Fiziki coğrafiya

Köppen-Keiger iqlim təsnifatı

  • Yazar
  • 21-iyl-2026, 18:54
  • 30 Baxış

  Köppen–Geiger iqlim təsnifatı Yer kürəsinin iqlimini temperatur, yağıntı və bitki örtüyü arasındakı əlaqəyə əsasən qruplaşdıran ən geniş istifadə olunan təsnifat sistemidir.

Bu təsnifatı ilk dəfə Vladimir Köppen hazırlamış, sonradan alman iqlimşünası Rudolf Geiger tərəfindən təkmilləşdirilmişdir. Buna görə sistem Köppen–Geiger iqlim təsnifatı adlanır.

Təsnifatın əsas prinsipləri

İqlim tipləri üç hərfdən ibarət kodlarla göstərilir:

 1-ci hərf – əsas iqlim qurşağını göstərir 2-ci hərf – yağıntının paylanmasını göstərir. 3-cü hərf – temperatur xüsusiyyətini göstərir.

Məsələn:

 Cfa – rütubətli subtropik iqlim.
 BWh – isti səhra iqlimi.
 Dfb – yayı mülayim, qışı soyuq kontinental iqlim.

Əsas iqlim qrupları:

A – Tropik iqlim

Xüsusiyyətləri:

 1)Bütün aylarda orta temperatur 18°C-dən yuxarıdır.
 2)Yağıntı bol olur.
 3)Fəsillər temperaturla deyil, yağıntı ilə fərqlənir.

Alt tipləri:

Af – Tropik yağış meşələri- İlboyu yağış.

Am – Musson iqlim - Yay çox yağışlı, Qış nisbətən quraq,Hindistanın qərbi.

Aw (As) – Savanna - Yay yağışlı, Qış quraq.
B – Quraq iqlim - Bu qrupda buxarlanma yağıntıdan çoxdur.

Alt tiplər

BW – Səhra-Çox az yağıntı, Bitki örtüyü zəifdir.

BWh - İsti səhra.
BWk - Soyuq səhra.
 BS – Çöl (Steppe)

Keçid zonasıdır.

BSh - İsti çöl.

BSk - Soyuq çöl.

C – Mülayim isti iqlim - Ən soyuq ay: 0°C ilə 18°C arasında olur, Ən azı bir ay: 10°C-dən yüksək olur.

Alt tiplər:

Cfa - Rütubətli subtropik - Yay isti, Qış mülayim, İlboyu yağıntı.

Cfb - Okean iqlimi - Yay sərin, Qış mülayim , İlboyu yağış.

Csa - Aralıq dənizi iqlimi-Yay isti və quraq,Qış mülayim və yağışlı.

D – Kontinental iqlim

Ən soyuq ay: 0°C-dən aşağıdır.Yay isti olur.

Alt tiplər

Dfa-Yay isti.

Dfb- Yay sərin.

Dfc- Yay qısa, Qış uzun və sərt.

E – Qütb iqlimi-Ən isti ay belə 10°C-dən aşağıdır.

ET-Tundra- Yalnız mamır və şibyələr bitir.

EF-Buzlaq- İlboyu donmuş vəziyyətdədir.

İkinci hərflərin mənası

Hərf    Mənası
f- İlboyu yağıntı,s -   Yay quraq,w    Qış quraq, m -  Musson

Üçüncü hərflərin mənası

Hərf    Mənası
a  -  Yay çox isti, b  - Yay mülayim,c -  Yay sərin, d -   Qış çox sərt,h -   İsti, k  -  Soyuq

 

Verilən dünya xəritəsində:

* Tünd yaşıl – Af (ekvatorial yağış meşələri)
* Açıq yaşıl – Aw (savanna)
* Sarı və narıncı – B (səhralar və çöllər)
* Yaşıl çalarlar – C (mülayim isti iqlim)
* Mavi çalarlar – D (kontinental iqlim)
* Boz və ağ – E (qütb və buzlaq iqlimi)

Bu xəritədə ekvatordan qütblərə doğru iqlim qurşaqlarının ardıcıllığını aydın görmək mümkündür.

