəfərə çatıb. Tərəfdaşlarımızın sayı da ildən-ilə artır. Müvafiq dövrdə bu göstəricini təxminən iki dəfə yüksəltməyə nail olmuşuq.

Hazırda 33 peşə təhsili müəssisəmizdə 50-dən çox ixtisas üzrə dual təhsil proqramları həyata keçirilir.

Peşə təhsilinin nəticələrini qiymətləndirərkən əsas göstəricilərdən biri məzunların məşğulluq səviyyəsidir.  2019-cu ildən etibarən məzun olmuş 78 min peşə təhsili məzununun əmək bazarındakı vəziyyətini təhlil edilib.

Rəsmi məşğulluq və sorğu əsaslı məlumatlar nəzərə alınmaqla məzunlarımızın orta məşğulluq göstəricisi 65 faizdən yüksəkdir. Dual təhsil proqramları üzrə isə bu göstərici 70 faizdən çoxdur.

Məzun sayı 1000-dən artıq olan ixtisaslar üzrə rəsmi məşğulluq göstəriciləri isə daha yüksəkdir”.

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın