Fiziki coğrafiya

Torpaq

  • Yazar
  • 21-iyl-2025, 15:48
  • 14 Baxış

 

     Torpaq Yerin üst münbit qatıdır. Torpağın üzvi tərkibi onun çürüntü – humus qatıdır.

Torpaq bitkiləri qidalandıraraq onlara həyat verir. Bitkilər də öz növbəsində heyvanlar və insanlar üçün mühüm qida mənbəyidir. Torpağın əmələ gəlməsi uzun sürən təbii prosesdir. Buna bir sıra təbii amillər təsir edir. Ona görə də torpağı “təbiətin güzgüsü” adlandırırlar.

Torpaqların müxtəlifliyi ilk növbədə ərazinin iqlim şəraitindən, relyefindən, süxurların tərkibindən, bitki örtüyündən və s. asılıdır.

Torpağın münbitliyini təmin edən çürüntü qatı – humusun miqdarı buradakı canlı orqanizm qalıqlarının tərkibindən asılıdır. Humusun miqdarı və müxtəlifliyi torpağın rənginə təsir edir. Torpaqların adları da məhz onların rəng çalarlarına görə verilmişdir.

Tərkibindəki süxur hissəciklərinin ölçüləri torpağın mexaniki tərkibini müəyyən edir.

Mexaniki tərkibinə görə torpaqlar gilli, qumlu, qumsal və gillicəli olur. Torpaqdakı rütubət və havanın miqdarı onun mexaniki tərkibi ilə bilavasitə əlaqədardır.

Ərazinin temperatur və rütubəti torpaqəmələgəlmə prosesinə təsir edən əsas amillərdən biridir. Relyef isə torpaq qatının toplanması üçün şərait yaradır. Müəyyən zaman daxilində torpağın tərkibi dəyişir və zənginləşir. İnsan fəaliyyəti də torpaqəmələgəlmə prosesində müəyyən rol oynayır.

Torpağın şaquli kəsiyində aşağıdakı horizontlardan ibarət qatların olduğu müşahidə olunur (a): çürüntü qatı – humus (1) və ya A ; yuyulma qatı (2) və ya A2 ; toplanma qatı (3) və ya B, ana 1 süxur (4) və ya C. Torpaq horizontları arasında fasiləsiz olaraq maddələr mübadiləsi gedir.

Torpaqlar həmçinin strukturlu  struktursuz olur. Strukturlu torpaqlar dənəvər (qumlu), daha münbit, əlverişli su və hava rejiminə malik olur. Münbitliyi az olan, su və havanı pis keçirən tozvari (gilli) torpaqlar struktursuzdur.

a

                                                                                                                                            Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?