Yer qabığının inkişaf tarixi.Yerin planetar və geoloji inkişafı
- Yazar
- 21-sen-2024, 22:40
- 39 Baxış
Yerin inkişafında 2 mərhələ ayrılır: planetar və geoloji. Planetar mərhələdə Yer bir planet kimi formalaşmış, onun nüvəsi və mantiyası yaranmışdır. Geoloji mərhələ isə Yer qabığının inkişafını əhatə edir. Yarandığı ilk dövrdə soyuq səma cismi olan Yer maqnetizm xassələrinə malik deyildi. Ona görə də onun səthinə çoxlu iri asteroidlər, meteoritlər, digər səma cisimləri düşür və toqquşmalar baş verirdi. Yerin maqnetizmi artdıqca onun səthinə düşən “meteorit yağışları” da tədricən azalmışdır.
Yer planet kimi formalaşdıqdan sonra onun Günəş və öz oxu ətrafında sürətli hərəkəti başlayır. Yer öz oxu ətrafında fırlandıqca mərkəzdənqaçma
və mərkəzəqaçma qüvvələrinin qarşılıqlı təsiri nəticəsində
sıxılır. Ağır elementlər (dəmir, mis, nikel, plutonium, uran və s.)
və onların birləşmələri Yerin daxili qatlarında toplanaraq onun
bərk nüvəsini yaradır. Nisbətən yüngül elementlər (alüminium,
maqnezium, silisium-oksid və s.) və onların birləşmələri isə üst
qatlarda cəmlənir və mantiyanı əmələ gətirir
Sıxılma nəticəsində ilkin nüvədə və mantiyada yüksək təzyiq yaranmışdır. Bunun nəticəsində
radioaktiv elementlərin (uran, radium,
torium, plutonium və s.) zəncirvarı parçalanma
reaksiyaları baş vermiş, temperatur
artmışdır. Planetin daxilindəki mantiya maddələri
əriyərək odlu kütləyə çevrilmişdir.
Yerin üst bərk qatı olmadığından ərinti maddələri
səthə doğru maneəsiz hərəkət etməyə
başlamışdır. Nəticədə bütün Yer səthində
kütləvi şəkildə lava püskürmələri baş vermişdir.
Ayda da buna bənzər püskürmələr baş verdiyi üçün bu mərhələni Yerin planetar
inkişafının “Ay erası” adlandırırlar. Hazırda Ayın səthində soyumuş lavalar, nəhəng
vulkan kraterləri və konusları qalmaqdadır.
er səthinə püskürmələrlə çıxan lavaların ərinti materialları milyon illər ərzində tədricən soyuyaraq bazaltdan ibarət nazik ilkin Yer qabığını əmələ gətirmişdir. Yer qabığının digər qatları olan çökmə və qranit süxurları hələ formalaşmamışdı.
Yerin dərin qatlarına doğru getdikcə süxurların temperaturu artır. Yer qabığında hər 100 m dərinlikdə temperaturun təqribən 3°C artmasına geotermik qradiyent deyilir. Temperaturun 1°C artması üçün lazım olan dərinlik isə geotermik pillə adlanır. Yer qabığında geotermik pillənin orta qiyməti təqribən 33 m-ə bərabərdir. Seysmik cəhətdən fəal ərazilərdə geotermik pillə az, qədim platformalarda və daimi donuşluq rayonlarında isə nisbətən çox olur. Yer qabığında dərinliyə doğru temperaturun artmasının səbəbləri radioaktiv maddələrin parçalanması, süxurların sıxlığının və təzyiqinin artmasıdır.
Yer qabığının və mantiyanın yaranması planetin hər yerində eyni şəkildə baş verməmişdir. Müəyyən hissələrdə ağır ərinti materiallarının dərin qatlarda toplanması nəticəsində nəhəng çökəkliklər yaranmışdır. Digər tərəfdən də bərk süxurlar səthə qalxaraq iri materik çıxıntılarını əmələ gətirmişdir.
Tam bərkiməmiş bazalt qabığının səthində milyon illər ərzində temperatur 100ºC-dən yüksək olmuşdur. Ona görə də püskürmə məhsullarından ayrılan su ancaq buxar halında olurdu. Soyuyan lavanın tərkibindən ayrılan yüngül qazlar və su buxarı cazibə qüvvəsinin təsiri ilə Yerin ətrafında toplanaraq, əsasən, sərbəst karbon qazından, su buxarından ibarət ilkin atmosferi əmələ gətirmişdir.
Yer qabığının qalınlığı artdıqca səthə çıxan lava püskürmələrinin həcmi azalmış, nəticədə havanın temperaturu aşağı düşməyə başlamışdır. Təqribən 4,5–5 milyard il əvvəl Yer səthinin temperaturu xeyli aşağı düşmüş, su buxarının sürətli kondensasiyası nəticəsində buludlar yaranmış və bütün Yer səthinə kütləvi yağışlar yağmışdır. Yer səthinə düşən sular nəhəng çökək sahələri örtərək ilkin okeanı – Pantalası yaratmışdır.Dünya okeanının əmələ gəlməsi Yerin planetar inkişaf mərhələsinin sonu, həm də Yerin geoloji inkişafının başlanğıcıdır. Beləliklə, Yerin planetar inkişafı 6–7 mlrd. il əvvəl başlamış və 2–2,5 mlrd. il davam etmişdir.
İlkin okeanın yaranmasından müasir dövrə qədər olan mərhələ Yerin geoloji inkişaf mərhələsi adlanır. 4-4,5 mlrd. ili əhatə edən bu mərhələdə Yer qabığı formalaşmış və müasir şəklini almışdır. Geoloji mərhələdə Yer qabığının təbəqələri yaranmış, onun üzərində dağlar və düzənliklər əmələ gəlmişdir.
