Fiziki coğrafiya

Təhlükəli hidroloji hadisələr və onlarla mübarizə

  • Yazar
  • 09-iyl-2025, 19:47
  • 0 Baxış

  Dünyada baş verən təbii fəlakətlər

 

Yer kürəsində baş verən hidroloji hadisələr (daşqın, sel, subasma və s.), adətən, iki fərqli hadisə və ya proses arasında aralıq mövqeyə malik olur. Bu hadisələr təbii və antropogen təsirlər nəticəsində baş verir.

Onlar hər hansı bir təbii hadisənin nəticəsi və eyni zamanda digər bir hadisənin səbəbi olduğuna görə təbiətdə geniş yayılmışdır.

Hidroloji hadisənin sxematiktəsviri

Hidroloji hadisələrin növləri çoxdur. Okean və dənizlərdə baş verən təhlükəli hidroloji hadisələrə sunamilər, gücü 5 baldan çox olan dalğalar, erkən buz örtüyünün yaranması, hərəkətsiz qalın buz qatı, aysberqlərin yaranması və s. aiddir. Bu hadisələr balıq ovuna, dəniz təsərrüfatına (neft və qazın hasilatı, duzun istehsalı və s.) və dəniz nəqliyyatına mənfi təsir edir.

Qlobal istiləşmə sonda örtük buzlaqlarının əriməsinə və dəniz sularının səviyyəsinin qalxmasına gətirib çıxarır.

 








Yer kürəsində havanın orta temperaturu 0,2°C artarsa, okean və dənizlərdə suların səviyyəsi qalxar, onların sahəsi isə genişlənər. 

 

 
Yer kürəsində havanın orta temperaturu 26°C olarsa, planetin buz örtüyü tamamilə yoxa çıxar. Əksər quru sahələri su altında qalar.

Quruda baş verən ən mühüm hidroloji hadisələrdən biri daşqın və subasmalardır. Onları yaradan səbəblər müxtəlifdir:

a) uzunmüddətli yağışların yağması - musson iqlimə malik olan Şərqi, Cənub-Şərqi və Cənubi Asiya ölkələri üçün səciyyəvidir;

b) qar örtüyünün sürətlə əriməsi - mülayim iqlim qurşağında yerləşən Avropa, Şimali Amerika, Şimali Asiya ölkələri üçün səciyyəvidir;

c) texnogen amillər - su anbarında bəndin dağılması və s.

Daşqın və subasmaların təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir: çay deltası lildən təmizlənir, meandrlaşan ərazilərdə çayın məcrası düzləndirilir, sahilboyu bəndlər tikilir, aşağı axarlarda su kanalları çəkilir.


Təhlükəli daşqın hadisələrindən biri çaylar üzərində yaradılan su anbarlarının qarşısındakı bəndin dağılmasıdır. Onlar zəlzələ, daşqın və digər təbii fəlakətlərin təsiri ilə dağıla bilər. Su anbarında suyun normadan artıq toplanması da bəndin dayanıqlığına mənfi təsir göstətərir
Tarix Bəndin adı Ölkə Daşqın zamanı xəsarət alanların sayı
1928-ci il mart Sent-Frensis ABŞ 600 nəfərə yaxın
1941-ci il avqust Dnepr Ukrayna 100 min nəfərə yaxın
1959-cu il dekabr Malpasse Fransa 423 nəfər
1963-cü il oktyabr Bayont İtaliya 2500 nəfər
1975-ci il avqust Baynçyao Çin 171 min nəfər
1993-cü il iyun Kiselyovsk Rusiya 6,5 min nəfər
2010-cu il avqust Tarbale Pakistan 20 min nəfərdən çox

Hidrometeoroloji hadisələrdən biri seldir. Sel dağ çaylarının yatağında leysan tipli yağışların yağması, buz və ya mövsümi qarın sürətlə əriməsi nəticəsində yaranan palçıqlı, daşlı və daşlı-palçıqlı axındır. Sellərdə 1 m3 su kütləsinin təxminən 65-70%-ni bərk materiallar, qalanını su təşkil edir.

Sellər, adətən, qəflətən yaranır, böyük sürətlə hərəkət edir, əksər hallarda 30-40 dəq.-dən bir neçə saatadək davam edir. Sel zamanı yaranan kütlənin hündürlüyü bəzən 15 m-ə çatır. Sel axını güclü gurultu ilə müşayiət olunur, yolunun üstündəki hər şeyi, o cümlədən bina və qurğuları dağıdır, əkin sahələrini yararsız hala salır, torpaqların məhsuldar (humus) qatını yuyub-aparır, çay yatağında olan mal-qaranı məhv edir, insan tələfatına səbəb olur. Azərbaycanda fəlakətli sel hadisələri Şin (1510-cu il), Kiş (1901-ci və 1982-ci illər), Kürmük (1921-ci il) və s. çaylarda baş vermişdir. Sellərin qarşısını tam almaq mümkün olmasa da, təhlükəni nisbətən azaltmaq olur. Bunun üçün çaylar üzərində hidrotexniki qurğuların (selötürən, selqırıcı və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşə meliorativ işlərinin aparılması və s. tədbirlərin görülməsi tələb olunur.

Təhlükəli hidroloji hadisələr təbii, iqtisadi, sosial problemlərin əmələ gəlməsi ilə nəticələnir. Onları qabaqcadan proqnozlaşdırmaq qismən mümkün olduğuna görə əhalinin təxliyəsini təşkil etmək, təsərrüfat sahələrinə dəyə biləcək ziyanı (heyvandarlıq komplekslərindən mal-qaranın köçürülməsi, ərzaq anbarlarında və supermarketlərdə məhsulların qorunması vəs.) azaltmaq mümkündür.

                                                                                                                                                       Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12


img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?