Fiziki coğrafiya

Xəritədə məsafə və sahələrin hesablanması (paletka üsulu)

  • Yazar
  • 01-sen-2024, 11:45
  • 119 Baxış

 

Xəritələrdə iki məntəqə arasındakı məsafə, çaylar, yollar, sərhədlər, boru kəmərləri kimi coğrafi obyektlərin uzunluğu müxtəlif üsullarla hesablanır. Xəritələrdə bir meridian və ya bir paralel üzərində olan istənilən iki məntəqə arasındakı məsafə miqyasa və ya 1° meridian və paralel qövsünün kəmiyyətinə əsasən hesablanır:

1) Məntəqələr eyni meridian və ekvator üzərində yerləşirsə, hesablama aparmaq üçün1°-lik meridian və ya ekvator qövsünün uzunluğu 111 km götürülür. Bir çox hallardahesablamaların dəqiq olması üçün ekvator üzərində 1° qövsün uzunluğu 111,3 km, meridianlar üzrə 111,1 km qəbul edilir.

2) Eyni paralellər üzərində yerləşən məntəqələr arasındakı məsafəni hesablamaq üçün

onlar arasındakı coğrafi uzunluq fərqi 1° paralel qövsünün uzunluğuna vurulur. Məsələn, 40° şm.e.-də 1° paralelin qövsünün uzunluğu 85,4 km-dir. Ona görə Bakı şəhəri ilə Pekin şəhəri (117° ş.u.) arasındakı məsafə 5721,8 km olur: (117°-50°) · 85,4 km = 5721,8 km. Bakı şəhəri ilə Madrid şəhəri (4° q.u.) arasındakı məsafə isə 4611,6 km-dir: (50°+4°) · 85,4 km = 4611,6 km.

3) Xəritə üzərində olan əyri xətlərin uzunluğunu hesablamaq üçün pərgar-

mikrometrdən istifadə olunur. Onun kiçik ölçüdə addımlarının (2-3 mm) sayı müəyyən edilir. Sonra xəritənin miqyasına əsasən xəttin uzunluğu hesablanır. Bu xətlərin xəritədə uzunluğu kurvimetrin köməyi ilə də asanlıqla hesablanır.

Xəritədə müəyyən sahə tutan coğrafi obyektlərin Yerdə həqiqi sahəsini hesablamaq lazım gəlir. Bunun üçün miqyasa əsasən sahənin miqyası, yəni, xəritədə 1sm2-ə Yerdə neçə km2 uyğun gəlməsi müəyyən olunur. Məsələn, əgər xəritənin ədədi miqyası 1:5000000 olarsa, onun izahlı (adlı) miqyası 1 sm-də 50 km olar. Ona görə də xəritədəki 1 sm2-ə Yer səthində 2500 km2 (50 km • 50 km) uyğun gəlir. Bu halda Syer = Sxəritə • (adlı miqyas)2 olur.

Pərgar-mikrometr
Kurvimetr
Paletka

Xəritə üzərində yerləşən obyektlərin sahəsini hesablamaq üçün hər tərəfi 0,5 sm-ə bərabər olan kvadratlara bölünmüş şəffaf lövhədən istifadə olunur. Ona paletka deyilir. Paletkanın bir daması 0,25 sm2- dir, yəni dörd dama 1 sm2-ə uyğun gəlir. Onu ayrılmış ərazinin üzərinə qoymaqla damalar sayılır və miqyasa görə sahəsi hesablanır. Yarımçıq olan damalar birləşdirilir , tam olan damaya gətirilir, sonra sayılır və sahəsi hesablanır

         Aygün Qurbanova

Fərdi və ya qrup şəklində olan Miq , sertifikasiya və abituriyent hazırlıqlarımıza müraciət edə bilərsiniz

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?