Fiziki coğrafiya

Asiyanın daxili suları

  • Yazar
  • 19-fev-2025, 23:43
  • 51 Baxış

Asiyanın bütün iqlim qurşaqlarında yerləşməsi, hündür dağ və geniş düzənliklərə malik olması daxili sulara təsir edir. Şimali Asiyada Sibir çaylarının (Ob, Yenisey, Lena, Yana, İndiqirka, Kolıma və s.) əksəriyyəti Şimal Buzlu okeanına tökülür. Uzunluqlarına görə Ob (5410 km) və Lena (4400 km) çayları fərqlənir. Sutoplayıcı sahənin böyüklüyünə görə Ob , bol sululuğuna görə isə Yenisey çayı fərqlənir. Sibir çaylarının qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Yazda çaylar daşır, suyun səviyyəsi 7–18 m qalxaraq ətraf sahələri basır.

Sibirin çayları üzərində nəhəng SES-lər tikilir. Su axınının təzyiqini artırmaq üçün çay dərəsində bәnd tikilir. Bənddən yuxarıda – dərənin daha enli hissəsində yaradılan “anbarda” su toplanır. Su anbarında toplanan suyun təzyiqi artır və SES-in gücünün artmasına imkan verir. Su anbarları balıqçılıq, turizm, içməli su, suvarma məqsədləri üçün də istifadə edilir.

SES-lər nəhəng sənaye komplekslərinin formalaşmasına təsir edir. Onların yaxınlığında enerji tələb edən sənaye sahələri yaradılır. Məsələn, Yenisey çayı üzərində tikilmiş Sayan-Şuşenski SES-in yaxınlığında onun enerjisindən istifadə edən alüminium zavodları və molibden kombinatı fəaliyyət göstərir.

Şərqi, Cənub-Şərqi və Cənubi Asiyanın iri çayları – Amur, Xuanxe, Yantsızı, Mekonq, Qanq, Hind və s. yay aylarında daşır. Bu, musson yağışları ilə əlaqədardır. Daşqınlar zamanı çaylar ətrafda fәlakәtli tәbiәt hadisәsi yaradır, milyonlarla hektar əkin sahələri məhv olur.

Bu çaylardan qış aylarında suvarmada istifadə olunur. Bu ərazilər əhalinin tarixən sıx məskunlaşdığı və dünyadakı ən mühüm əkinçilik rayonlarından biridir.

1992-ci ildə Çində Yantsızı çayı üzərində nəhəng “Üç dərə” su-elektrik stansiyasının tikintisinə başlanıldı. Çayın üzərindəki bənd 185 m hündürlüyə və 2 km-dən artıq uzunluğa malikdir. Bəndin tikintisinin çoxsaylı tərəfdarları ilə yanaşı, əleyhdarları da var idi.

“Lehinә olanlar”

  • Son minillikdə Yansızı çayında 215 dəfə daşqın baş vermişdir.
  • 1998-ci ildə daşqınlar nəticəsində 4000 insan həyatını itirmiş, 14 milyon sakin öz evlərindən məhrum olmuş, iqtisadiyyata 24 milyard ABŞ dollar məbləğində zərər dəymişdir. Bənd tikildikdən sonra daşqınların başvermə ehtimalı sıfıra bərabərdir.
  • “Üç dərə” SES-də 15 AES-in istehsal etdiyi miqdarda enerji istehsal olunacaqdır.
  • Su anbarı suvarılan əkin sahələrinin çoxalmasına səbəb olacaqdır.
  • Hər il minlərlə litr tullantı və çirkli sular Yantsızı çayına axıdılır. “Üç dərə” layihəsinə əsasən isə bu tullantılar təmizləndikdən sonra çaya axıdılacaqdır.
  • Yeni SES bu ərazidə yeni müəssisələrin yaranmasına şərait yaradacaqdır.
  • “Üç dərə” SES hər il 40 mln. ton kömürə qənaət edilməsinə imkan verəcək, bu isə milyonlarla ton karbon qazının, tozun, kükürd 2-oksidin atfosferə atılmasının qarşısını alacaq.

“Üç dərə” ərazisi çoxsaylı turist axınını cəlb edəcəkdir.

