Relyefin təsviri.Nisbi və mütləq Hündürlük.Horizontallar
- Yazar
- 25-avq-2024, 22:55
- 120 Baxış
Fiziki xəritələrdə relyefi təsvir etmək məqsədi ilə rənglərdən istifadə olunur. Rəng çalarlarını biri-birindən nazik xətlər ayırır. Planda bu xətlər daha aydın çəkilir, səthin relyefini əks etdirir. Bu xətlər horizontallar adlanır.
Horizontal (izohipslər) - eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən qapalı əyri xətlərdir. İki qonşu horizontal arasındakı hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Planın hər yerində horizontallar arasında kəsmə yüksəklik eyni olur. Horizontalların bir-birinə yaxın çəkilməsi yamacın dikliyini, aralı çəkilməsi isə relyefin hamar və ya az meyilli olduğunu göstərir.
Yamacın meyilliliyi berqştrix vasitəsi ilə müəyyən edilir. Berqştrix horizontala perpendikulyar çəkilmiş qısa xətlərdir. Berqştrixin istiqaməti relyefin formasını, yəni onun qabarıq (təpə, dağ və s.) və ya çökəklik olmasını müəyyən etməyə imkan verir.
Qabarıq relyef formalarında berqştrixin istiqaməti - kənara, çökək relyef formalarında isə, əksinə - mərkəzə doğru çəkilir.
Relyefin formasını horizontallar üzərində yazılan rəqəmlərə əsasən də müəyyən etmək mümkündür. Çünki horizontal üzərində yazılan hündürlüklərin yuxarı hissəsi mütləq yüksəkliyin artma istiqamətinə yönəlmiş olur.
Obyektlərin hündürlüyü nisbi və mütləq ola bilər. Əgər nöqtənin hündürlüyü okean və ya dəniz səviyyəsindən hesablanırsa, bu, mütləq hündürlük adlanır.
Plan və xəritədə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir.
Yer səthində bir nöqtənin digər nöqtəyə nəzərən şaquli xətt üzrə hündürlük fərqinə nisbi hündürlük deyilir.
Nisbi hündürlük nivelir vasitəsi ilə ölçülür.
Topoqrafik xəritələri oxumaq, əlbəttə, hər şeydən əvvəl diqqət tələb edir.
Topoqrafik xəritədə rənglərin mənası fiziki xəritədəkindən fərqlənə bilər. Çaylar, göllər və digər su obyektləri hər iki xəritədə göy rənglə verildiyi halda, yaşıl rənglə fiziki xəritələrdə ovalıqlar, topoqrafik xəritələrdə isə bitki örtüyü göstərilir. Bitki örtüyünün tiplərini fərqləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.
Topoqrafik xəritədə təsvir olunan relyef formalarını təsəvvür etmək üçün bir neçə qaydanı bilmək lazımdır:
1. Topoqrafik xəritələrdəki horizontallar eyni mütləq hündürlüklərə malik olan nöqtələri birləşdirir və qəhvəyi xətlərlə çəkilir. Ərazinin relyef xüsusiyyətləri onlara əsasən müəyyən edilir.
2. Adətən, dairə formasında olan qapalı horizontallar təpə və ya çökəkliyi göstərir.
3. Ərazinin hündürlüyünü horizontallar üzərində olan rəqəmlərə görə müəyyən etmək olar:
4. Təpələrin və çökəkliklərin təsvirində mərkəzdə yazılan rəqəm müvafiq olaraq həmin nöqtənin mütləq hündürlüyünü göstərir:
5. Horizontalların arasındakı məsafə yamacın dikliyini göstərir: