Fiziki coğrafiya

Cənubi Amerikanın relyefi

  • Yazar
  • 25-okt-2024, 00:56
  • 25 Baxış

 
 Cənubi Amerika nın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahillərindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq adaları da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər yerləşir. Yalnız 20° c.e dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş platolar – Altiplano yaranır.

Altiplano – And dağlarında, Boliviya və Çili sərhədində yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağaclar yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə örtülmüşdür.
Akonkaqua (6960 m)

• Subduksiya okean litosfer tavasının materik litosfer tavasının altına batması prosesidir. Belə batma nəticəsində okean tavası tərəfində dərinsulu çökəkliklər – novlar əmələ gəlir. Materik tavası tərəfdə isə qövsvarı adalar və ya cavan dağlar yaranır.

And dağlarının ən yüksək zirvəsi Akonkaquadır. Digər zirvələr - Çimboraso və Kotopaxinin də hündürlüyü 6000 m-dən yüksəkdir. Bu zirvələr dağ buzlaqları ilə örtülmüşdür. And dağlarında nəhəng “mis qurşağı” yerləşir. Zəngin mis ehtiyatları burada yerləşən ölkələrin, əsasən də Çili və Perunun iqtisadiyyatında xüsusi rola malikdir.

Cənubi Amerika materikinin şərq hissəsi platformadır və onun üzərində düzənliklər yerləşir. Buranın relyefi ovalıqlar, yastı yayla, plato və yüksəkliklərdən ibarətdir. Amazon, La-Plata və Orinoko kimi nəhəng ovalıqların yaranmasında Cənubi Amerikanın Amazon, Parana və Orinoko çayları böyük rol oynamışdır. Bu alçaq allüvial düzənliklər hamar relyefə malik olub, Atlantik okeanına tərəf meyillidirlər. Orinoko ovalığı dünyanın zəngin neft, təbii qaz ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir.

Braziliya və Qviana yaylaları qədim dağ sistemlərinin qalıqları olub, denudasiyaya məruz qalmışdır. Braziliya yaylası filiz faydalı qazıntıları ilə zəngindir. Braziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk onluğuna daxil olması da bununla əlaqədardır.

əlaqədardır.


Tepuilәr800–1800 m yüksəkliyə malik olan masayabənzər dağlardır. Tepuilər kimyəvi və fiziki aşınma, axar suların fəaliyyəti ilə yaranmışdır. Əsasən, Venesuela ərazisində Qviana yaylasında yerləşir.
Tepuilәr. Venesuela
Braziliya və Qviana düzənlikləri üçün uyğun olaraq “Şəkər başları” və tepuilər – “masavarı dağlar” kimi relyef formaları səciyyəvidir. Bu relyef formaları turistlərin diqqətini cəlb edir. La-Plata ovalığından cənuba doğru yerləşən ərazi Pataqoniya adlanır. Pataqoniya yüksəklik və platoların üstünlük təşkil etdiyi regiondur
Kәllәqәnd” – Braziliya yaylasında aşınma nəticəsində yaranan relyef formalarıdır. Rio-de-Janeyroda turistlərin ən çox baş çəkdiyi görməli yerlərdən biridir. Hündürlüyü 300 m olan bu “Kəlləqənd”in zirvəsinə kanat yolu çəkilib.

“Kәllәqәnd”. Braziliya

 

     

Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?