Kür dağarası çökəkliyi vilayəti
- Yazar
- 26-avq-2025, 16:25
- 0 Baxış
Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında, Acınohur– Ceyrançöl alçaq dağlığından (1000 m-ə yaxın) Xəzər sahillərinə (–27 m) qədər uzanan geniş əyilmə zonasını əhatə edir. Vilayətin relyefi və tektonik quruluşu çox sadədir.
Ərazi, əsasən, hamar düzənliklərdən ibarətdir. Səthi Kaynozoyun IV dövr çöküntüləri ilə örtülmüşdür, Acınohur–Ceyrançöl alçaq dağlığında isə Neogen süxurları yayılmışdır. Vilayətin qərbində çаy gətirmələri, şərqində isə dəniz çöküntüləri üstündür. Əsas təbii sərvətləri neft və qaz, müalicə
palçığı (palçıq vulkanlarında), müalicə nefti (Naftalan), tikinti materialları və s.-dir. Kür dağarası çökəkliyinin əsas iqlim tipi
qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimidir. Qanıx–Əyriçay vadisində isə qışı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Vilayətin
daxilində ən çox yağıntı da bu əraziyə düşür (1000mm-ə qədər). Kür çökəkliyində orta illik temperatur +14,5°C, yağıntıların orta illik miqdarı 200–400
mm, buxarlanma qabiliyyəti 1200 mm, rütubətlilik əmsalı isə 0,3-dür.
Vilayətdə çay şəbəkəsi seyrəkdir. Əsas çayları Kür, Araz və onların qollarıdır. Ərazidə artezian və minerallaşmış qrunt suları çoxdur. Suvarma tələb olunduğu üçün su anbarları və kanallar yaradılmışdır.
Kür dağarası çökəkliyində boz, boz-qonur, boz-çəmən, açıq-şabalıdı, şоrаn və şorakət torpaqlar yayılmışdır. Bu torpaqların üzərində yarımsəhra və quru çöllərin kəngizli, yovşanlı, efemerli bitkiləri (quraqlığadavamlı birillik ot bitkiləri) inkişaf edir. Vilayətdə yarımsəhra, quru çöl və intrazonal landşaftlar yayılmışdır. İnsanlar bu əraziləri hələ qədim zamanlardan mənimsəməyə başlamışlar. Suvarılan torpaqlarda taxılçılıq (Küdrü-Şirvan, Mərkəzi Aran, Qazax–Qarabağ), üzümçülük, pambıqçılıq, quru subtropik bitkiçilik inkişaf etmişdir. Кür boyunca uzanan tuqay meşələri qırıldığı üçün sahəsi kəskin azalmışdır. Bu meşələr Qarayazı qoruğunda mühafizə olunur. Saqqızağacından ibarət Sultanbud meşəsi Qarabağ düzündə, Eldar şamı meşələri isə Ceyrançöldə Eldar oyuğunda qorunur. Qanıx-Əyriçayda yeraltı suların səthə yaxın olması burada düzən meşələrinin yaranmasına gətirib çıxarmışdır.
Təbii vilayətin lаndşaftlаrından və оnun sərvətlərindən səmərəli istifadə, ekoloji problemlərin həlli məqsədilə bir sıra tədbirlər görülür. Belə tədbirlərə şoran torpaqların duzlardan təmizlənməsi, susuz ərazilərə yeni suvarma kanallarının çəkilməsi, tuqay meşələrinin bərpası və s. aiddir
Aygün Qurbanova
MİQ, Sertifikasiya və abituriyent hazırlığl üçün müraciət edə bilərsiniz.
Əlaqı: 050-768-97-12