Yadda saxlamaq üçün qısa sxem

 A – Tropik (həmişə isti)
 B – Quraq (səhra və çöl)
 C – Mülayim isti
 D – Soyuq kontinental
E – Qütb

İmtahan üçün vacib məqamlar

  • Köppen–Geiger təsnifatı temperatur və yağıntıya əsaslanır.
    * Təsnifatda 5 əsas iqlim qrupu (A–E) vardır.
    * Hərflər iqlimin istilik və rütubət xüsusiyyətlərini ifadə edir.
    * Bu təsnifat dünya iqlim xəritələrinin hazırlanmasında, kənd təsərrüfatında, ekologiyada və coğrafi tədqiqatlarda geniş istifadə olunur.
  • Köppen–Geiger iqlim qruplarının yayıldığı ərazilər

    İqlim qruplarının Yer kürəsində yayılması əsasən coğrafi enlik, okeanlara yaxınlıq, relyef və atmosfer dövranı ilə müəyyən edilir. Aşağıda hər bir əsas iqlim qrupunun yayıldığı ərazilər geniş şəkildə izah olunur.

    A qrupu – Tropik (isti-rütubətli) iqlimlər

    Yayıldığı ərazilər:

    Cənubi Amerika-Amazon ovalığı (Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador)

    Afrika-Konqo hövzəsi ,Qvineya körfəzi sahilləri, Şərqi Afrikanın savannaları (Keniya, Tanzaniya)

    Asiya- İndoneziya, Malayziya, Filippin, Cənubi Hindistan, Banqladeş, Şri-Lanka

    Şimali Amerika-  Mərkəzi Amerikanın cənubu, Karib adaları

    Avstraliya-Şimal sahilləri

    Alt tiplərin yayılması

    Af (Ekvatorial)-Amazon hövzəsi, Konqo hövzəsi, İndoneziya adaları

    Am (Musson) - Hindistanın qərbi,Banqladeş,Myanma, Vyetnam

    Aw (Savanna) - Sudan,Keniya,Tanzaniya, Braziliya yaylası, Venesuela

    B qrupu – Quraq iqlimlər

    BW – Səhra

    Afrika - Sahara, Namib, Kalahari

    Asiya - Ərəbistan, Suriya səhrası, İranın mərkəzi, Təklə-Məkan ,Qobi

    Avstraliya -Böyük Viktoriya,  Böyük Qumlu , Simpson 

    Şimali Amerika - Sonora,Mojave

    Cənubi Amerika - Atakama

    BS – Çöl (Steppe)

    Avrasiya

    * Qazaxıstan
    * Monqolustan
    * Ukraynanın cənubu
    * Rusiyanın cənubu

    Şimali Amerika

    * Böyük düzənliklər (Preriyalar)

    Cənubi Amerika

    * Argentina Pampası

    C qrupu – Mülayim isti iqlimlər

    Ümumi xüsusiyyətləri

    * Qış mülayim keçir.
    * Yay isti və ya mülayim olur.
    * Əsasən 30–45° enliklərdə yerləşir.

    Csa – Aralıq dənizi

    Avropa

    * İspaniya
    * Portuqaliya
    * İtaliya
    * Yunanıstan

    Asiya

    * Türkiyənin qərbi və cənubu
    * Livan
    * İsrail

    Afrika

    * Mərakeş
    * Əlcəzair
    * Tunis

    Digər ərazilər

    * Kaliforniya
    * Mərkəzi Çili
    * Cənubi Afrika Respublikasının Kap bölgəsi
    * Avstraliyanın cənub-qərbi

    Cfa – Rütubətli subtropik

    Asiya

    * Çin
    * Yaponiya
    * Cənubi Koreya

    Şimali Amerika

    * ABŞ-ın cənub-şərqi

    Cənubi Amerika

    * Argentina
    * Uruqvay

    Avstraliya

    * Şərq sahilləri

    Cfb – Okean iqlimi

    Avropa

    * Böyük Britaniya
    * İrlandiya
    * Fransa
    * Almaniyanın qərbi

    Okeaniya

    * Yeni Zelandiya

    Cənubi Amerika

    * Çilinin cənubu

    D qrupu – Kontinental iqlimlər

    Ümumi xüsusiyyətləri

    * Yay isti.
    * Qış uzun və soyuq keçir.
    * Əsasən Şimal yarımkürəsində yayılmışdır.

