Fiziki coğrafiya

Kartoqrafik tədqiqat metodları

  • Yazar
  • 01-sen-2024, 12:20
  • 44 Baxış

 

İnsanlar obyekt, hadisə və prosesləri öyrənmək, onları daha aydın təsəvvür və nümayiş etdirmək üçün modellər yaradırlar. Coğrafiyada da müxtəlif modellərdən istifadə olunur.

COĞRAFİ CİHAZ
Telluri. Günəş, Yer və Ayın hərəkətini əks etdirir.
RELYEF XƏRİTƏSİ
Üçölçülü xəritə. Səthin üçölçülü təsvirini verir.
COĞRAFİ MAKET
Vulkan modeli. Vulkan kəsiyini göstərir.

Coğrafi xəritələr (fiziki, siyasi, iqtisadi və s.) dünyanı və ya hər hansı bir ərazini daha aydın təsvir edən modellərdir. Onlar kartoqrafik modelləşdirmə əsasında yaradılır: məkana dair məlumatların toplanması, sistemləşdirilməsi və kompleks təhlilini əhatə edən ardıcıllıqla yerinə yetirilir. Kartoqrafik modelləşdirməni sxematik şəkildə aşağıdakı kimi təsvir etmək olar.

1.Məkana dair coğrafi informasiyanın əldə edilməsi
2.İnformasiyaların təhlil edilməsi
3.İnformasiya əsasında xəritələrin tərtib edilməsi

Məkana dair coğrafi informasiyanın əldə edilməsi
İnformasiyaların təhlil edilməsi
İnformasiya əsasında xəri- tələrin tərtib edilməsi

Kartoqrafik modelləşdirmə 3 prinsipə əsaslanır:

  1. Riyazi əsas - kartoqrafik proyeksiya, dərəcə toru və miqyasın köməyi ilə Yerin kürə səthindən müstəvi səthə keçidini təmin edir.
  2. Kartoqrafik generalizasiya - miqyas, məqsəd və məzmundan asılı olaraq obyektlər seçilir və ümumiləşdirilir.
  3. Kartoqrafik işarələr - şərti işarələr kimi qəbul edilir

Coğrafi xəritələrdən məlumat əldə etmək üçün kartoqrafik tədqiqat metodları tətbiq olunur. Kartoqrafik tədqiqat metodları - vizual, kartometrik, qrafik və s. təhlillər vasitəsilə həyata keçirilir.

Vizual təhlil - müvafiq xəritələrdən ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri, bitki və heyvanlar aləminin müxtəlifliyi, əhalinin yerləşməsi, nəqliyyat magistralları və s. haqqında məlumatların əldə edilməsi və onlar arasında əlaqənin müəyyən olunmasıdır. Vizual təhlil zamanı xəritələrdən obyekt, hadisə və proseslərin keyfiyyət və bəzi kəmiyyət (hündürlük, dərinlik və s.) göstəricilərinioxumaq və bir sıra coğrafi qanunauyğunluqları aşkar etmək mümkündür.

Coğrafi xəritələrin vizual təhlilini verilən ardıcıllıqla aparmaq mümkündür:
  1. xəritənin riyazi əsasını (miqyas və ərazinin coğrafi koordinatlarını) müəyyən edin;
  2. xəritədə obyekt və hadisələrin təsvir olunduğu üsulu (xəritədə təsvir üsulları) aydınlaşdırın;
  3. ərazinin ümumi coğrafi səciyyəsini verin;
  4. nəticə çıxarın.
  5. 2. Kartometrik təhlil - coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsi, miqyas və dərəcə toruna əsasən məsafələrin ölçülməsi və digər kəmiyyət göstəricilərinin təhlilidir. Kartometrik təhlil lokal və qlobal xarakterli olur; məsələn, bir çayın uzunluğunun ölçülməsi lokal, ərazidə olan çaylanrın birgə uzunluğunun hesablanması isə qlobal təhlildir.

    3. Qrafik təhlil - xəritələrə əsasən qurulmuş qrafik təsvirlər vasitəsilə aparılan tədqiqatlardır; məsələn, ərazinin profili qrafik təhlil vasitəsilə qurulur

  6. Profil - Yer səthinin müəyyən hissəsinin şaquli kəsiyinin təsviridir. Ondan relyef formalarının

  7. Topoqrafik xəritədə horizontlara əsasən A - D xətti
    üzrə ərazinin profili

    öyrənilməsində, yamacların meyilliyinin təyin edilməsində, ərazidəki torpaq qatlarının və süxur laylarının yatım formalarının təyinində istifadə olunur.

    Müxtəlif məzmunlu xəritələrin kartoqrafik təhlilləri əsasında ərazi haqqında daha müfəssəl məlumat əldə etmək mümkündür. Ərazinin müxtəlif illərdə tərtib olunmuş xəritələrinin müqayisəsi bu ərazidə baş verən dəyişikliklər haqqında nəticə çıxarmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.

  8. Coğrafi tədqiqatların genişləndirilməsi xəritələrin informasiya gücünün artması ilə nəticələnmişdir. Zaman keçdikcə xəritələrin tərtib edilməsində yeni üsullar tətbiq olunmağa başlamışdır. Hazırda xəritələr yalnız ərazini təsvir etmək məqsədi daşımır. Müasir xəritələrdən ətraf mühitdə baş verən dəyişikliklərin öyrənilməsi, sistemləşdirilməsi, təhlili və "insan - ətraf mühit" tarazlığının qorunması üçün istifadə olunur
                Aygün Qurbanova
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?