Fiziki coğrafiya

Azərbaycanın su anbarları və su kanalları

  • Yazar
  • 21-iyn-2025, 23:20
  • 54 Baxış

 

  1. Respublikada çaylardan müxtəlif məqsədlərlə – suvarma, məişət, sənaye və balıqçılıqda istifadə olunur. Bəzi çayların üzərində SES-lər tikilmişdir. Həmçinin su idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.

2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektardan çoxdur.

Azәrbaycan Respublikasının iri suvarma kanalları
Kanalın adı Başlandığı
su hövzəsi
Uzunluq, km-lə Suvarılan sahə,
(min hektarla)
1. Samur -Abşeron 182 92
2. Yuxarı Qarabağ 175 85
3. Yuxarı Şirvan 126 127
4. Baş Mil 38 76
5. Baş Muğan 37 65

3. Azərbaycan ərazisində olan çaylardakı su-elektrik stansiyalarından hazırda istehsal edilən enerjinin miqdarı 1,9 milyard kV/saat-dır (İstehsal olunan ümumi enerjinin təqribən 7%-i) . Lakin bu rəqəm 16 milyard kVt/saat ola bilər.

Ölkənin ən böyük elektrik stansiyaları Kür (Şəmkir SES, Mingəçevir SES, Varvara SES, Yenikənd SES), Tərtər (Sərsəng SES) və Araz (Araz su qovşağı) çayı üzərində tikilmişdir.

Orta ölçülü SES-lərin tikintisi də ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Belə stansiyalara Ordubad SES, Taxtakörpü SES misal göstərilə bilər.

SES-lərin tikintisi baha başa gəlir, bu stansiyaların işində ekoloji cəhətdən təmiz olan su mənbələrindən istifadə olunur. Neft-qaz ehtiyatının böyük olmasına baxmayaraq, son illər kiçik SES-lərin tikintisinə start verilmişdir. Bu da mazutun qənaətinə səbəb olmuş, sel axınlarını nəzarətdə saxlamaq və yeni suvarma sistemlərinin yaradılmasına gətirib çıxarmışdır. Kiçik SES-lərə nümunə kimi Balakən (“Balakən-1”), Göyçay (“Göyçay-1”), İsmayıllı, Oğuz və Astarada tikilən stansiyaları göstərmək olar.

 etdirilməsində istifadə olunur. Balıq sənayesi heyvandarlıq sahəsinin qollarından birini təşkil edir. Bu sahə yeyinti sənayesinin ən mühüm sahələrindən biridir. Su anbarlarında balıqçılığın inkişafı əhalinin təzə balıq ətinə tələbatını ödəməklə yanaşı, balıq konservlərinin hazırlanması üçün xammal ehtiyatını yaradır. Balıqçılığın inkişaf etdirilməsi üçün, ilk növbədə, balıq fermaları yaradılır ki, bu müəssisələrdə kürülər saxlanılır, sonra xüsusi hovuzlarda yetişdilir və satılır. Bu fermalardan biri Qəbələ rayonundadır. Fermada alabalıq və digər qiymətli balıq növləri yetişdirilir.

Müsbət xüsusiyyətləri ilə yanaşı, su anbarlarının təbiətə mənfi təsiri də var. Ətrafda qrunt sularının səviyyəsi qalxır və təbiətdəki tarazlıq pozulur. Nəticədə, quraq ərazilərdə yerləşən su anbarlarının ətrafında şoranlıqlar, rütubətli ərazilərdə isə bataqlaşma baş verir. Mingəçevir su anbarının tikilməsi nəticəsində çayda suyun səviyyəsi aşağı düşmüş, Kür boyunda yerləşən axmaz göllərin çayla əlaqəsi kəsilmişdir. Bu isə axmaz göllərin suyunun tərkibinin tədricən şorlaşmasına səbəb olmuşdur.

                                                   
                                                  Alabalıq yetişdirәn ferma. Qəbələ rayon

                                                                                                                      Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə;  050-768-97-12

 

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?