    Avropa

    * Polşa
    * Belarus
    * Ukrayna
    * Finlandiya

    Asiya

    * Rusiya
    * Qərbi və Şərqi Sibir
    * Monqolustan
    * Şimali Çin

    Şimali Amerika

    * Kanada
    * ABŞ-ın şimalı

    Alt tiplər

    Dfa

    * Ukrayna
    * Rumıniya
    * ABŞ-ın şimal-şərqi

    Dfb

    * Kanada
    * Baltik ölkələri
    * Rusiya

    Dfc

    * Sibir
    * Alyaska
    * Şimali Kanada

    E qrupu – Qütb iqlimləri

    Ümumi xüsusiyyətləri

    * İlin ən isti ayında belə temperatur 10°C-dən aşağıdır.
    * Bitki örtüyü çox zəifdir və ya yoxdur.

    ET – Tundra

    Yayıldığı ərazilər

    * Alyaska
    * Şimali Kanada
    * Qrenlandiyanın sahilləri
    * Skandinaviyanın şimalı
    * Sibirin şimalı

    EF – Buzlaq

    Yayıldığı ərazilər

    * Antarktida
    * Qrenlandiyanın daxili hissəsi

    Materiklər üzrə ümumi təsnifat

    Materik    Əsas iqlim qrupları
    Afrika    A, B, C
    Avropa    C, D, E
    Asiya    A, B, C, D, E (bütün əsas qruplar)
    Şimali Amerika    A, B, C, D, E
    Cənubi Amerika    A, B, C
    Avstraliya    A, B, C
    Antarktida    E

    Yadda saxlamaq üçün sxem

    * A (Tropik) – Ekvator ətrafı: Amazon, Konqo, İndoneziya.
    * B (Quraq) – 20–35° enliklər: Sahara, Ərəbistan, Atakama, Avstraliya səhraları.
    * C (Mülayim isti) – Materiklərin qərb və şərq sahilləri, 30–45° enliklər.
    * D (Kontinental) – Şimal yarımkürəsinin materik daxilləri: Rusiya, Kanada, Şimali ABŞ.
    * E (Qütb) – Arktika və Antarktida.

    Mətni oxuyun, ona uyğun sualları cavablandırın:

