Miqyas
- Yazar
- 25-avq-2024, 15:11
- 132 Baxış
Müəyyən ərazinin, məsələn, yaşadığınız məhəllənin və ya kəndin, onun ətrafında yerləşən əkin sahəsinin kağız üzərində təsviri üçün kiçildilərək təsvir edilməsi lazım gəlir. Bu halda kağızda məsafələr sm və mm ilə ölçülür. Ona görə yer üzərindəki məsafənin kağız üzərində təsvir edilən məsafənin nə qədər hissəsinə uyğun gəldiyini hesablamaq olar. Alınmış rəqəm məsafənin nə qədər kiçilməsini və ya miqyası göstərir.
Miqyas - Yer səthinin müstəvidə olan təsvirlərində kiçiltmə nisbətini göstərən kəsrdir. Bu zaman Yer üzərindəki 1 km-in müstəvidə neçə sm-ə uyğun gəldiyi müəyyən olunur. Məsələn, əgər müstəvi üzərində 1 sm Yer üzərindəki 10 000 sm-ə uyğun olarsa, miqyas da 1:10 000 kimi yazılır.
1:25 000
|
1:250 000
|
1:1 000 000
|
Miqyasın kəmiyyətindən asılı olaraq təsvir olunan ərazilər genişlənir və ya kiçik olur. Kəsr kimi yazıldığına görə həmin kəmiyyət məxrəcdə yerləşir. Bu isə o deməkdir ki, miqyas nə qədər kiçik olarsa, ərazi bir o qədər böyük olur, yəni, eyni ölçüdə olan xəritədə
nisbətən geniş ərazi təsvir olunur. Bu halda miqyas kiçik hesab olunur. Miqyası göstərən məxrəcdəki kəmiyyət böyüdükcə ərazilər daha çox kiçilmiş təsvir olunur. Buna görə daha böyük əraziləri təsvir etmək imkanı yaranır. Digər tərəfdən eyni ərazi xəritədə nisbətən kiçik sahə tutur. Eyni ərazi 1:100 000 miqyaslı xəritədə 1:50 000 miqyaslı xəritəyə nisbətən iki dəfə az sahə tutmuş olur.
Bəzi coğrafi obyektlər böyük ərazi əhatə etdiyinə görə onlar arasındakı həqiqi məsafələr kiçildilərək plan və xəritələrdə təsvir edilir. Bunun üçün miqyasdan istifadə olunur. Miqyasın üç növü var: ədədi, izahlı, xətti
|
Ədədi miqyas – surəti vahid, məxrəci isə coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən yuvarlaq ədəddən ibarət kəsrdir. Məsələn 1:500, 1:5000 ədədi miqyaslarında məntəqələr 500 və 5000 dəfə kiçildilib. Miqyasın məxrəcindəki rəqəm, yəni miqyasın kəmiyyəti böyüdükcə, kiçilmə dərəcəsi də müvafiq olaraq artır, yəni miqyas kiçilir.
Ədədi miqyas izahlı miqyas şəklində də verilə bilər (m və km ilə). Məsələn, 1:500 ədədi miqyası 1 sm=5m, 1:100000 isə 1 sm=1 km kimi göstərilir.
Ədədi və izahlı miqyas qrafik şəkildə təsvir oluna bilər. Bu, xətti miqyas adlanır.
Xətti miqyasa əsasən planda və xəritədə məsafələri pərgarla ölçüb həqiqi məsafəni təyin etmək olar.
Miqyasda qızıl qayda: santimetrdən metrə keçmək üçün 100-ə , santimetrdən kilometrə keçmək üçün 100000-ə bölürük
edib. Anaksimandrın xəritəsi okeanla əhatə olunmuş dairə şəklində verilmişdi. Xəritədə Yunanıstan mərkəzdə təsvir edilmişdi. Avropa və Asiyanın isə həmin dövr üçün məlum olan hissələri vermişdi.
|
Miqyasda həqiqi məsafəni təyin etmək üçün aşağıdaki düsturdan istifadə edilir:
Hm=Xm•M
burada, Hm - Həqiqi məsafə
Xm-xəritədəki məsafə
M-miqyas
Xm=Hm/M
M=Hm/Xm
Məsələn,
1: 500 000 miqyaslı xəritədə A və B məntəqələri arasında məsafə 6 sm-dir. Bu məntəqələr arasında Yer səthi üzrə həqiqi məsafəni təyin edin.
M=5 km
Xm=6 sm
Hm=Xm.M=6.5=30 km
Miqyasda həqiqi sahənib təyib edilmısi
Hs=Xs.M2
Burada, Hs-həqiqi sahə
Xs=xəritədəki sahə
M- miqyas
Xs=Hs/M2
M=kök altında Hs/Xs
Məsələn
Xəritədəki sahəsi 3 sm2 olan çəmənliyin 1:200 000 miqyaslı xəritədə həqiqi sahəsi necə kv km olar?
Xs=3 sm2
M=2 km
Hs=Xs. M2= 3.4=12 km2
Aygün Qurbanova