Məqalə

Stephen Hawking və “Zamanın qısa tarixi”

  • Yazar
  • 15-sen-2024, 00:24
  • 90 Baxış

Stephen Hawking 1942-ci ildə doğulub, fizikanı Oxford-da öyrənib, sonradan kosmologiya sahəsində elmi araşdırmalarını Cambridge-də davam etdirib
22 yaşında Stephen-də hərəkəti əlaqələndirən sinir hüceyrələrinin nadir xəstəliyi aşkar olunur. Stephen Hawking təkərli kürsüdən istifadə etməli olub və nitqində çətinlik yarandığı üçün səs sintezatoru vasitəsilə fikirlərini bildirib. Hawking-i məşhurlaşdıran onun 1988-ci ildə yazdığı Zamanın Qısa Tarixi adlı kitabı olub. Həmin kitabın 10 milyondan çox nüsxəsi satılıb.yazısı, 2007-ci ildə Hawking iflic xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, xüsusi təyyarədə yaradılmış çəkisizlik vəziyyətini sınayan dünyada ilk insan olub. Bundan sonra o deyib: "Bəşəriyyət kosmosa çıxmasa, gələcəyi olmayacaq".Dünya şöhrətli fizik müxtəlif universitetlərdə mühazirələr oxuyub.Stephen Hawking 2008-ci ildə George Washington Universitetində mühazirə oxuyub.Stephen Hawking riyaziyyat və elm sahəsində bir çox mükafatlara layiq görülüb, 2009-cu ildə o zaman ABŞ prezidenti olan Barack Obama alimi Azadlıq Prezident Medalı ilə təltif edib.2014-cü ildə St James sarayında təşkil edilmiş xeyriyyə tədbirində Stephen Hawking Britaniya kraliçası Elizabeth ilə görüşüb. 2014-cü ildə Stephen Hawking-in həyatından bəhs edən və "Hər şeyin nəzəriyyəsi" adlanan film çəkilib. Filmdə baş rolu aktyor Eddie Redmayn ifa edib. Bu şəkildə gerçək qəhraman və onun obrazını filmdə yaradan aktyor birgə çəkiliblər.
2017-ci ildə Hawking Honqkonqda auditoriya qarşısında holoqram texnologiyası vasitəsilə çıxış etmişdi. Alimin holoqram vasitəsilə çıxışı onun Cambridge Universitetindəki iş otağından təşkil edilmişdi. Alimin ölümündən sonra onun övladları bildirib ki, Hawking-in özündən sonra qoyub getdiyi irs "uzun illər boyu yaşayacaq".

 

Tanrının varlığı

Alimin ən çox mübahisələr doğuran mülahizəsi Tanrının varlığı ilə bağlı fikirlərdir. Ancaq o, 2013-cü “Tanrının varlığının” mümkün ola biləcəyini açıqlayıb. 50 ildən çox müddətdir Allahın varlığını inkar edən, kainatın yaranmasının elmi faktlara əsaslandığını bildirən məhşur fizik Hokinq ömrünün sonlarına yaxın fikirlərində dəyişiklik edib. O, 2013-cü ildə verdiyi müsahibələrdən birində “Kainatın yaranması elmi faktlara əsaslanır, ancaq bu Tanrının olmadığı mənasına gəlmir” deyib.

Hokinq 1988-ci ildə yazdığı “Zamanın qısa tarixi” kitabında Kainatın yaradılmasında müəyyən bir yaradıcı qüvvənin olması haqqında fikirlərə yer versə də, fərdi şəkildə Tanrının varlığını heç vaxt qəbul etməyib. Hətta 2010-cu ildə yazdığı “Böyük Dizayn” adlı əsərində “Kainatı Allah yaratmayıb” fikrini işlədir. O, kainatın yaradılması ilə bağlı nəzəiyyələrdə Tanrıya ehtiyac olmadığını qeyd edirdi.

BBC-nin ingilis qəzetlərinə əsasən verdiyi xəbərə görə Hokinq “Necə ki, Darvinizm biologiyadakı iddiaları ilə yaradıcının varlığına olan ehtiyacı yox etdi, eləcə də yeni dövrün fizika nəzəriyyələri də kainatın yaranması məsələsində yaradıcının roluna ehtiyac olmadığı göstərir”.

Alimin fikirlərini müəyyən qədər dəyişməsinin səbəbinin nə olduğunu tam olaraq izah etmək mümkün olmasa da, bəzi hallarda bu “Tanrının varlığının həqiqiliyini və ya əksini sübut etməyin mümkünsüzlüyü” ilə əlaqələndirilir.