Geoloji mərhələnin başlanğıcında Yer qabığının qalınlığı az olduğundan litosfer tavalarının fəal vulkanizmlə müşayiət edilən intensiv hərəkəti baş vermişdir. Onların sərhədlərində müxtəlif relyef formaları yaranmışdır. Bəzi hissələrdə Yer qabığının qalınlığı artmış, vulkanizm prosesləri dayanmışdır.
Yerin geoloji inkişafını öyrənmək məqsədilə süxurların nisbi və mütləq yaşı müəyyən edilir. Nisbi yaş süxurların bir-birinə nəzərən təyin olunan yaşıdır. Bu yaş süxurların yatım ardıcıllığına, tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Alt qatlarda yerləşən süxurlar üst qatdakı süxurlara nisbətən daha qədimdir.
Mütləq yaş süxurların yarandığı vaxtdan dövrümüzə qədər keçən illərin miqdarıdır. Mütləq yaş radioaktiv metod vasitəsilə, yəni süxurların tərkibində olan radioaktiv elementlərin (uran, torium, radium) parçalanma müddətinə görə təyin edilir. Yer qabığında olan uran fasiləsiz surətdə helium və qurğuşuna parçalanır. Helium tədricən səpələnir, qurğuşun isə süxurun tərkibində qalır.
Uranın parçalanma müddəti məlum olduğu üçün süxurların tərkibində qalan qurğuşunun miqdarına görə onların neçə il əvvəl yarandığı təyin edilir.
Yerin geoloji inkişaf tarixi ən böyük zaman vahidi olan eonlara (yun. “aion” – əsr) – Kriptozoy və Fanerozoya bölünür. Eonlar eralara, eralar isə dövrlərə ayrılır. Kriptozoy eonunda yaranan süxurlarda canlı orqanizm qalıqları tapılmadığı üçün “gizli həyat” eonu adlanır. Buna səbəb ozamankı canlıların onurğasız olmasıdır. Günümüzə qədər davam edən Fanerozoy eonunun süxurlarında isə orqanizmlərin skeletləri formalaşdığı üçün zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. Bu, “aşkar həyat” eonu adlanır. Bütün geoloji vaxt vahidləri bir-birindən baş verən geoloji proseslərə və canlı aləmin inkişafına görə fərqlənir. Yerin geoloji inkişafı geoxronoloji cədvəldə əks olunur.
Geoxronoloji cədvəl
Eonlar | Eralar, davamiyyəti |
Dövrlər, geoloji işarəsi |
Ən mühüm hadisələr | Yaranmış faydalı qazıntılar |
Fanerozoy | Kaynozoy (yeni həyat), 65 mln.il |
Dördüncü dövr,
yaxud antropogen (Q) Neogen (N)
Paleogen (Pg)
|
Dördüncü dövr buzlaşması və müasir relyefin yaranması. Cavan dağların yaranması. Tetis okeanının parçalanması ilə Aralıq, Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması. Müasir landşaftların yaranması, ilk insanların və insanabənzər meymunların əmələ gəlməsi. | Qiymətli metalların - qızıl, platin və almazın səpinti yataqları, boksit, fosforit, kəhrəba, qonur kömür, neft, təbii qaz və s.- nin yaranması |
Mezozoy (orta həyat), 170 mln.il |
Təbaşir (K)
Yura (J)
Trias (T)
|
Lavrasiya və Qondvananın parçalanaraq müasir materikləri əmələ gətirməsi. Pantalasın müasir okeanlara bölünməsi. Örtülütoxumlu bitkilərin, məməlilərin və quşların yaranması. Qədim sürünənlərin yayılması və dinozavrların nəslinin kəsilməsi. | Neft, təbii qaz, yanar şist, təbaşir, daş kömür, fosforitlər, daş duz, qızıl, qalay, gümüş, qurğuşun və s. faydalı qazıntıların toplanması | |
Paleozoy (qədim həyat), 345 mln.il |
Perm (P)
Daş kömür
(karbon, C) Devon (D)
Silur (S)
Ordovik (O)
Kembri (G)
|
Pangeyanın Lavrasiya və Qondvana qurularına parçalanması. Vahid Pantalas okeanının sahəsinin artması və azalması. İynəyarpaqlıların, çılpaqtoxumlu bitkilərin və ayıdöşəyilərin yaranması. Suda- quruda yaşayanların, okeanda ilk balıqların, quruda ilk bitkilərın və onurğasızların yaranması. | Boksit, daş duz, daş kömür, neft, gips, fosforit, apatit, civə, dəmir, manqan, polimetal və s. yataqların yaranması. | |
Kriptozov | Proterozoy, 2 mlrd. ilə yaxın |
PR
|
Qədim qırışıqlığın davam etməsi. Yosunların, bakteriyaların inkişafı, tək-tək onurğasızların əmələ gəlməsi. | Dəmir filizinin nəhəng yataqları, mis, boksit, qrafit yataqlarının yaranması. |
Arxey, 2 mlrd. ildən artıq |
AR
|
Qədim qırışıqlıqların və güclü vul- kanizmin başlanması. Bakteriyaların, ibtidai təkhüceyrəlilərin yaranması. | Dəmir və polimetal filizləri, tikinti materialları (qranit) yataqlarının yaranması |
Geoloji dövr ərzində Yerin təbii şərati dəfələrlə dəyişmişdir. Bunun səbəbi tektonik proseslər nəticəsində Yerin bəzi hissələrinin qalxması və ya çökməsi olmuşdur. Bu zaman Yerin çox hissəsini quru və ya dəniz tutmuşdur. Yəni Yerin inkişafı boyunca dəniz və quru mərhələləri bir-birini əvəz etmişdir.
Aygün Qurbanova