    1. Köppen–Geiger iqlim təsnifatında hərflər ardıcıllıqla nəyi ifadə edir?
    A) 1-ci hərf: yağıntı, 2-ci hərf: temperatur, 3-cü hərf: külək
    B) 1-ci hərf: əsas iqlim qurşağı, 2-ci hərf: yağıntı, 3-cü hərf: temperatur
    C) 1-ci hərf: temperatur, 2-ci hərf: relfey, 3-cü hərf: bitki
    D) 1-ci hərf: rütubətlənmə, 2-ci hərf: fəsil, 3-cü hərf: günəş radiasiyası
    2. A qrupu (Tropik iqlim) üçün aşağıdakı xüsusiyyətlərdən hansı səciyyəvidir?
    A) Ən soyuq ayın temperaturu 0^\circ\text{C}-dən aşağıdır
    B) Bütün aylarda orta temperatur 18^\circ\text{C}-dən yuxarıdır
    C) İlin ən isti ayında temperatur 10^\circ\text{C}-ni keçmir
    D) Buxarlanma yağıntıdan dəfələrlə çoxdur
    3. Köppen təsnifatında "B" hərfi hansı iqlim qrupunu təmsil edir?
    A) Mülayim isti
    B) Tropik
    C) Quraq
    D) Qütb
    4. Ekvatorial yağış meşələrini (Amazon, Konqo) ifadə edən iqlim kodu hansıdır?
    A) Af
    B) BWh
    C) Csa
    D) ET
    5. Aralıq dənizi iqlimi Köppen təsnifatında hansı kodla göstərilir?
    A) Cfa
    B) Cfb
    C) Csa
    D) Dfa
    6. Bütün əsas iqlim qruplarının (A, B, C, D, E) hamısına malik olan materiklər hansılardır?
    A) Afrika və Cənubi Amerika
    B) Asiya və Şimali Amerika
    C) Avropa və Avstraliya
    D) Antarktida və Avropa
    7. "EF" kodu hansı iqlim alt tipini ifadə edir?
    A) Tundra
    B) Tayqa
    C) Buzlaq
    D) Çöl (Stepp)
    8. Böyük Britaniya, İrlandiya və Fransada yayılan "Cfb" kodu hansı iqlim tipinə aiddir?
    A) Aralıq dənizi iqlimi
    B) Okean iqlimi
    C) Rütubətli subtropik iqlim
    D) Musson iqlimi
    9. İkinci hərf olan "f" indeksi nəyi bildirir?
    A) Qışın quraq keçməsini
    B) Yayın quraq keçməsini
    C) İlboyu bol yağıntının olmasını
    D) İqlimin kəskin kontinental olmasını
    10. Antarktida materikində əsasən hansı iqlim qrupu hakimdir?
    A) A
    B) B
    C) D
    D) E
    🟡 Orta dərəcəli suallar (11–30)
    11. C qrupu (Mülayim isti) iqlimlərdə ən soyuq ayın temperaturu hansı intervalla həddlənir?
    A) -3 ilə 10 dərəcə arası
    B) 0 ilə 18 dərəcə arası
    C) Həmişə 18 dərəcədən yuxarı
    D) Həmişə -10 dərəcədən aşağı
    12. Sahara, Ərəbistan və Avstraliya səhralarının əsas iqlim kodu hansıdır?
    A) BWk
    B) BWh
    C) BSk
    D) BSh
    13. Qobi və Taklamakan səhralarını Sahara və Ərəbistan səhralarından ayıran əsas iqlim kodu fərqi nədir?
    A) BWk (soyuq səhra) olması
    B) BSh (isti çöl) olması
    C) Af (yağışlı) olması
    D) Dfc (subarktik) olması
    14. Musson iqlimini (Am) Savanna iqlimindən (Aw) fərqləndirən əsas cəhət hansıdır?
    A) Qışın kəskin şaxtalı keçməsi
    B) Yayda bol yağıntının düşməsi və qışın nisbətən quraq keçməsi
    C) Buxarlanmanın yağıntıdan çox olması
    D) Bütün aylarda temperaturun 0 dərəcədən aşağı düşməsi
    15. ABŞ-ın cənub-şərqi, Çin və Yaponiyada geniş yayılan, yayı isti, qışı mülayim olan iqlim tipi hansıdır?
    A) Csa (Aralıq dənizi)
    B) Cfa (Rütubətli subtropik)
    C) Cfb (Okean)
    D) Dfb (Kontinental)
