Fiziki coğrafiya

Qrafik təsvirlər

  • Yazar
  • 05-sen-2024, 00:20
  • 37 Baxış

 

Coğrafi informasiyaların təqdim edilməsinin müxtəlif üsulları vardır. İnformasiyalar mətn, xəritə, şəkil, sxem, cədvəl, kartoqram, kartodiaqram və s. formada verilə bilər. Coğrafi informasiya mənbələri kimi qrafikdiaqramlar mühüm əhəmiyyətə malikdir. Onlardan informasiyanın sistemləşdirilməsi, təhlili və təqdimatı və digər fəaliyyət sahələrində istifadə olunur.

Qrafik və ya xətti diaqramlar statistik məlumatların əyani təsviridir. Rəqəm məlumatlarını bildirən
nöqtələr xətlə birləşdirilir. Qrafiklər (xətti diaqramlar) coğrafi kəmiyyətlər (hadisə, proses və s.) arasında asılılığı əks etdirir. Məsələn, təqdim olunan xətti qrafikdə 2015-2021-ci illərdə Naxçıvan MR iqtisadi rayonunda buğda istehsalının dinamikası verilmişdir.

Diaqramlar qrafik təsvirlərin bir növüdür, onlar qrafiklər kimi statistik məlumatlara əsaslanır. Diaqramlar formasına görə müxtəlif olur: dairəvi, sütunlu, sahəvi və s.

Dairəvi diaqramlar kəmiyyətlər arasında nisbəti əyani şəkildə göstərir; məsələn: ''2010- cu ildə ölkənin ticarət dövriyyəsində ərzaq məhsullanmnyük dövriyyəsi 55%, 2015-ci ildə 49% olmuşdur, qeyri-ərzaq məhsulları isə müvafiq olaraq 45% və 51%-dir”. Məlumatlar dairəvi diaqramda aşağıdakı kimi təsvir olunur.

Sütunlu diaqram. Sütunlu diaqramlardan, əsasən, kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur. Məsələn, verilmiş sütunlu diaqramda Azərbaycanın iqtisadi rayonlarının tərkibinə daxil olan inzibati rayonların sayı təsvir olunur.
İnzibati rayonların sayı

Sahəvi diaqramlar. Sahəvi diaqramda kəmiyyətlər ardıcıl olaraq düz xətlə birləşdirilmişdir. Qrafik xətlə oxlar arasında olan sahə rənglənir. Məsələn, sahəvi
diaqramda Azərbaycanda adambaşına elektrik enerjisinin istehlakı (kVt/saatla) təsvir edilir.


          Aygün Qurbanova


img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?