Saat qurşaqları ,İşıqlanma qurşaqları, Günəş şüalarının düşmə bucağının hesablanması
- Yazar
- 20-sen-2024, 20:28
- 123 Baxış
Yer kürə şəklində olduğuna görə onun sutkalıq hərəkəti zamanı ayrı-ayrı sahələrdə müxtəlif vaxtlar olur. Bu vaxtlar arasında əlaqə yaratmaq üçün Yerin öz oxu ətrafında fırlanma dövrünə uyğun olaraq 24 saat qurşağı* ayrılır.
Beynəlxalq razılaşmaya əsasən qurşaqların hesablanması Qrinviç meridianından başlanır. Bu meridian xətti XXIV və ya şərti olaraq qəbul edilən 0 qurşağın orta meridianı hesab edilir. Bu halda XXIV və ya 0-cı qurşaq 7,5° (7°30') ş.u. və 7,5° (7°30') q.u. arasında, I qurşaq 7,5° ş.u.- 22,5° ş.u. arasında yerləşir. Azərbaycan üçüncü saat qurşağına düşür. Meridianlar qərbə doğru da hesablandığına görə XXIII qurşaq 7,5° q.u.-22,5° q.u. arasında yerləşir.
Meridianın hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun qiyməti 15°-yə bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavaba 1 saat əlavə
olunur. Əgər məntəqə Qərb yarımkürəsində yerləşirsə, alınan cavab 24-dən çıxılır. Yəni, XXIV saat qurşağından qərbə doğru hesablanır.
Hər bir saat qurşağı üçün onun ortasından keçən meridian üzərində olan yerli vaxt qurşaq vaxtı* kimi qəbul edilir. Əgər 0-cı saat qurşağının orta meridianı başlanğıc meridian hesab olunursa, bu halda qurşaqlarda bu xətt hər 15°-dən bir keçirilmiş olacaq. I saat qurşağında 15° ş.u., II saat qurşağında 30° ş.u. (2 • 15° = 30°) orta meridian kimi qəbul edilir, yəni, saat qurşağının qiyməti 15°-yə vurulur. Şərqə getdikcə qurşaq vaxtı bir saat artır, qərbə getdikcə bir saat azalır.
Beynəlxalq razılığa əsasən yeni sutkanın başlanması 180° meridiandan hesablanır. Bu meridian Təqvim vaxtının Beynəlxalq dəyişmə xətti adlanır.
Günəşli saatlardan istifadə
Ən qədim dövrlərdə insanlar Günəş istiliyindən və işığından istifadə etmişlər. Günəş işığı insanların iş qabiliyyətinin və sağlamlığının bərpasında böyük rola malikdir.
Günəşdən gələn istilik və işıq nəhəng və tükənməyən enerji mənbəyidir. Hazırda elm və texnikanın inkişafı bu enerjinin elektrik enerjisinə çevrilməsinə imkan verir. Günəş enerjisi Helio Elektrik Stansiyalarında (HES) elektrik enerjisinə çevrilir. Bu proses mürəkkəb texnoloji avadanlıq və xeyli vəsait tələb edir.
Ekoloji cəhətdən təmiz olan bu enerji növünün əldə edilməsi təbii şəraitdən asılıdır. İqtisadi baxımdan onun əldə edilməsi Günəş şüalarının düşmə bucağının daha yüksək olduğu enliklərdə sərfəlidir.
Günəş işığı və enerjisindən istifadə imkanları – kənd təsərrüfatı sahələrinin yerləşdirilməsində,sənaye müəssisələrinin, yolların, yaşayış evləri və inzibati binaların işıqlandırılmasında böyükdür. Adətən, müəssisələrin tikilməsində təbii işıqlanma, yəni pəncərələrdən günəş işığının düşməsi nəzərə alınır. Lakin əksər binalarda süni işıqlanmadan, yəni elektrik işığından istifadə olunur. Uzun müddət süni işıqlanma məkanında olmaq diqqətin zəifləməsinə, iş keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Günəş batareyası ilə işləyən piyada yol nişanı. Batareyalar gündüz saatlarında günəş enerjisini toplayaraq qaranlıq vaxtda ondan istifadə edir.
Günəş işığından maksimum istifadə, həm də elektrik enerjisinə qənaət etməyə imkan verir.
Gündüz saatlarından daha səmərəli etmək istifadə etmək üçün vaxtın geri və ya irəli çəkilməsi ideyası ilk dəfə 1908-ci ildə Böyük Britaniyada həyata keçirilmişdir. Hazırda dünyanın 70-ə yaxın ölkəsində bu tədbir tətbiq edilir. Həmin ölkələrin əksəriyyəti yuxarı enliklərdə yerləşir. Bu ölkələrdə iş günü ərzində gündüz işığından daha səmərəli istifadə etmək, insanları fəsil dəyişkənliyinə uyğunlaşdırmaq, eyni zamanda, elektrik enerjisinə qənaət etmək məqsədilə yay vә qış vaxtlarına keçmək üçün saatın əqrəbi müvafiq olaraq 1 saat irəli və 1 saat geri çəkilir.
Yay və ya qış vaxtına keçid 2016-ci ilə qədər Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilirdi.
Ekvatorial enliklərdə gündüz və gecə vaxtları arasında fərq azdır. Gündüz saatlarının uzunluğunun kifayət qədər olması bu ərazilərdə istiliksevən kənd təsərrüfatı bitkilərinin əkilməsinə imkan verir. Yuxarı enliklərə doğru sutkanın növbələşməsi prosesindəki ardıcıllıq pozulur. Sutkanın gecə və ya gündüz vaxtının qeyri-bərabərliyi ölkələrin təsərrüfat sisteminə (elektrik enerjisinin ötürülməsində, müəssisələrin işıqlandırılmasında, nəqliyyatın tənzimlənməsində və s-də) təsir edir. Qütbətrafı ərazilərdə isə gecə-gündüzün ardıcıl növbələşməsi prosesi tamamilə pozulur. Bu ərazilərdə gündüzün uzunluğu 24 saatadək olur.
İşıqlanma qurşaqları.
Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecə-gündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər yaranır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları* ayrılır.
Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır. Ona görə havanın orta illik temperaturu 20°C-dən yuxarı olur.
Tropiklər və qütb dairələri arasında Şimal mülayim və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Burada Günəş zenitdə olmur, ilin dörd fəsli aydın müşahidə edilir, tropiklərə doğru iqlim istiləşir. Yayda Günəş üfüqdən yüksəyə qalxır, isti olur, gündüz uzun, gecə qısadır. Qışda Günəş üfüqdə alçaqda olur, soyuqdur, gündüz qısa, gecə uzundur.
Günəş şüalarının düşmə bucağından asılı olaraq Yer səthi müxtəlif dərəcədə istilik və işıq alır. Şimal və Cənub tropikləri arasında Günəşin zenitdə olduğu məntəqəyə onun şüaları 90° bucaq altında düşür. Bu göstərici şüaların maksimum düşmə bucağı hesab olunur. Bildiyimiz kimi, 21 mart və 23 sentyabr tarixində Günəş ekvatorda zenitdə olarkən şüalar bura maksimum bucaq altında düşür. Ekvatordan şimala və cənuba doğru Günəş şüalarının düşmə bucağı azalır. Bu halda hər iki yarımkürədə yerləşən istənilən məntəqəyə şüaların düşmə bucağını hesablamaq üçün aşağıdakı ifadəni yaza bilərik:
Burada, ω - günəş şüalarının düşmə bucağı,
ω - məntəqənin yerləşdiyi coğrafi enlik. Həmin ifadəyə görə deyə bilərik ki, 21 martda Bakı şəhərinə günəş şüaları 50° bucaq altında düşür.
Martın 21-dən iyunun 22-nə qədər Günəşin zenit vəziyyəti şimala doğru yerini dəyişir. 22 iyunda Günəş 23,5° şimal enliyində yerləşən Şimal tropikində zenitdə olur. Bu müddət ərzində Günəşin zenitdə olduğu enliklər şimala doğru dəyişir, nəticədə Şimal tropik xəttindən şimalda yerləşən məntəqələrdə şüaların düşmə bucağı artır və 22 iyunda maksimum qiymətə çatır. Ona görə ifadəni belə yazmaq olar:
Burada, A - Günəşin zenitdə olduğu coğrafi enlikdir. Məsələn, 22 iyunda Bakı şəhərinə günəş şüaları maksimum qiymət olan 73,5° bucaq altında düşür (ω=90°-40°+23,5°=73,5°).
Həmin vaxtda Cənub tropik xəttindən cənubda yerləşən məntəqələrdə günəş şüaları minimum bucaq altında düşür. Günəşin zenitdə olduğu nöqtələr ekvatordan nə qədər şimalda yerləşirsə, ondan cənubda olan məntəqələrdə düşən şüaların bucağı bir o qədər azalmış olur. Ona görə belə yazmaq mümkündür:
Verilmiş ifadəyə əsasən deyə bilərik ki, 22 iyunda 40° cənub enliyində yerləşən Buenos-Ayres şəhərinə günəş şüaları minimum qiymət olan 26,5° bucaq altında düşür (ω=90°-40°-23,5°=26,5°)
23 sentyabrdan 22 dekabra qədər Günəşin zenit vəziyyəti cənuba doğru yerini dəyişir. Ona görə Şimal və Cənub yarımkürələrində vəziyyət əksinə dəyişir. 22 dekabrda günəş şüaları Bakıya 26,5°, yəni minimum bucaq altında düşür. Buenos-Ayres şəhərinə isə həmin gün günəş şüaları maksimum, yəni 73,5° bucaq altında düşür.
Günəşin müxtəlif coğrafi enliklərdə zenitdə olması zamanı istənilən məntəqəyə şüaların düşmə bucağını hesablamaq olar. Bunun üçün üç vəziyyət nəzərə alınır: