Coğrafiyanı birlikdə öyrənək (050) 768 97 12      
Xəbərlər

Geomaqnit qasırğası müşahidə olunacaq

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Aygunqurbanova.comxəbər verir ki, Günəş fəallığı nisbətən artaraq, C və M sinif alışmalar qeydə alınıb. Günəş səthində ləkələrin sayı artaraq 6 qrupda 83-ə çatıb. Həmçinin tac dəlikləri müşahidə olunub.

Günəş küləyinin sürəti saatda 814 kilometrədək yüksəlib. Geomaqnit sahəsinin intensivliyi isə əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. Noyabrın 7-də G1 səviyyəli geomaqnit qasırğası qeydə alınıb. Hazırda kosmik hava sakitdir.

Noyabrın 16-dan 23-dək C sinifli Günəş alışmalarının başvermə ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 25 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faizdir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin artacağı, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə noyabrın 17-18-də yüksələcəyi, sonradan normallaşacağı proqnozlaşdırılır.

Həmçinin noyabrın 14-də qeydə alınmış tac kütlə atılmaları və tac dəliklərinin təsiri ilə noyabrın 17-18-də G1 səviyyəli zəif geomaqnit qasırğasının baş verməsi gözlənilir.

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 10 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?
Bizə yazın