V qrupun rekordçuları - Ən yüksək keçid ballı 10 İXTİSAS
- Aygunqurbanova.com
- 17-noy-2026, 15:47
- 0 Baxış

2026/2027-ci tədris ilində V ixtisas qrupu üzrə dövlət sifarişli (pulsuz) plan yerlərinə qəbul zamanı ən yüksək keçid balı qeydə alınan 10 ixtisas məlum olub.
Aygunqurbanova.com-ın əldə etdiyi məlumata əsasən, ilk sırada234,3ballaBakı Mühəndislik Universitetinin “Dizayn” (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı)ixtisası qərarlaşıb.
İkinci yerdə Gəncə şəhərində yerləşənAzərbaycan Dövlət Aqrar Universitetinin “Dizayn” (interyer dizaynı, qrafik dizayn, tədris Azərbaycan dilində)ixtisası yer alıb. Bu ixtisas üzrə keçid balı229,8olub.
Üçüncü sırada228,8ballaXəzər Universitetinin ingilis dilində tədris olunan “Dizayn” (interyer dizaynı, qrafik dizayn və landşaft dizaynı)ixtisası qərarlaşıb.
Dördüncü yerdəAzərbaycan Memarlıq və İnşaat Universitetinin ingilis dilində tədris olunan “Dizayn” (interyer dizayn, qrafik dizayn)ixtisası yer alıb. Keçid balı220,2olub.
Beşinci sırada219,9ballaBakı Mühəndislik Universitetinin ingilis dilində tədris olunan “Dizayn” (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı)ixtisası qərarlaşıb.
Altıncı yerdəAzərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” (geyim dizaynı, interyer dizaynı, eksteryer dizaynı, sənaye dizaynı, qrafik dizayn)ixtisası yer alıb. Bu ixtisas üzrə keçid balı218,9təşkil edib.
Yeddinci sırada215,4ballaAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn” (interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn, geyim dizaynı, kukla rəssamı, tədris Azərbaycan dilində)ixtisası qərarlaşıb.
Səkkizinci yerdəAzərbaycan Memarlıq və İnşaat Universitetinin “Dizayn” (interyer dizayn, qrafik dizayn)ixtisası yer alıb. Keçid balı212,8olub.
Doqquzuncu sırada196,6ballaBakı Mühəndislik Universitetinin “Dekorativ-tətbiqi sənət” (bədii keramika, şüşə, xalça, bədii toxuculuq)ixtisası qərarlaşıb.
İlk onluğu isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Azərbaycan dilində tədris olunan “Təsviri incəsənət müəllimliyi”ixtisası tamamlayıb. Bu ixtisas üzrə keçid balı178,5olub.