Yerin forması və ölçüləri. Dərəcə toru. Coğrafi koordinatlar
- Yazar
- 25-avq-2024, 23:34
- 60 Baxış
Yerin forması haqqında ilk fərziyyələr bizim eramızdan əvvəl
yaşamış qədim xalqlara – babillilərə, şumerlərə və digər başqa xalqlara
məxsusdur.
Yerin kürə formasında olması ilə bağlı ilk mülahizələri Pifaqor, daha
sonra Aristotel, Eratosfen, Ptolemey və b. alimlər irəli sürmüşlər. Zaman
keçdikcə Yerin forması haqqında təsəvvürlər təkmilləşdi
İngilis fiziki İ.Nyuton (1642–1727) Yerin qütblərdən basıq, yəni ellipsoid formasındaolduğunu söyləmişdir. Qütblərdən basıq olduğu üçün Yer müxtəlif radiuslara malik olur və bu xüsusiyyəti onu kürədən fərqləndirir.
Formasına görə heç bir həndəsi fiqura tam uyğun gəlmədiyi üçün Yeri “geoid”də (yun. – “yerəbənzər”) adlandırırlar. Geoid dəniz səviyyəsinə uyğun gələn xəyali səthdir. Geoidin səthində Yerin relyefi nəzərə alınmır
Yer fiziki formaya malikdir, yəni onun səthi hamar deyil və burada okean çökəklikləri və materik çıxıntıları, onların üzərində isə dağlar və düzənliklər yerləşir.
Kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Yerin Şimal qütb sahəsi Cənub qütb sahəsinə nisbətən bir qədər qabarıqdır. Bu səbəbdən Yer ürəyə oxşadığı üçün onu “kardioid”də adlandırırlar.
İnsanlar xəritələrdən təsərrüfat fəaliyyətləri zamanı, ayrı-ayrı coğrafi obyektlərin qarşılıqlı vəziyyətini müəyyən etmək üçün istifadə edirlər. Ucsuzbucaqsız Dünya okeanında gəmilərin mövqeyini təyin etmədən hərəkət mümkün deyildir. İstiqamətin müəyyən edilməsi üçün ilk növbədə coğrafi qütblərin yerləşmə vəziyyətini və onlara doğru olan istiqaməti tapmaq lazım gəlir.
Yerin öz oxu ətrafında hərəkəti prosesində coğrafi qütblər sanki fırlanmır və yerində qalır. Yerin Şimal və Cənub coğrafi qütbləri vardır. Şimal coğrafi qütbü Şimal Buzlu okeanının mərkəzində yerləşir. Bura ilk dəfə 6 aprel 1909-cu ildə amerikalı qütb tədqiqatçısı Robert Piri çatmışdır. Cənub coğrafi qütbü Antarktida materikində, onun Sakit okean sahilinə yaxın hissəsində yerləşir. Bura ilk dəfə 14 dekabr 1911-ci ildə Norveç qütb tədqiqatçısı Rual Amundsen, ikinci dəfə 18 yanvar 1912-ci ildə ingilis tədqiqatçısı Robert Skott gəlmişdir.
Meridian latın sözü olub, “günorta xətti” deməkdir. Meridianlar şimaldan cənuba çəkilir. Meridianların istiqaməti yerə basdırılmış şaquli dirəyin (qnomonun) kölgəsinin günorta vaxtı düşdüyü xəttə uyğun gəlir. Bir meridianın üzəri ilə hərəkət etsək, Şimal qütbündən Cənub qütbünə çatmaq olar. Meridian - Yerin Şimal və Cənub coğrafi qütblərini birləşdirən, ekvatorla düz bucaq altında kəsişən xəyali yarımçevrədir. Bütün meridianların uzunluğu (təqribən 20000 km) və forması eynidir. Meridianlar coğrafi uzunluğu göstərir.
Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığında yerləşən Qrinviç rəsədxanasından keçən meridian başlanğıc meridian hesab olunur. Başlanğıc meridiana Qrinviç meridianı da deyilir. O, Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür. Xəritədə başlanğıc meridian qalın xətlə göstərilir.
Meridianlar
|
Coğrafi qütblər
|
Paralellər
|
Coğrafi uzunluq – Qrinviç meridianı ilə verilən məntəqədən keçən meridian arasında qalan paralel qövsünün dərəcələrlə uzunluğudur. Dərəcə ilə qiyməti 0 – 180° arasında dəyişir. Verilən məntəqə Qrinviç meridianından qərbdə yerləşirsə, onun coğrafi uzunluğu qərb uzunluğu (q.u.), şərqdə yerləşirsə, şərq uzunluğu (ş.u.) adlanır.
Bakı 50° ş.u.-da yerləşir.
Moskva 38° ş.u.-da yerləşir. yerləşir.
Dairənin bir hissəsi qövs adlanır və dərəcələrlə ölçülür. Meridian yarımçevrə olduğuna görə onun qövsü 180° təşkil edir.
Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvator sözünün mənası “tənbölən” deməkdir. Ekvator Yer kürəsini Şimal və Cənub yarımkürələrinə bölür. Ekvatorda hər zaman yay fəsli olur. Gecə və gündüzün temperaturları arasındakı fərq azdır. Günəş şüaları bütün ərazilərə bərabər bucaqla düşür.
Qlobusda ekvatora paralel çəkilmiş çevrəyə paralel deyilir. Ekvator uzunluğuna görə ən böyük paraleldir. Paralellər formasına görə eyni (çevrə), uzunluğuna görə müxtəlif olur.
Ekvator Yeri Şimal və Cənub yarımkürələrinə bölür.
|
Ekvadorun paytaxtı Kito
|
Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Onun dərəcə qiyməti 0-90° arasında dəyişir. Ekvatordan şimalda yerləşən məntəqələrin coğrafi enliyi şimal enliyi (şm.e.), cənubda yerləşən məntəqələrin enliyi isə cənub enliyi (c.e.) adlanır.
Xəritədə və qlobusda həm meridianların, həm də paralellərin qiyməti yazılır, onlar eyni bölgü əsasında, məsələn, 10° və ya 15°-dən bir çəkilir. Qlobusda və yarımkürələr xəritəsində meridianların qiyməti ekvator üzərində yazılır. Paralellərin dərəcələri qlobusda 0° meridian üzərində, yarımkürələr xəritəsində isə sağ və sol kənarlarda verilir. Xəritədə isə meridianlar və paralellərin qiyməti kənarlarda göstərilir. Qlobus və xəritələrdə meridianların və paralellərin kəsişməsindən əmələ gələn şəbəkə dərəcə toru adlanır.
Xəritədə istiqamətin təyin olunması. Üzərində gəzdiyimiz ərazidə meridianlar və paralellər yoxdur. Ona görə ki, onlar şərti olaraq xəritələrdə təsvir edilir.
Buna baxmayaraq, yer səthində olan istənilən nöqtədən meridian və paralel çəkmək olur. Onlar bir-birinə perpendikulyardır. Bunun əsasında həmin nöqtələrdə istiqamət təyin olunur. Xəritədə meridianlar və paralellər çəkilirsə, onlara əsasən aralıq cəhətləri də asanlıqla təyin etmək olar.
Hər hansı məntəqənin koordinatının daha dəqiq təyin olunmasının nəqliyyat, rabitə, hərbi və s. əhəmiyyəti çox böyükdür.
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində uğurla istifadə etdiyi pilotsuz uçan aparatlar (PUA) düşmən mövqelərini dəqiq vururdu. Bu, həmin mövqelərin coğrafi koordinatlarının dəqiq təyin edilməsi ilə mümkün olurdu.
Aygün Qurbanova