“Әleyhinә olanlar”

  • Üç dərə” tikintisi zamanı 13 şəhər, 140 qəsəbə və 1300 kənd su altında qalmış, 1,3 milyon insan öz yaşayış yerlərini tərk etməyə məcbur olmuşdur.
  • Çinin 1300 arxeoloji abidəsi məhv edilmiş və həmişəlik su altında qalmışdır.
  • Ekoloji dəyişikliklər baş vermiş, əsasən də, bir çox balıq növləri yox olmuşdur.
  • Minlərlə zavod və mədən su altında qalmışdır. Bu isə suya zəhərli maddələrin daxil olmasına şərait yaratmışdır.
  • Su bəndindən aşağıda yaşayan 360 milyon nəfərdən artıq insan daim ciddi təhlükə altındadır.

Yeni sənaye müəssisələrinin yaradılması ətraf aləmin çirklənməsi, həmçinin zəhərli qazların havaya atılması ilə nəticələnəcəkdir

• İndoneziyanın Yava adasında Sitarium çayı Yer kürəsinin ən çirkli çayıdır. Digər su mənbələri olmadığına görə yerli əhali çirkabla dolu olan bu çaydan istifadə etmək məcburiyyətindədir.
Sitarium çayı. İndoneziyaMərkəzi Asiyada çay və göl şəbəkəsi seyrəkdir. Ən mühüm çaylar – Amudərya, Sırdərya, Kaşqadərya, Tarim uca dağlardan başlayaraq qumlu səhralara və axarsız hövzələrə (Balxaş, Aral) tökülür.

Cənub-Qərbi Asiyada ən nəhəng çay sistemləri olan Dəclə və Fərat Mesopatamiya ovalığı boyunca axır. Qızıl İrmaq çayı isə Anadolu yaylasında Qara dənizə tökülür.


• Türkiyəni Cənub-Qərbi Asiyanın “su kranı” adlandırırlar. Bu, Dəclə və Fərat çayları üzərində ardıcıl tikilmiş nəhəng su anbarlarının (müvafiq olaraq “Keban” və “Atatürk” böyüklüyünə görə fərqlənir) olması ilə əlaqədardır.

Dəclə və Fərat böyük əhəmiyyətli çaylar olub, qədim zamanlardan əhalinin həyat və təsərrüfat fəaliyyətində mühüm rola malikdir.

Asiyanın iri gölləri Aral (Qazaxıstan–Özbəkistan), Baykal, Taymır (Rusiya), Balxaş (Qazaxıstan), İssık-Kul (Qırğızıstan), Urmiya (İran), Kukunor, Lobnor (Çin), Van, Tuz (Türkiyə), Xubsuqul (Monqolustan), Xəzər dənizi (Avropa və Asiya sərhədi), Asiyanın ən dərin Qxor çökəkliyindəki Ölü dəniz (İsrail–İordaniya) hesab edilir.

a) Yantsızı çayı – Asiyanın әn uzun (5800 km)çayıdır. O, Çin әrazisindәn axır. Yantsızı çayı әtrafı әhalinin sıx mәskunlaşdığı әrazilәrdәn biridir. Onun hövzәsindә Çin әhalisinin 1/4 hissәsi mәskunlaşmışdır. Yantsızının mәnbәyi Tibetin şәrq hissәsindә yerlәşir. Çay ŞәrqiÇin dәnizinә tökülür. O, musson yağışları zamanı daşır. Yantsızı çayının nәqliyyat әhәmiyyәti böyükdür. Aşağı axarda, hәtta okean gәmilәri dә hәrәkәt edә bilir. Çayın vә onun qollarının suyundan suvarmada istifadә olunur.

b) Xuanxe çayı (çincә – “sarı”) – uzunluğu 4670 km-ә bәrabәrdir. Çayın mәnbәyi Tibetin şәrq hissәsindә yerlәşir. Yay aylarında bolsulu olur. Orta axarında gil süxurları ilә örtülü olan Lyoss yaylasından keçir. Gilli süxurlar çayın suyuna sarı rәng verir. Çayın mәnsәbi olan Sarı dәnizin adı da bununla әlaqәdardır. Xuanxe suları әkin sahәlәrinin zәmilәrinin suvarılmasında geniş istifadә olunur. Xuanxe vadisi әhali ilә sıx mәskunlaşmışdır.

Xuanxe vә Yantsızı çayları bir-biri ilә 1700 km şimaldan cәnuba uzanan “Böyük kanal” vasitәsilә birlәşdirilmişdir.

                                                                                                          Aygün Qurbanova

MİQ, Sertifikasiya və Abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12


 

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?