Okeanların öyrənilməsi
- Yazar
- 17-yan-2025, 10:29
- 62 Baxış
Böyük Coğrafi kəşflər dövründə okeanların dərinliyini ölçmək üçün ucuna yük bağlanmış kəndirdən istifadə edilirdi. Bu alət lot adlanırdı. XIX əsrin ortalarına qədər hesab edirdilər ki, okeanlar duzlu sular ilə dolmuş dərin çökəkliklərdir. Birinci Dünya müharibəsi zamanı okeanların dərinliyini ölçmək üçün exolot* kəşf olundu. Okean dibinə göndərilən səs dalğası 1500 m/san sürətlə hərəkət edərək geri qayıdır və qəbul edilir. Gəmilərdə okeanların dərinliyini avtomatik təyin edən exolot (sonar) okean dibinin profilini qurur.
Okeanların dərin hissələri batisfer və batiskafın köməyi ilə tədqiq olunur. Batisfer - okeanların dərin qatlarını öyrənmək üçün istifadə və gəmilərdən idarə edilən qurğudur. Batiskaf* - okeanların dərin qatlarını öyrənmək üçün avtomatik idarə edilən qurğudur.
1943-cü ildə fransız okeanoloqu Jak-İv Kusto və Emil Qanyan suyun 40 m-ə qədər sahələrini öyrənmək üçün akvalanq hazırladı. Marian çökəkliyinin dərinliyini (11022 m) ilk dəfə “Vityaz“ gəmisi 1957-ci ildə ölçmüşdür. Bu çökəkliyə ilk batiskaf 1960-cı ildə İsveçrə alimi Jak Pikar tərəfindən endirilmişdir.
Fiziki xəritələrin kənarında yüksəklik və dərinlik şkalası verilir. Bu şkalaya əsasən quruda hündürlük horizontallar, su hövzələrində isə dərinlik izobatlar ilə göstərilir.