Fiziki coğrafiya

Azərbaycanın qoruqları və yasaqlıqları

  • Yazar
  • 02-avq-2025, 19:51
  • 24 Baxış

  

Azərbaycan ərazisi nisbətən kiçik olsa da, zəngin bioloji müxtəlifliyə malikdir. Lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində bir çox qiymətli bitki və heyvan növlərinin kökü kəsilmiş, bəzilərininki isə kəsilmək üzrədir. Bu məqsədlə də Azərbaycan Respublikasının “Qırmızı kitab”ı yaradılmışdır. “Qırmızı kitab” – Azərbaycan ərazisində nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növləri haqqında məlumatları əks etdirən rəsmi dövlət sənədidir. Adı bu kitabda olan fauna və flora növlərini mühafizə etmək məqsədilə ölkə ərazisində milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları yaradılmışdır.

Qoruqlarda bütün təbii komponentlər qorunur. Qoruq ərazisinə, əsasən, elmi tədqiqatlar aparmaq məqsədi üçün girişə icazə verilir.

Milli parklar təbii landşaftların ən mühüm mühafizə formalarından biridir. Qoruqlardan fərqli olaraq milli parkların xüsusi ərazilərində insanların gəzintisinə və istirahətinə icazə verilir.

Azərbaycanın Naxçıvan ərazisində – akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Cənub-Şərqi Şirvan düzündə – Şirvan Milli Parkı, Talış dağlarının ətəklərində isə Hirkan Milli Parkı yaradılmışdır. Ölkəmizin sahəsinə görə ən böyük milli parkı Şahdağ turizmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Hirkan, Şirvan, Ağgöl, Göygöl və Altıağac Milli Parklarında eyniadlı qoruqlar fəaliyyət göstərir.

İşğaldan azad edilmiş Bəsitçay  Qaragöl qoruqları dağıntılara məruz qaldığı üçün yenidən bərpa olunurlar.

Yasaqlıqlarda qoruq və milli parklardan fərqli olaraq yalnız bir neçə təbii komponent qorunur. Burada bir sıra təsərrüfat işlərinin həyata keçirilməsinə icazə verilir. Şəki və Qusar yasaqlıqlarında meşə landşaftı, ov əhəmiyyətli məməli heyvanlar və quşlar qorunur. Zuvand yasaqlığı Lerik və Yardımlı rayonları ərazisində təşkil edilmişdir. Arpaçay yasaqlığında təbii landşaft və tarixi abidələr mühafizə olunur. Kürətrafı tuqay meşələri və onun faunasının qorunması məqsədilə də bir sıra yasaqlıqlar yaradılmışdır. Kiçik Qızılağac, Hirkan, Gil yasaqlıqlarında köçəri su-bataqlıq və çöl quşları qorunur. Bəndovan və Korçay yasaqlıqlarında isə ceyranlar, su quşları qorunur və çoxaldılır.

Azərbaycanın dövlət təbiət qoruqları və milli parkları (bax: xəritə-sxem, səh.128)
Qoruqlar Yerləşdiyi ərazilər Mühafizə olunan təbii komponentlər
Zaqatala (I) Böyük Qafqazın cənub yamacı Meşə və dağ-çəmən landşaftı nadir faunası ilə
İlisu (II) Böyük Qafqazın cənub yamacı Böyük Qafqazın cənub yamacının təbii kompleksi, nadir fauna və florası
Qarayazı (III) Kür çayının sahili Kürboyu tuqay meşələri
Eldar şamı (IV) Ceyrançöl alçaq dağlığı Ceyrançöldə nadir və endemik Eldar şamı
Korçay (V) Bozdağ silsiləsi Bozdağın təbii landşaftları
Türyançay (VI) Acınohur alçaq dağlığı Arid meşələr (saqqızağacı və ardıc)
Qaragöl (VII) Qarabağ vulkanik
yaylasının cənubu
Gölətrafı təbii komplekslər
Şirvan (VIII) Kür-Araz ovalığında
yarımsəhralar (Cənub - Şərqi Şirvan düzü)
Ceyranlar və su quşları
Bəsitçay (IX) Kiçik Qafqazın cənub-şərq yamacı Şərq çinarı meşələri
Bakı və Abşeronun palçıq vulkanları qrupu Xəzərin sahilləri 52 palçıq vulkanı (Böyük Kənizdağ, Ayran-tökən, Bahar, Qoturdağ, Torağay, Daşgil və s.)
Milli parklar Yerləşdiyi ərazilər Mühafizə olunan təbii komponentlər
Samur-Yalama (1) Samur-Dəvəçi ovalığı Düzənlik-meşə landşaftı
Şahdağ (2) Böyük Qafqaz sıra dağları Turizm kompleksi, dağ meşələri və çəmənlikləri, nadir bitkilər (qaraçöhrə, dəmirağac və s.)
Altıağac (3) Böyük Qafqazın şimal-şərq yamacı Meşə landşaftı
Abşeron (4) Abşeron yarımadası Xəzər suitisi
Göygöl (5) Murovdağın şimal yamacı Göygöl, Maralgöl, Qaragöl və s. göllər, qarmaqvarı şamdan ibarət meşə landşaftı, xallı maral və s.
Ağgöl (6) Mil düzü Su quşları
Şirvan (7) Kür-Araz ovalığında yarımsəhralar (Cənub-Şərqi Şirvan düzü) Ceyranlar və su quşları
Akademik H.Əliyev adına Zəngəzur (8) Naxçıvan Dağ çəmənlərinin nadir flora və faunası, o cümlədən Araz palıdı, bəbir, bezoar keçisi və s.
Hirkan (9) Talış dağlarının ətəkləri Relikt və endemik (dəmirağac, azat, şabalıdyarpaq palıd, güləbrişin, Hirkan şümşadı) ağaclar
Qızılağac (10) Xəzərin sahilləri Köçəri quşlar (qutan, qara leylək, dəniz qartalı, turac, dovdaq, bəzgək, sultantoyuğu, qızılqaz, qu, cüllüt və s.)
Azərbaycanın
dövlət qoruqları
xəritəsi
Yasaqlıqlar
1 – Zaqatala
2 – Qusar
3 – Qarayazı–Ağstafa
4 – Şəki
5 – Qəbələ
6 – Şəmkir
7 – Korçay
8 – Qax–Acınohur
9 – Hirkan
10 – Qızılca
11 – Bərdə
12 – Giladası
13 – Bəndovan
14 – Arpaçay
15 – Laçın
16 – Daşaltı
17 – Qubadlı
18 – Kiçik Qızılağac
19 – Arazboyu (Naxçıvan)
20 – Ordubad
21 – Arazboyu (Zəngilan)
22 – Rvarud
23 – Zuvand

Azərbaycanda Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində Samur–Yalama Milli Parkı yaradılmışdır. Hazırda Azərbaycanda yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilir.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi genişləndirilərək Lənkəran, Masallı və Neftçala rayonlarının ərazilərində Qızılağac Milli Parkı yaradılmışdır.

                                                                                                                                                                       Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə; 050-768-97-12

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?