Afrikanın relyefi
- Yazar
- 25-okt-2024, 01:02
- 11 Baxış
Afrikanı relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denudasion və akkumulyativ mənşəli düzənliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq relyeflər üstündür.
Şimali və Qərbi Afrika ərazisi, əsasən, düzənlikdir. Bu ərazi Afrika-Ərəbistan platforması üzərində yerləşir. Relyefin formalaşmasında ekzogen amillər böyük rol oynayır. Afrikanın bu hissəsində dünyanın ən böyük səhrası Böyük Səhra yerləşir. Onun sahəsi 9 milyon km2-ə çatır. Bu səhra üçün güclü küləklər və fiziki aşınma səciyyəvidir.
Səhrada eol relyef formaları üstünlük təşkil edir. Buradakı qum dyunlarının hündürlüyü 300 m-ə çatır. Əhaqqar, Tibesti və Darfur yaylalarındakı “şahid dağlar”ın hündürlüyü 2000-3000 m-dir. Qədim zamanlardan bu səhradan Qərbi və Şərqi Afrikanı birləşdirən ticarət yolları keçmişdir. Hazırda bu ərazilər zəif məskunlaşmışdır. Yaşayış məskənləri yalnız vahələrdədir. Vahələr əkinçilik və heyvandarlıq üçün əlverişli şəraitə malikdir. Şimali və Qərbi Afrikanın relyefinin formalaşmasında ekzogen amil kimi çayların rolu zəifdir. Lakin Nil, Niger, Seneqal kimi iri çaylar nəhəng çay dərələri, allüvial düzənliklər və deltalar yaratmışdır. Böyük Səhranın şimalqərbində - Aralıq dənizi sahilində Afrikada yeganə cavan dağ olan Atlas dağları yerləşir. Onun ən yüksək nöqtəsi Tubkal zirvəsidir (4165 m). Bu dağlar Alp-Himalay qurşağının ən qərb hissəsidir. Cavan dağların əksəriyyəti kimi Atlas dağlarında da antiklinal və sinklinallar üstünlük təşkil edir.
Afrikanın mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən yüksək nöqtəsi olan vulkanik mənşəli Kilimancaro zirvəsi (5895 m) yerləşir.
Şərqi Afrika seysmik fəallığın yüksəkliyi ilə fərqlənir. Buradan Şərqi Afrika sınma zonası keçir. Bu zona orta okean sıra dağlarının mərkəzi ox zonasına oxşayır. Burada litosfer tavaları aralanır, onların arasında məsafə artır. Lakin onlar okeanda deyil, quruda yerləşir. Bu zonanın mərkəzi hissəsi qraben, hər iki tərəfi isə simmetrik yerləşən horstlardır. Buradakı nəhəng horstlardan biri Ruvenzori horstudur.
Horst – qırılmanın mərkəzi hissəsinin qalxması nəticəsində yaranan qabarıq formadır. Horstlar rift dərələrinin kənarları boyunca simmetrik yerləşir. |
• | Qraben – İki tektonik qırılmanın arasında enmə nəticəsində formalaşmış mənfi strukturdur. Qrabenin mərkəzi enmə hissəsi həm də rift dərələri adlanır. Yüz və min kilometrlər uzanan rift dərələri rift zonalarını əmələ gətirir |
Şərqi Afrika sınma zolağı Qırmızı dənizdən başlayaraq cənub istiqamətdə 3000 km uzanır. Horstlar arasında yerləşən qrabenlərdə ensiz, uzun və dərin göllər yerləşir.
Materikin cənub kənarında parçalanma nəticəsində möcüzəli forma almış qədim Draqon dağları, ondan qərbə doğru isə qədim Kap dağları yerləşir. Qədim dağlarda yerləşən çaylar uzun müddət ərzində süxurları yuyaraq enli çay dərəsi yaradır.
Drakon dağları. CAR
Aygün Qurbanova
Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz
Əlaqə:0507689712