Fiziki coğrafiya

Şimali Amerikanın daxili suları

  • Yazar
  • 16-mar-2025, 00:28
  • 63 Baxış

 

Şimali Amerikada çay və göllər materik üzrə qeyri-bərabər yayılmışdır. Materikin daxili suları Sakit, Şimal Buzlu və Atlantik okeanı və daxili axarsız hövzələrə aiddir. Çaylardan ən böyüyü Missisipidir (yerli hindu dilində – “çaylar atası”). Çay İtaska gölündən başlayır, Meksika körfəzinə tökülür. Missisipi və onun qolları Missuri və Arkanzas ilə birlikdə axıtdığı suyun həcminə görə dünyada ilk onluğa daxildir. Missisipi sularını Böyük və Mərkəzi düzənliklərdən, həmçinin Appalaç və Kordilyer dağlarından axan çaylardan yığır. Axdığı ərazilərdə sənaye, kənd təsərrüfatı və məişət əhəmiyyətinə malikdir. Təsərrüfat işlərinə daşqınların mənfi təsiri böyükdür.

Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid olan dağ çayları qısa və bolsulu olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır. Kolumbiya və Kolorado çayları dağlıq ərazilərdən axdığına görə hidroenerji ehtiyatları zəngindir. Bu çaylar üzərində tikilən SES-lər böyüklüyünə görə fərqlənir.


“Katrina” qasırğasının nәticәlәri.
Yeni Orlean, 2005-ci il. Qasırğa Yeni Orlean şəhəri ilə Missisipi çayı arasındakı dambanı dağıtmış, nəticədə şəhəri su basmışdı.
Bunlardan Kolumbiya üzərindəki Qrand-Kuli SES-i (ABŞ-da ən böyük SES) xüsusilə fərqlənir.

Şimali Amerikanın şimal-qərbindəki Yukon çayı Asiyadakı Sibir çaylarını xatırladır. Yukon çayı Sakit okeana axır.

Şımal Buzlu okeanı hövzəsinə aid olan çaylar ilin çox hissəsini buzla örtülü olur. Bu hövzənin ən böyük çayı Böyük Kölə gölündən başlayan Makkenzidir. Şimali Amerika çaylarının qidalanma rejimi və səviyyəsi müxtəlifdir.Göllərinin ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır. Göllərdən ən böyükləri Böyük Ayı, Böyük Kölə, Vinnipeq və Atabaska tektonik və buzlaq mənşəlidir. Şimali Amerikanın Böyük Gölləri dünyada ən böyuk şirinsulu göllərdir.Böyük Göllər kompleksinin tərkibinə beş göl daxildir. Bu göllər qrupu Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına birləşir.

Şimali Amerika. Böyük Göllәr

 1 – Yuxarı, 2 – Miçiqan, 3– Huron, 4 – Eri, 5 – Ontario.

Bu göllər qışda donmur. Onların hər biri özünəməxsus xüsusiyyətə malikdir. Göllərin ABŞ və Kanada iqtisadiyyatında mühüm rolu vardır. Onların sahilləri əhalinin sıx məskunlaşdığı ərazilərdəndir. Göllər şirin su mənbəyi olmaqla yanaşı, turizm baxımından da əhəmiyyətlidir.

  Niaqara şəlaləsi dünyanın ən görməli yerlərindən biridir.

Bura il ərzində orta hesabla 25 milyon turist gəlir. Şəlalənin səsi 25 km-dən eşidilir, hündürlüyü 53 m, eni isə 1100 m-dir.

                                                                                         Aygün Qurbanova

MİQ,Sertifikasiya və Abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12



img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?