Fiziki coğrafiya

Asiyanın relyefi

  • Yazar
  • 25-okt-2024, 00:37
  • 65 Baxış

Asiya qitəsioroqrafik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb regionudur. O, tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan – geosinklinallardan ibarətdir.

Platformanın daxili quruluşu

Platforma örtüyü, onun üst mәrtәbәsidir. Çökmә süxurlardan ibarәt olur. Süxurlar, әsasәn, üfüqi lay şәklindә yatırlar. Burada çökmә mәnşәli faydalı qazıntılar mövcuddur (neft, tәbii qaz, daş kömür vә s.).

Kristallik bünövrә – platformanın alt mәrtәbәsidir. O, maqmatik vә metamorfik süxurlardan ibarәt olur. Qәdim, tamamilә aşınmış dağların bünövrәsinә aid olan süxurlar qırışıq, yatım formasına malikdirlәr. Burada filiz faydalı qazıntılar mövcuddur.

Platformanın tәrkib hissәlәri

Sipәr (qalxan). Platformaların nisbә- tәn yuxarı qaldırılmış sahәlәrindә üst çökmә süxur qatı olmur vә burada kristallik bünövrә Yer sәthinә çıxır. Belә sahәlәr sipәr (qalxan) adlanır. Sipәrlәrdә filiz faydalı qazıntılar sәthә yaxın olduğuna görә, onları çıxarmaq daha asan başa gәlir.

Platformalara uyğun gələn relyef formaları nəhəng ölçülərə malik düzənliklərdir. Şimali Asiyada yerləşən Qәrbi Sibir vә Sibir platformaları üzərindəki geniş düzənliklər (Qərbi Sibir ovalığı və Orta Sibir yaylası) milyonlarla kv.km əraziləri əhatə edir. Orta Sibirin mütləq hündürlüyü daha yüksəkdir; onun şərqində yüksəkliyi 2500 m-ə çatan Verxoyansk silsiləsi yerləşir.

Asiyada digər platforma Cənub-Qərbi Asiyadakı Әrәbistan platformasıdır. Ərəbistan yarımadasında yerləşən bu platformanın səthi ekzogen proseslərin – fiziki aşınma və küləyin təsirinə çox məruz qalmışdır. Bu ərazilər üçün eol relyef formaları səciyyəvidir.

Cənub-Qərbi Asiyada, Türkiyə ərazisində Pont və Tavr (Toros), İran və İraq sərhədi boyunca Zaqros, İran ərazisində Elburs (və ya Əlburz) dağları uzanır. Türkiyə və İranda bu dağ sistemləri nəhəng Anadolu və İran yaylalarının ətrafında yerləşir. İranda ən hündür zirvə Dəmavənd Asiyada ən hündür vulkan zirvələrindən biri sayılır. Türkiyədə isə ən yüksək zirvə Ağrıdağdır (5165 m).

Afrika və Әrәbistan platformalarının hәrәkәti
Vaxtilə Ərəbistan platforması Afrika ilə bitişik olmuşdur. Tektonik hərəkətlər qırılmalar yaratmış, bu isə çat üzərində Qırmızı dənizin yaranmasına səbəb olmuşdur. Hazırda Afrika və Ərəbistanın Qırmızı dəniz sahilləri bir-birindən uzaqlaşır.

Mәrkәzi Asiyanın relyefində hündür dağ sistemləri üstünlük təşkil edir. Kunlun, Pamir, Hindquş, Tyan-Şan dağlarının ən uca zirvələrinin hündürlüyü 7000 m-dən yüksəkdir. Mərkəzi Asiyadakı bir çox dağ adları “şan” sözü ilə qurtarır (yerli dildə “dağ” deməkdir), məsələn, Kun-Lun Şan silsiləsi, Alaşan, Tyan-Şan və s. dağları. Dağların arasında Tarim çökəklikliyi yerləşir. Asiyanın ən alçaq ərazilərindən biri olan Turfan çökəkliyi də (–155 m) buradadır. Himalaydağlarının şimalındakı geniş Tibet yaylası Çinin zəif məskunlaşmış əlverişsiz ərazisidir. Yayla sıra dağlarla əhatələnmişdir. Mərkəzi Asiyanın ən geniş düzənlikləri Turan ovalığı və Qazaxıstan xırda təpəliyidir.
Pamir dağlarının ən hündür zirvəsi Çində Konqur zirvəsidir (7719 m). Tacikistan ərazisində isə Pamirin ən yüksək nöqtəsi İsmayıl Somoni piki hesab edilir (7495 m). Bu zirvə əvvəllər “Kommunizm piki” adlanıb.
Şerplәr – Nepalda, Himalay dağlarının ən yüksək hissələrində məskunlaşmış xalqdır. Şerplərin ənənəvi məşğuliyyəti, Comolunqma zirvəsinə qalxan alpinistlərə və səyahətə gəlmiş turistlərə bələdçilik etmək, onların yükünü daşımaqdır

