Məhəlldə cəhət təyini.Azimut
- Yazar
- 25-avq-2024, 17:32
- 29 Baxış
Səyahətə və uzunmüddətli səfərə çıxan ekspedisiya üzvləri getdiyi istiqaməti bilmədən son məntəqəyə çata və ya geri dönə bilməzlər. Hərəkətin istiqaməti isə üfüqün cəhətlərini dəqiq təyin etməklə müəyyən olunur.
Üfüq – açıq yerdə, düzənlikdə və ya dənizdə ərazinin gözlə görünən hissəsidir. Onun kənarlarında sanki səma yer səthi ilə birləşir. Bu xətt üfüq xətti hesab edilir. Açıq havada insan ətrafda 4 km-ə qədər məsafəni görə bilir. Hündürlük artdıqca üfüqün görünən hissəsi genişlənir. Üfüqdə hansı istiqamətə hərəkət etmək lazım gəldiyini təyin etmək üçün onun cəhətlərini bilmək lazımdır.
Üfüqün cəhətləri – üfüqdə istiqamətin təyin olunması üçün istifadə edilən tərəflərdir. Üfüqün dörd əsas cəhəti vardır – şimal, cənub, şərq və qərb. Üfüqün əsas cəhətləri ilə yanaşı, istiqamətin daha dəqiq təyin edilməsi üçün aralıq cəhətlər də istifadə olunur. Onun aralıq cəhətlərinə şimal-şərq, şimal-qərb, cənub-şərq, cənub-qərb aiddir. Üfüqün cəhətlərini təyin etmək üçün adətən əvvəlcə şimal-cənub istiqaməti müəyyən olunur. Daha sonra, şimal istiqamətinə əsasən üfüqün digər istiqamətləri təyin edilir. Sadə üsullardan biri Günəşin çıxması və günorta vaxtı üfüqdə olan vəziyyətinə əsasən təyin olunmasıdır.
Sağ əlimizi Günəş çıxan tərəfə yönəltsək, bura şərq istiqaməti olur. Bu halda sol tərəfdə qərb, qabaqda şimal, arxada cənub istiqaməti olduğunu təyin etmək olar.
Üfüqün cəhətlərini təyin etmək üçün digər üsullar da istifadə edilir.
Azərbaycanda gündüz saat 12.00-da Günəş cənubda müşahidə edilir, səhər Günəş şərqdə çıxır, axşam qərbdə batır.
Ən sadə cəhət təyinetmə üsulu isə kompasdan istifadədir. Kompas – üfüqün cəhətlərinin təyin olunması üçün istiqaməti göstərən cihazdır. Kompasın əqrəbi hər zaman şimal və cənub istiqamətlərini göstərir. Kompasdan gəmiçilik (naviqasiya), hava nəqliyyatı (aviasiya), hərbi işlərdə, eləcə də turist səfərlərində geniş istifadə olunur.
İlk sadə kompas b.e.ə. III əsrdə Çində ixtira edilib. Həmin kompas qaşıq şəklində olmuş və maqnitli dəmirdən hazırlanmışdır. Qaşıq mis iynə ətrafında sərbəst hərəkət etmiş və daim cənubu göstərmişdir. XIV əsrin əvvəllərində italiyalı usta Flavio Jioyya kompası təkmilləşdirmişdi. O, kartondan hazırlanmış dairənin mərkəzində maqnit iynə quraşdırmışdı. Kompasın əqrəbinin cənub istiqamətini göstərən hissəsinin qırmızı, şimal istiqamətinin tünd göy rənglənməsi qədim dövrdən qalan ənənədir. Qədim Assuriya təqvimində şimal Qara ölkə, Cənub Qırmızı, Şərq Yaşıl, Qərb Ağ ölkə adlandırılmışdır. |
Kompasdan istifadə qaydaları.
|
|