Yerin su təbəqəsi və dünya okeanının yaranması
- Yazar
- 17-yan-2025, 10:20
- 80 Baxış
Müasir materiklər ilkin mərhələdə nəhəng bir quru sahəsi kimi mövcud olmuşdur. Bu quru sahəsi
Pangeya adlanır. Yer kürəsinin qalan hissəsini ilk okean olan Pantalassa tutmuşdur.
Hidrosferdə* toplanan suların yaranmasında vulkanizm prosesi nəticəsində Yerin daxilindən qalxan su buxarı mühüm rol oynamışdır. Sonralar baş verən soyuma nəticəsində uzunmüddətli yağışlar yağmış, hidrosfer yaranmışdır. Su buxarı maye hala keçərkən digər uçucu maddələri həll etmiş və mineral məhlula çevrilmişdir. Həm su, həm də onun tərkibində olan duzlar mantiyadan
Mantiyadan qızmar kütlənin səthə çıxması vahid Dünya okeanının nisbətən kiçik hissələrə parçalanmasına gətirib çıxardı. İlkin olaraq Sakit okean və müasir Şimal Buzlu okeanının mərkəzi hissəsi əmələ gəlmişdir. Bu mərhələdən sonra Yer səthində daha iki okean - Atlantik və Hind okeanları yaranmışdır. Yer üzərində hidrosferin indiki həcmi onun yaranmasının ilkin mərhələsində formalaşmışdır. Okeanların yaranmasından sonra Yer üzərində zəngin bitki örtüyü əmələ gəlmiş, atmosferdə olan oksigenin miqdarı artmışdır.
Lavrasiya və Qondvana quru sahələrinin parçalanması nəticəsində Dünya okeanı müasir formasını almışdır. Onlar arasında Tetis okeanı mövcud olmuşdur.
Hidrosferdə toplanan suların əmələ gəlməsində kosmosdan meteoritlərlə gələn sular 15 sm su layı yaratmışdır. Yer səthindən 230-250 kilometrə qədər hündürlükdə yeni su molekulları yaranmış və onun səthinə gəlmişdir. Okean suları Günəşdən gələn istiliyi qəbul edərək Yerdə iqlimin formalaşmasında böyük rol oynayır.
Aygün Qurbanova
MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12