Fiziki coğrafiya

Şimali Amerikanın iqlimi

  • Yazar
  • 14-yan-2025, 22:23
  • 57 Baxış

 

Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən ən mühüm amil materikin coğrafi mövqeyidir. Şimali Amerika materiki də, Asiya qitəsində olduğu kimi, böyük bir məsafədə şimaldan cənuba doğru uzanır. Materikin şimalı soyuq arktik hava kütlələrinin təsirinə məruz qalır. Şimal Buzlu okeanından əsən şimalşərq küləkləri hətta materikin mərkəzi hissələrinin temperaturunu xeyli aşağı salır.

Şimali Amerikanın iqlimində relyef amili əsas rola malikdir. Materikin mərkəzi hissəsinin relyefinin düzənlik olması, enlik istiqamətdə dağların olmaması nəticəsində şimaldan soyuq, cənubdan isə isti hava kütlələri daxil olur. Bu isə tornadonun burulğan şəklində olması ilə nəticələnir.

Sahil xətlərinin girintili-çrxıntılı olması da materikin iqliminə təsir edir. Hudzon və Meksika körfəzlərinin müvafiq olaraq şimaldan və cənubdan quruya doğru içərilərə çox daxil olması materikdə kəskin temperatur dəyişikliyinə gətirib çıxarır.

Meksika körfəzi üzərində formalaşan isti və rütubətli hava kütlələri qurunun içərilərinə daxil olur və şimaldan gələn soyuq hava kütləsi ilə toqquşur.Relyefin iqlimə təsiri materikdə yağıntıların paylanmasında da özünü göstərir. Materikin qərbində yerləşən hündür dağlar Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır. Okeandan gələn rütubətli qərb küləkləri Kordilyer dağlarının qərb yamaclarına bol yağıntı gətirir.

Atlantik okeanında isti Holfstrim cərəyanı materikin cənub-şərqinə və şərqinə təsir edir. Okean üzərindən gələn isti və rütubətli hava çoxlu yağıntı düşməsinə səbəb olur. Materikin şimal-şərqinə isə soyuq Labrador cərəyanı təsir göstərir. Bu cərəyan Kanada sahillərində temperaturun aşağı düşməsinə səbəb olur.

Alyaska və Şimali Sakit okean isti cərəyanları isə materikin qərb sahillərində temperaturu və yağıntının miqdarını artırır. Kaliforniya yarımadası sahillərini yuyan soyuq Kaliforniya cərəyanı isə havanın temperaturunu aşağı salır və sahildə səhraların yaranmasına səbəb olur.

Şimali Amerikada ekvatorial iqlim qurşağından başqa, Şimal yarımkürəsindəki bütün iqlim qurşaqları var. Hər bir iqlim qurşağı özünün temperatur rejimi və yağıntıların paylanması ilə səciyyələnir.

                                                        Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz. Əlaqə: 050 768 97 12






 

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?