Süni İntellekt

Professor gələcəkdə robotların insanlardan daha üstün mövqe tutacağı məsələsində bəşəriyyəti xəbərdar edirdi. O, ötən il Wired jurnalına verdiyi bir müsahibədə belə qeyd edir: “Süni intellektin tamamilə insanların yerini tutmasından qorxuram. Əgər inkişaf bu formada gedərsə, kimsə öz-özünə inkişaf edən və özünü kopyalayan bir növ süni intellekt yaradacaq. Bu isə insanlardan daha üstün olan bir həyat forması olacaq”.

Nüvə müharibəsi

Hokinq insanların bir-biri ilə daha çox empatiya qurmasını istəyirdi. O düşünürdü ki, əks halda insanın təbiəti nüvə texnologiyası ilə birləşərək hamımızın ölümünə səbəb ola bilər. O, İndependent jurnalına verdiyi müsahibədə deyirdi: “Ən çox düzəltmək istədiyim şey insan təbiətinin bir hissəsi olan təcavüzkarlıqdır. Bu xüsusiyyət ibtidai icma dövründə onların qida əldə etməsinə, yaxud sağ qalmasına kömək etmiş ola bilər, ancaq müasir dövrdə bizim həyatımız üçün təhlükə yaradır.”

Qlobal İstiləşmə

Alim bu məsələ ilə bağlı bəzi proqnozlar verib. ABŞ Prezidenti Donald Tramp ölkəsini iqlim dəyişikliyi barəsində qəbul edilmiş Paris razılaşmasından çıxardıqda Hokinq məsələnin ciddiliyi ilə bağlı bir neçə xəbərdarlıq vermişdi. O, BBC News-a verdiyi müsahibədə aşağıdakıları qeyd edirdi: “Qlobal istiləşmənin qarşısını almağın mümkün olmadığı bir dövrdə yaşayırıq. Trampın bu addımı dünyanı Veneranın vəziyyətinə gətirib çıxara bilər.”

İnsan əli ilə hazırlanan viruslar

Hokinq insanlar tərəfindən hazırlanan virusların bütün dünyada həyatın məhv olmasına səbəb ola biləcəyini deyir. Genlərin tam olaraq, necə işlədiyini heç kəs bilmir. Buna görə də, onlarda aparılan hər hansı bir dəyişiklik gözlənilən nəticəni verməyə bilər. Bu addım idarə edə bilməyəcəyimiz virusların yaranmasına və yayılmasına səbəb ola bilər.
Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak etmişdir. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirmişdir. Giriş hissədə yazırdı:
Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum.
Bir qədər sonra "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitabları nəşr olunur. 2005-ci ildə "Zamanın qısa tarixi"kitabının yeni nəşri "Zamanın ən qısa tarixi" işıq üzü görmüşdür.
 

- Stiven Hokinq sağ yanağındakı kiçik əzələ hərəkəti və komputer köməyilə yazı yazaraq danışa bilirdi. Təbii ki, burada bir məqam diqqəti çəkir. Stiven Hokinq öz səsi ilə yox, yazdıqlarını səsləndirən proqram vasitəsilə söhbət edib, hətta konfrasda da çıxış edə bilirdi.

Hal-hazırda AS və ya digər məhdudiyyətli şəxslərin ən çox istifadə etdiyi üsullardan biri EyeNavigator göz izləmə sistemidir. Bu sistem sayəsində xəstə sadəcə göz hərəkətlərindən istifadə edərək komputer vasitəsilə danışır və ətrafı ilə söhbət edə bilir.

O, komputerlə əlaqə proqramı kimi Word Plus Inc şirkətinin EZ Keys proqramından istifadə edirdi. Bu proqramın çox mükəmməl söz ehtimal etmə xüsusiyyəti var idi. Stiven Hokinq eynəyinə bərkidilmiş yanaq əzələlərindən birinə təmas edən İnfrared Switch sayəsində komputerə əmrlər göndərirdi. Bu sistemə Single Switch Control adı da verilib. Yazdığı yazılar isə danışıq proqramı olan Speech+ istifadə edilərək səsləndirilirdi.

14-ci il martın 2018-də səhər tezdən Stiven Kembricdəki öz evində vəfat etdi. 77 yaşında sakit və sakit şəkildə getdi. 15 iyun 2018-ci ildə kremasiyadan sonra Londondakı Vestminster abbatlığında dəfn edildi. Alimin çoxlu mükafatları var, hamısının sayı-hesabı yoxdur!

Onun kompüteri bağlandı. “Mən beyni hissələri yararsız hala düşəndə ​​işləməyi dayandıran bir kompüter kimi görürəm. Qırılan kompüter üçün ölümdən sonra cənnət və həyat yoxdur. Bu qaranlıqdan qorxan insanlar üçün bir nağıldır.
      Aygün Qurbabova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?