Fiziki coğrafiya

Azərbaycanın daxili suları

  • Yazar
  • 08-apr-2025, 23:39
  • 118 Baxış

 

Azərbaycan Respublikasının ərazisində təqribən 8400-ə yaxın çay vardır. Relyef və iqlim xüsusiyyətlərindən asılı olaraq onlar qeyri-bərabər paylanmışdır. Dağlıq ərazilərdə çay şəbəkəsinin sıxlığı yüksək, düzənliklərdə isə seyrəkdir. Coğrafi yerləşməsinə görə çaylar 4 qrupa bölünür:

1) Böyük Qafqazın şimal-şərq yamacının çayları;
2) Abşeron-Qobustanın çayları;
3) Talış dağlarından axan çaylar;
4) Kür hövzəsinin çayları.
Azərbaycanın əsas çayları
Böyük Qafqazın şimal-şərqindən axan çaylar Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Ataçay
Abşeron–Qobustan çayları Pirsaatçay, Ceyrankeçməz, Sumqayıtçay
Talış dağlarının çayları Bolqarçay, Astaraçay, Təngərud, Viləşçay, Lənkərançay
Kürün sol qolları (Qanıx–Əyriçayın çayları) Mazımçay, Balakənçay, Katexçay, Kürmükçay, Kişçay,
Şinçay, Qanıx, Qabırrı, Əyriçay
Kürün sol qolları (Şirvan çayları) Mazımçay, Balakənçay, Katexçay, Kürmükçay, Kişçay,
Şinçay, Qanıx, Qabırrı, Əyriçay
Kürün sağ qolları (Kiçik Qafqazın
şimal-şərqi)
Ağstafaçay, Tovuzçay, Həsənsu, Zəyəmçay, Şəmkirçay,
Qoşqarçay, Gəncəçay, Kürəkçay, İncəçay
Kürün sağ qolları (Kiçik Qafqazın cənub-şərqi) Tərtərçay, Xaçınçay, Qarqarçay
Arazın sol qolları (Kiçik Qafqazın cənub-şərqi) Köndələnçay, Həkəri, Bərgüşad (Bazarçay), Oxçuçay
Arazın sol qolları (Naxçıvan
çayları)
Ordubadçay, Parağaçay, Gilançay, Əlincəçay,
Naxçıvançay, Arpaçay


Azərbaycanın çaylarının orta illik axım həcmi 31 km3-dir. Onun 10 km3-i ölkə daxilində, 21 km3 -i isə ölkə sərhədlərindən kənarda formalaşır. Digər ölkələrin ərazisində formalaşan belə çaylara tranzit çaylar deyilir.

Qidalanma xüsusiyyətlərinə və sululuq dərəcəsinə görə çaylar iki qrupa bölünür:

1. Axını daimi olan çaylar dağlıq ərazilərdə, humid iqlim şəraitində formalaşır və bolsulu olur. Onlar qarışıq qidalanmaya malikdir.

2. Yayda quruyan çaylar arid iqlimə malik ərazilərdə yaranır və əsasən, yağış suları ilə qidalanır. Belə çayların çoxunun mənsəbi olmur, tədricən quruyaraq yox olur. Onlara kormənsəbli çaylar deyilir.

Son illərdə iqlimin qlobal istiləşməsi nəticəsində ölkəmizdə axımı daim olan çaylarda yayda suyun kəskin azalması və ya çayların quruması müşahisə edilir.

Azərbaycan çaylarının qidalanma mənbələrinə görə qrupları
Qidalanma mənbələri Çaylar
Qar və buzlaqların ərinti suları Samur (68%), Qusarçay (64%), Qudyalçay (50%),
Dəmiraparançay (50%), Gilançay (50%).
Yeraltı sular Tərtərçay (71%), Türyançay (61%), Qanıxçay (52%), Həkəri
(49%), Araz (46%), Naxçıvanın əksər çayları.
Yağış suları Ceyrankeçməz (98%) və Abşeron-Qobustanın digər çayları,
Viləşçay (73%) və Lənkəranın əksər çayları, Ağsuçay (67%),
Köndələnçay (62%), İncəçay (48%), Qarqarçay (47%).

Kür çayı
Qidalanması:
qar suları – 52%,
yeraltı sular – 30%,
yağış suları – 18%.
Maksimum səviyyə: aprel ayı.
Minimum səviyyə: sentyabr ayı.

Araz çayı
Qidalanması:
yeraltı sular – 46%,
qar suları – 38%,
yağış suları – 16%.
Maksimum səviyyə: may ayı.
Minimum səviyyə: avqust ayı
Leysan yağışları nəticəsində çayların suyu kəskin artaraq güclü sellər yaradır. Sel dağ çaylarında su ilə süxur parçalarının qarışığının qəflətən yaratdığı sürətli axındır. Selin tərkibində 70–80%-ə qədər daş və palçıq kütləsi olur. Tərkibinə görə sellər üç yerə bölünür: palçıqlı, daşlı və daşlı-palçıqlı. Palçıqlı sellər gilli süxurların üstün olduğu arid-denudasion relyefə malik ərazilər üçün səciyyəvidir. Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamaclarında daha çox müşahidə edilir. Böyük Qafqazın dağətəklərində yerləşən Şəki, Qəbələ, Qax və s. rayonlar sel hadisələrinə daha çox məruz qalır.

İnsanların təsərrüfat fəaliyyəti də sellərin intensivliyinə təsir göstərir; məsələn, yamaclarda mal-qaranın həddən artıq otarılması, meşə və kolluqların məhv edilməsi eroziya prosesini gücləndirir.

Sellərin qarşısını almaq üçün hidrotexniki qurğular tikilir, fitomeliorativ işlər (ağac-kol bitkilərinin əkilməsi) görülür. Dəmiraparançay, Kişçay, Ordubadçay və s. çaylarda belə tədbirlər həyata keçirilmişdir.

                                                                                                                                                           Aygün Qurbanova

MİQ, Sertifikasiya və Abituriyent hazırlığı üçün müraciət edə bilərsiniz. Əlaqə: 050-768-97-12

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?