Postoyn mağarası
- Yazar
- 14-avq-2024, 19:39
- 177 Baxış
Postoyn mağarası-Sloveniyanın cənub-qərbində ,Postojna şəhərində yerləşir, bu şəhər Lüblyanadan 50 km uzaqlıqdadır.Bu mağaranın 190-160 min il tarixi var. Kaha və qalereyalardan ibarət mürəkkəb sistem təşkil edən bu karst mağarasının uzunluğu təxminən 23 kilometrdir. 1818-ci ildə mağaranın qədim hissəsi yerli sakin Luka Çeç tərəfindən açılmışdır. Burada 1872-ci ildə yeraltı dəmir yolu çəkilmişdir. Postoyna mağarası tavandan sızan su damcılarının əmələ gətirdiyi stalaktit və stalaqmitlərin gözəlliyi ilə dünyada məşhurdur. Təbiətin nadir əsəri olan bu mağaraya 1980-ci illərə qədər ildə təxminən 900 min nəfər turist gəlirdi. Sloveniya 1991-ci ildə müstəqillik qazandıqdan sonra bu rəqəm 300-400 min təşkil edir. Turist marşrutunun uzunluğu 5,2 kilometrdir- bu dünyada qeydə alınan ən uzun turist marşurutlarından biridir. Mağarada qədim alətlər aşkar edən arxeoloqaların fikrincə, burada 50 min il əvvəl ibtidai ovçular yaşamışdır. Mağarada havanın hərarəti ilin bütün fəsillərində müsbət 10 dərəcədən çox olmur,rütubətin miqdarı isə 90 faizdir, çöldə havanın temperaturu nə qədər çox olsa da ,mağaranın içi çox soyuqdur. İkinci Dünya müharibəsi dövründə, Alman işğalçı qüvvələr, mağaranı 1000 barel təyyarə yanacağı saxlamaq üçün istifadə edirdi. Bu yanacaq 1944-cü ilin aprelində Sloveniyalı Partizanlar tərəfindən məhv edilmiş və yanğın 7 gün davam edərək mağaranın böyük qismini zədələmişdir. 1990-cı ildə dünyanın ən çox turist qəbul edən mağaralarından biri olmuş və illik turist sayı təxminən 1 milyona çatmışdır.
Burada 150 növ heyvan məskən salmışdır ki, onların bəziləri endemikdir. Mağarada yerləşdirilən akvariumda dünyada ən böyük Troqlobit amfibiya və uzunluğu 20 sm olan Proteus anguinus endemik heyvanları saxlanılır. Həmçinin, burada mağara faunasını nümayiş edən vivari mövcuddur.
Proteus anguinus
Proteus anguinus-mağaranın simvollarından biridir. Balaca əjdaha (baby dragon) adlandırılan suda yaşayan sürünəndir.Əvvəllər əjdaha balası olaraq bilindiyi üçün ona belə ad verilib. Bu heyvan dünyanın ən az rast gəlinən və ən həssas heyvanlarından biridir və Postoyn mağarasında xüsusi akvariumda nümayiş etdirilir.Uzunluğu 20-30 sm, orta ömür müddəti 70-100 il arasıdır. Bəzi mənbələrdə bu heyvanın yemək yemədən 10 ilə yaxın yaşadığı qeyd olunur. İlana bənzəsə də ön ayaqlarında 3, arxa ayaqlarında isə 2 barmağı var. Gözləri olsa da , mağara dərinliklərində yaşadığı üçün üzəri dəri ilə örtülür və praktik olaraq “kor” həyat sürür. Çox az qidayla , çox az hərəkət edərək yaşayır , qidasını mağaradaki böcəklər təşkil edir.Yalnız Adriatik sahillərində yaşayır , Sloveniya ilə yanaşı Xorvatiya və Bosniya-Herseqovinyada da rast gəlinir.
Mağaranın digər simvolu isə brilyant adlandırılan stalaktitdir.Uzunluğu 5 m- dir.
Brilyant stalaktiti
Hal-hazırda mağaraya giriş bileti 35 avrodur. Və siz bu bileti əvvəlcədən almalısınız , çünki 1 saat müddətində mağaranın müəyyən ziyarətçi limiti var
Aygün Qurbanova