    16. Kontinental iqlimlərin (D qrupu) əsas xüsusiyyəti aşağıdakılardan hansıdır?
    A) Ən soyuq ayın temperaturu 0 dərəcədəndən aşağı, yayı isti/mülayim
    B) Bütün aylarda orta temperatur 10 dərəcədən aşağı
    C) İllik yağıntının 200 mm-dən az olması
    D) Yalnız Cənub yarımkürəsində yayılması
    17. Tundra iqlimində (ET) ən isti ayın temperatur göstəricisi necə olur?
    A) 18 dərəcədən yuxarı
    B) 10 dərəcədən aşağı
    C) Həmişə 0 dərəcədən aşağı
    D) 20 dərəcə ilə 25 dərəcə arasında
    18. Şimali Amerikanın Böyük Düzənlikləri (Preriyalar) və Argentina Pampası üçün səciyyəvi olan B qrupu alt tipi hansıdır?
    A) BWh (İsti səhra)
    B) BS (Çöl / Steppe)
    C) Af (Ekvatorial)
    D) EF (Buzlaq)
    19. Üçüncü hərf olan "k" indeksi nəyi bildirir?
    A) Yayın çox isti olmasını
    B) İqlimin soyuq olmasını (B qrupunda)
    C) Qışın çox sərt keçməsini
    D) İlboyu yağış yağmasını
    20. Kaliforniya, Mərkəzi Çili və Kap bölgəsində yayılan iqlim tipi aşağıdakılardan hansıdır?
    A) Cfa
    B) Csa
    C) Dfa
    D) BWh
    21. Dfc (Subarktik/Tayqa) iqlimi üçün aşağıdakı ərazilərdən hansı səciyyəvidir?
    A) Amazon ovalığı
    B) Böyük Britaniya
    C) Sibir və Alyaska
    D) Şərqi Afrika
    22. İkinci hərf olan "s" indeksinin mənası nədir?
    A) Qışın quraq keçməsi
    B) Yayın quraq keçməsi
    C) İlin bütün fəsillərinin rütubətli olması
    D) Musson rejiminin hakim olması
    23. Cənubi Amerika materikində aşağıdakı iqlim qruplarından hansıları yayılmışdır?
    A) Yalnız A və E
    B) A, B və C
    C) D və E
    D) Yalnız B və D
    24. Mətndə verilən məlumata görə, 20–35° enliklərdə əsasən hansı iqlim qrupu formalaşır?
    A) A qrupu
    B) B qrupu
    C) D qrupu
    D) E qrupu
    25. Banqladeş, Myanma və Vyetnamda üstünlük təşkil edən tropik iqlim alt tipi hansıdır?
    A) Af
    B) Am
    C) Aw
    D) BWh
    26. Qrenlandiyanın sahilləri ilə daxili hissəsinin iqlim kodları müvafiq olaraq necədir?
    A) Sahilləri: ET, Daxili: EF
    B) Sahilləri: Dfc, Daxili: ET
    C) Sahilləri: Cfb, Daxili: EF
    D) Sahilləri: BSk, Daxili: ET
    27. Dfb iqlim tipinin yayıldığı coğrafi əraziyə hansı uyğundur?
    A) İspaniya və İtaliya
    B) Kanada və Baltik ölkələri
    C) İndoneziya və Malayziya
    D) Əlcəzair və Mərakeş
    28. Üçüncü hərf olan "a" indeksinin mənası nədir?
    A) Yay sərin
    B) Yay mülayim
    C) Yay çox isti
    D) Qış kəskin soyuq
    29. Əsasən 30–45° enliklərdə yerləşən, qışı mülayim, yayı isti və ya mülayim olan iqlim qrupu hansıdır?
    A) A qrupu
    B) B qrupu
    C) C qrupu
    D) D qrupu
    30. Sudan, Keniya və Tanzaniyada üstünlük təşkil edən iqlim tipi hansıdır?
    A) Af
    B) Aw (Savanna)
    C) Csa
    D) BWk
    31. D qrupu (Kontinental) iqlimlərin Cənub yarımkürəsində demək olar ki, rast gəlinməməsinin əsas iqlimşünaslıq səbəbi nədir?
    A) Cənub yarımkürəsində həmin enliklərdə (45–70°) böyük quru sahələrinin olmaması
    B) Cənub yarımkürəsində okean cərəyanlarının olmaması
    C) Günəş şüalarının Cənub yarımkürəsinə şaquli düşməsi
