Məqalə

Pasxa adası

  • Yazar
  • 12-avq-2024, 22:05
  • 91 Baxış

Pasxa adası-Sakit okeanın cənub-şərqində, Cənubi Amerika materikindən 3700 km aralıda yerləşir, Çiliyə məxsusdur. Hollandiyalı dəbizçilər 1722-ci ildə Pasxa bayramında adanı kəşf etdikləri üçün belə adlandırıblar. Yerli əhali buranı “Rapa-Nui” adlandırır.Pasxa adasının ən məşhur müəmması “moai” adlanan nəhəng daş heykəllərdir. Daşlaşmış vulkan külündən yonulmuş bu müəmmalı monolitlər insan başı formasındadır. Adada olan 887 heykəldən  397-si  bilavasitə Rano Raraku vulkanının yaxınlığındadır. O biri heykəllər də bu vulkanın kraterində yonulub. Pasxa adasının, demək olar ki, bütün heykəlləri sahil zonasında yerləşir və adanın içinə baxır. Moailərin adi ölçüsü 3-5 metr, orta çəkisi 5 tona yaxındır.Ehtimallara görə, Pasxa adasının heykəlləri IX-XVI əsrlərdə ucaldılıb. Bu nəhəng heykəllər sirlə doludur. Heykəllərin indi olduqları yerə necə gətirilməsi də xüsusi suallar doğurur. Güman edilir ki, heykəllər yonulduqdan sonra xüsusi arabalarda adanın sahilinə gətirilərək yerləşdirilib. Yerli əhali isə israrla iddia edir ki, onların özü hərəkət edir

İkincisi isə bu heykəllərin nə üçün yaradılması da sirrdir.Ehtimal olunur ki, bu heykəllər hökmdarların şərəfinə qoyulub , lakib maraqlısı odur ki, bəzi heykəllər yarımçıqdır və sanki ərazidə işlər bir anda dayanıb. Bu mədəniyyəti yaratmış insanların nəslinin kəsilmə səbəbi də sirr olaraq qalır. Bəzi elm adamları hesab edirlər ki, dünyadan təcrid halında yaşayan ada sakinləri tarixin bir dövründə özlərinə yeni din yaradıblar. Bu heykəlləri də həmin dinin rituallarına uyğun olaraq hazırlayıblar. Alimlərin fikrincə, sakinlər bu cür böyük heykəlləri hazırlamaq və daşımaq üçün adadakı bütün ağacları kəsiblər. Nəticədə ağacsız torpaqlarda eroziya prosesi başlayıb və bir zamanlar mövcud olmuş məhsuldar torpaqlar yararsız səhralığa çevrilib. Bu da həmin sivilizasiyanın məhvinə gətirib çıxarıb.

Buradakı heykəllərin bir çoxunu ora səfər edən dənizçilər öz ölkələrinə daşıyıb aparıblar. Hündürlüyü  2,42 metr olan bu heykəllərdən biri 1868-ci ildən Britaniya Muzeyində saxlanılır.

Ahu Tongariki 15 Moai-nin birlikdə yerləşdirildiyi yerdi

Ən maraqlısı odur ki, Moai-lər Dünyanın yeni 7 möcüzəsi siyahısına düşə bilməyib. Bu da seçimin səsvermə yolu ilə aparılmasına görədi, 8-ci yeri tutan Pasxa adası Rio de Janeyroda yerləşən İsa məsihin heykəlinə uduzub.

Bu abidələr 1995-ci ildə YUNESKO-nun "Ümumdünya mədəni irs siyahısı"na daxil edilmişdir.

                                                 

Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?