Tinqvedlir milli parkı
- Yazar
- 21-sen-2024, 22:52
- 20 Baxış
İslandiya adası Avrasiya və Şimali Amerika litosfer plitələrinin kəsişməsində yerləşir. Planetimizin dərinliklərində daima hərəkət olduğu üçün bu plitələr də hərəkət edirlər. Onların toqquşduğu yerdə dağlar, ayrıldığı yerdə isə çatlar əmələ gəlir.
Şimali Amerika və Avrasiya plitələri ildə bir-birindən 2-7 sm uzaqlaşırlar. Məhz buna görə də burada nəhəng çat əmələ gəlib. Bu çat orada yerləşən Tinqvadlavatn gölünün dibini parçalayaraq Silfra dərəsini yaradıb. İsland dilindən tərcümədə “silfra” “gümüş ledi” anlamına gəlir.
Tinqvedlir milli parkı İslandiyanın paytaxtı Reykyavikdən 50 km uzaqlıqda yerləşir.
Tinqvedlir Milli Parkı orta əsrlər Norveç və alman mədəniyyətini əks etdirən mədəni bir mənzərədir. Milli park İslandiyanın cənub-qərbində yerləşən Reykans yarımadasını və Henqill vulkanik bölgəsinı əhatə edir.
Bura İslandiya tarixindəki ən əhəmiyyətli yerlərdən biridir. 930-cu ildə Altinq, yəni dünyanın ən qədim parlementi bu bölgədə toplanmışdır. Altinq yığıncaqları ildə bir dəfə reallaşırdı və qanunları köçürən adam yəni bir növ hakim qanunları toplanan insanlara köçürərək anlaşılmazlıqlara həll tapmaqda idi. Günahkarlar da bu yığıncaqlarda cəzalandırılırdı. Ziyarətçilər bu gün belə hələ çayın içindəki Drekkinqarluru, yəni qanunlara əməl etməyən qadınların cəzalandırıldığı boğma hovuzunu görə bilir.
XX əsrin əvvəlində burada YUNESKO-nun Ümumdünya irsinə daxil olmuş Tinqvedlir milli parkı yaradılıb. İnanılmaz olsa da, burada quru ilə bir qitədən o birinə keçmək mümkündür.
Gölün suyu şirin və çox təmizdir, bəzi yerlərdə görünmə dərəcəsi 300 metrədək çatır.
Silfra dərəsində su o qədər soyuqdur ki, dalma zamanı nəfəs kəsilir. Gölə su yaxınlıqda yerləşən Launqyoyudl buzlaqdan axdığı üçün il boyu temperatur 2 dərəcə təşkil edir.
Aygün Qurbanova