Cənubi Amerikanın iqlimi
- Yazar
- 14-yan-2025, 22:34
- 28 Baxış
Cənubi Amerika coğrafi mövqeyinə görə çoxlu istilik ala bilir. Materik üzərində müxtəlif enliklərdə ekvatorial, tropik və mülayim hava kütlələri formalaşır. İqlimə meridional istiqamətdə uzanan And dağları böyük təsir göstərir.
Materik ərazisinə yağıntıların düşməsində Atlantik okeanının rolu böyükdür. Sahil boyunca axan isti cərəyanlar bol rütubətin düşməsinə səbəb olur.
Ekvatorial iqlim qurşağı Amazon ovalığının böyük bir hissəsini əhatə edir. Burada orta illik temperatur +24°... +26°C-dir. Yağıntının miqdarı 1500 mm-dən 3000 mm-ə qədər dəyişir.
Yağıntılar ilboyu bərabər düşür, bu ərazilər insanların yaşayışı və təsərrüfat fəaliyyəti üçün əlverişsizdir, çünki yağıntıların bolluğu səthin bataqlıqlaşmasına səbəb olmuşdur.
Ekvatorial iqlim qurşağından şimal və cənubda subekvatorial iqlim qurşağı yerləşir. Bu qurşaq yayda rütubətli ekvatorial hava kütlələrinin, qışda isə quru tropik hava kütlələrinin təsiri altında olur. Fəsillər rütubətin dəyişməsinə görə müəyyən edilir. İllik yağıntı 1000 mm-dən 2000 mm-ə qədər dəyişir.
Cənubdan, Antarktidadan materikə soyuq hava kütləsi daxil olur. And dağlarının yüksəkliklərində iqlim yaşayış və təsərrüfatın inkişafı üçün əlverişsizdir.
Aygün Qurbanova
MİQ,Sertikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050 768 97 12