    D) Cənub yarımkürəsində dağ sistemlərinin olmaması
    32. Uyğunluğu müəyyən edin:
    1. BWk — a. Qobi səhrası
    2. BWh — b. Sahara səhrası
    3. BSk — c. Qazaxıstan çölləri
    A) 1-a, 2-b, 3-c
    B) 1-b, 2-a, 3-c
    C) 1-c, 2-b, 3-a
    D) 1-a, 2-c, 3-b
    33. Xəritədə rəng sxeminə əsasən, "Mavi çalarlar" və "Sarı/Narıncı" rənglər müvafiq olaraq hansı iqlim qruplarını göstərir?
    A) A və B
    B) D və B
    C) C və E
    D) E və A
    34. Hansı cütlükdə verilən ölkələrin hər ikisində Csa (Aralıq dənizi) iqlimi yayılmışdır?
    A) İtaliya — Yunanıstan
    B) Böyük Britaniya — Polşa
    C) İndoneziya — Banqladeş
    D) Kanada — Rusiya
    35. BWh iqlim tipi ilə Csa iqlim tipinin ortaq cəhəti nədir?
    A) Hər ikisində ilboyu bərabər yağıntı düşür
    B) Hər ikisində yay mövsümü quraq və isti keçir
    C) Hər ikisində ən soyuq ayın temperaturu -10 dərəcədən aşağı olur
    D) Hər ikisi yalnız Şimal qütb dairəsində yerləşir
    36. Aşağıdakı xüsusiyyətlər hansı iqlim tipinə aiddir?
     Ən soyuq ay 0dərəcədən aşağıdır.
     Yayı sərin və qısadır.
     Şimali Kanada və Sibirdə geniş sahə tutur.
    A) Dfa
    B) Dfc
    C) Cfb
    D) ET
    37. Mətnə əsasən, A qrupu iqlimlərdə fəsillərarası fərq temperaturla deyil, nə ilə müəyyən olunur?
    A) Küləyin istiqaməti ilə
    B) Yağıntının paylanması ilə
    C) Atmosfer təzyiqi ilə
    D) Günəşin üfüqdən hündürlüyünün kəskin dəyişməsi ilə
    38. Avstraliya materikində hansı əsas iqlim qrupları yayılmışdır?
    A) A, B, C
    B) B, C, D
    C) A, D, E
    D) Yalnız B və E
    39. Aşağıdakı müddəalardan hansı YANLIŞDIR?
    A) Cfa iqlimində ilboyu yağıntı düşür və yayı isti keçir.
    B) EF iqlimində ilin ən isti ayında belə temperatur 10 dərəcədən aşağı olur.
    C) B qrupunda yağıntı miqdarı buxarlanmadan çoxdur.
    D) D qrupu iqlimlər əsasən Şimal yarımkürəsində yayılmışdır.
    40. Əgər bir ərazidə ən soyuq ayın temperaturu 5 dərəcə ən isti ayın temperaturu 24 dərəcədir və yay ayları tamamilə quraq keçirsə, bu ərazinin Köppen kodu nə olacaq?
    A) Af
    B) Csa
    C) Dfa
    D) BWk
    🔑 Cavab Açarı
    1. B
    2. B
    3. C
    4. A
    5. C
    6. B
    7. C
    8. B
    9. C
    10. D
    11. B
    12. B
    13. A
    14. B
    15. B
    16. A
    17. B
    18. B
    19. B
    20. B
    21. C
    22. B
    23. B
    24. B
    25. B
    26. A
    27. B
    28. C
    29. C
    30. B
    31. A (Cənub yarımkürəsində 45–70° enliklərdə okeanlar üstünlük təşkil edir, böyük quru sahələri yoxdur)
    32. A
    33. B (Mavi = D (kontinental), Sarı/Narıncı = B (quraq))
    34. A
    35. B (İki iqlimdə də yay ayları yüksək temperatur və yağışsızlıqla/quraqlıqla xarakterizə olunur)
    36. B (Subarktik/Tayqa iqlimi)
    37. B
    38. A
    39. C (Quraq iqlimlərdə buxarlanma yağıntıdan çox olur)
    40.

MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12

İnstagram: cografiya_muellimi_aygun

Tiktok: cografiya_muellimi_aygun

Youtube: Aygün müəllimə ilə Coğrafiya

 

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?