Şәrqi Asiyada Sakit okean sahilində ovalıqlar üstünlük təşkil edir. Bunlardan ən böyüyü qədim platforma üzərində yerləşən Böyük Çin düzənliyidir. Bu düzənlik Yantsızı və Xuanxe çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür. Böyük Çin düzənliyi Çində əhalinin ən çox məskunlaşmış hissəsidir. Regionun şimalında Böyük və Kiçik Xinqan dağları yerləşir. Regionun şərq hissəsi Sakit okean və Avrasiya litosfer tavalarının toqquşduğu sərhəddədir. Bu zonada yerləşən qövsvarı adalarda (Yapon, Kuril) tez-tez zəlzələlər baş verir, vulkan və qeyzerlər püskürür, sunamilər yaranır.


Yaponiya sahilindә sunami.
Mart, 2011-ci il.
• 2011-ci il martın 11-də Yaponiyanın Xonsyu adasının şərq sahilində 9 ballıq zəlzələdən sonra yaranan nəhəng sunami dalğasının hündürlüyü 35 m-ə çatmışdır. Fəlakət nəticəsində Yaponiyada 15 min nəfərdən çox insan həlak olmuş, 5070 nəfər itkin düşmüşdür. Ölkəyə dəyən ziyanın miqdarı 300 mlrd. ABŞ dollarına yaxın olmuşdur. Faciə kütləvi dağıntılara, xüsusilə “Fukusima-1” Atom-Elektrik Stansiyasının zədələnməsinə səbəb olmuşdur. Qəza nəticəsində radiasiya axını yaranmış, quru və okean sahili zona radioaktiv çirklənməyə məruz qalmışdır.

Cənub-Şərqi Asiya Hind-Çin yarımadası və Malay arxipelaqını (Zond adaları və Filippin adaları) əhatə edir. Kalimantan (Borneo) və Sumatra adaları da bu regiondadır. Yarımadada dağlar meridional istiqamətdə uzanaraq Cənub-Şərqi Asiya ölkələrindən Myanma, Tailand, Laos və Vyetnamdan keçir. Dağlar arasında Mekonq düzənliyi yerləşir.

Bu region materik və okean tavalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də, tektonik və seysmik cəhətdən çox fəaldır.

Region zəngin təbii ehtiyatlara malikdir. Dünyanın ən zəngin qalay-volfram qurşağı buradadır. Hazırda Malayziya və Tailandda metallurgiya sənayesinin inkişaf etməsinin səbəbi də buradakı əlvan metal yataqlarıdır. Cənub-Şərqi Asiya həm də neft-qaz ehtiyatları ilə zəngindir. Sahilboyu ərazilər isə məşhur turizm zonalarıdır.


Pinatubo. Filippin. Püskürmə zamanı yaranan vulkanik
qazkül buludları

• 1991-ci ildə Filippin adalarında püskürən Pinatubo vulkanı bəşəriyyət tarixində ən güclü püskürmələrdən biridir. Vulkan külündən ibarət olan bulud stratosferə qədər qalxmışdır. Püskürmə zamanı yaranan “dirəyin” hündürlüyü 34 km-ə çatmışdır. Havaya atılan küllər səmada 125 000 km2 ərazini əhatə etmişdir. Bu ərazidə bir neçə saat ərzində tam qaranlıq müşahidə edilmişdir. Küllər nəinki Filippin, həm də Vyetnam, Kamboca və Malayziyaya da çatmışdır.

Cənubi Asiyanın əsas hissəsini Hindistan yarımadası tutur. Yarımadanın mərkəzi hissəsində yerləşən denudasion mənşəli Dekan yaylası daş kömür, dəmir filizi və qrafit kimi mineral ehtiyatlarla zəngindir. Akkumlyativ mənşəli Hind-Qanq ovalığı da bu regionda yerləşir

Cənubi Asiyanın şimalında dünyanın ən hündür Himalay dağları uzanır. Himalay dağları Hind-Avstraliya tavasının tərkibinə aid olan Hindistan platforması ilə Avrasiya litosfer tavalarının toqquşması nəticəsində yaranmışdır. Bu dağlar Hindistan, Nepal və Çin arasında 2500 km uzunluğunda dövlət sərhədi yaradır. Buradakı zirvələrin hündürlüyü 8000 m-dən çoxdur. Bunlardan Nepal ilə Çin sərhədində yerləşən dünyanın ən hündür zirvəsi Comolunqma (Everest - 8848 m) və hündürlüyünə görə ikinci Karakorum dağlarında olan Çoqori zirvələrini (və ya K2 - 8611 m) göstərmək olar.

             

Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?