Fiziki coğrafiya

Kiçik Qafqaz fiziki-coğrafi rayonu

  • Yazar
  • 07-sen-2025, 14:07
  • 8 Baxış

   Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağ sisteminin cənub-şərq hissəsini əhatə edir. Ərazinin ən yüksək zirvəsi Murovdağ silsiləsində yerləşən Gamışdağdır (3724 m). Ən alçaq yeri isə Zəngilan rayonunda Araz sahilindədir (300 m).

Enlik istiqamətində uzanan Murovdağ silsiləsi bu vilayəti şimal-şərq və cənub-şərq hissələrinə ayırır. Murovdağdan şimal-qərbdə Şahdağ, cənub-qərbdə Şərqi Göyçə, cənubda isə Qarabağ silsiləsi uzanır.

Qarabağ silsiləsindən qərbdə Qarabağ vulkanik yaylası yerləşir. Yaylada sönmüş vulkanların hündür zirvələrinə rast gəlinir.

Kiçik Qafqazda Mezozoy və Kaynozoyun IV dövrünün vulkanik süxurları geniş yayılmışdır. Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya daxildir. Maqmatik süxurların səthə çıxdığı ərazilər filiz faydalı qazıntıları ilə zəngindir. Ərazidə tikinti materialları və mineral sular geniş yayılmışdır.

Kiçik Qafqaz vilayətində iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Havanın orta illik temperaturu 10°C – 0°C, yağıntıların orta illik miqdarı isə 400–1000 mm arasındadır.

Vilayətdə çay şəbəkəsi sıxdır. Çaylar Kür və Araz hövzələrinə aiddir. Vulkanik yayladan axan çaylar (Tərtər, Həkəri və s.), əsasən, yeraltı sularla, digər çaylar isə qar və yağış suları ilə qidalanır.

Kiçik Qafqaz füsunkar dağ gölləri ilə məşhurdur. Vulkanik yaylada Böyük və Kiçik Alagöllər, Qaragöl, Murovdağda Maralgöl dağ-çəmən landşaftında, Göygöl isə meşə landşaftında yerləşir.

Kiçik Qafqaz vilayətində şabalıdı, qara, qəhvəyi meşə, qonur meşə və dağ-çəmən torpaqları geniş yayılmışdır. Bu torpaqların üzərində çöl bitkiləri, meşə və kolluqlar, subalp və alp çəmənlikləri əmələ gəlmişdir. Ərazidə dağ-çöl, dağ-meşə, dağ-çəmən və subnival landşaft tipləri formalaşmışdır.

Münbit torpaqlardan kartof əkinlərində, üzümçülükdə, maldarlıqda istifadə edilir. Yüksək dağ çəmənlikləri yay otlaqları və biçənəklər kimi böyük əhəmiyyətə malikdir.

                                                                                                                                             Aygün Qurbanova

MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə; 050-768-97-12

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?