Fiziki coğrafiya

Canlı aləmin müxtəlifliyi

  • Yazar
  • 21-iyl-2025, 15:35
  • 24 Baxış

  

  

 Biosferin yayıldığı sərhədlər litosferin üst, atmosferin alt qatını və bütün hidrosferi əhatə edir.


Yer kürəsinin inkişafının müəyyən mərhələsində canlılar əmələ gəlmiş və biosfer təbəqəsi formalaşmışdır. Canlı orqanizmlərin inkişafı ilə əlaqədar biosfer də tədricən öz sərhədlərini genişləndirmişdir.

Canlı aləm müxtəlifliyi ilə fərqlənir. Bitki və heyvanların, yəni üzvi aləmin təxminən 2,5 milyon növü vardır. Yer kürəsində növ tərkibinə görə heyvanlar, üzvi kütlənin miqdarına görə isə bitkilər üstündür. Lakin okean və quruda bu, fərqlidir. Qurudakı canlı aləmin 92%-ni bitkilər, okeanlardakıların isə 94%-ni heyvan və mikroorqanizmlər təşkil edir. Günəş enerjisi və istiliyi bitki, heyvan və mikroorqanizmlərin bir-biri ilə və eyni zamanda, Yerin digər təbəqələri ilə daimi əlaqəsini təmin edir.

a 

Bitkilər Günəş enerjisini udur, torpağın humus qatı ilə qidalanır və üzvü maddələr yaradır. Otyeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar isə otyeyənlərlə qidalanır. Bitki və heyvanlar məhv olaraq yenidən torpağa qarışırlar (a).

Bütün canlılar arasındakı bu əlaqə nəticəsində biosferdə maddələr mübadiləsi baş verir (b). Müəyyən ərazidə formalaşan, bir-biri ilə sıx qarşılıqlı əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna biosenoz deyilir. Hər bir təbii kompleksin (meşə, bataqlıq, çəmənlik, çöl və s.) özünəməxsus biosenozu var.

Okean sularında sərbəst hərəkət edən, fəal heyvanlar (balıq, balina, dəniz tısbağası və s.) nekton adlanır. Bentos okean və dənizlərin dib hissəsində yaşayan dəniz canlılarıdır (molyusk, mərcan, xərçəngkimilər). Suyun üst qatında çoxlu sayda kiçik, hərəkətsiz canlılar - planktonlar yayılmışdır. Onlar nektonlar üçün əsas qida mənbəyidir.

b 

                                                                                                                                                                                      Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?