Fiziki coğrafiya

Yeraltı sərvətlərin paylanması və onlardan istifadə

  • Yazar
  • 30-sen-2024, 21:58
  • 30 Baxış

 

Təbii ehtiyatlar* - əhalinin yaşaması və təsərrüfat fəaliyyəti üçün istifadə edilən təbii sərvətlərdir. Təbii ehtiyatların bir hissəsi birbaşa istifadə olunur, digər qismi isə emal edilir. Təbii ehtiyatların əsas növlərinə günəş enerjisi, Yerin daxili istiliyi (geotermal), su, torpaq, bitki, heyvan və mineral ehtiyatlar aiddir. Mineral ehtiyatlar filiz, qeyri-filiz və yanacaq faydalı qazıntılara* ayrılır. Filiz faydalı qazıntılarına dəmir, mis, alüminium, polimetal filizləri və s. daxildir. Neft, təbii

qaz, kömür, yanar şist yanacaq, müxtəlif duzlar və mineral tikinti xammalları qeyri-filiz faydalı qazıntılarıdır.

Təbii ehtiyatlar tükənəntükənməyən qruplara ayrılır. Torpaq, su, hava, bitki və heyvan ehtiyatları tükənir, lakin sonra bərpa olunur. Onlara tükənən, lakin bərpa olunan ehtiyatlar deyilir. Bəzən onların bərpası üçün uzun illər lazım gəlir. Məsələn, torpağın 0,5-1 sm üst məhsuldar qatının bərpası üçün yüz il keçir. Təbii ehtiyatların bir qismi isə istifadə edilir və bərpa olunmur.

Neft platforması
Onlara mineral ehtiyatlar daxildir. Bu ehtiyatlartükənən, bərpa olunmayan ehtiyatlar adlanır.Tükənməyən ehtiyatlara aid olan günəş, külək, geotermal, qabarma-çəkilmə enerjisindən istifadə texniki cəhətdən mürəkkəbdir.

Ərazinin təbii ehtiyatlarla təminat səviyyəsi onların miqdarından, sahəsindən, geoloji quruluşundan və istifadə dərəcəsindən asılıdır.

Kəşf edilmiş neft ehtiyatları (2019)
Kəşf edilmiş təbii qaz ehtiyatları (2019)
Təbii ehtiyatlarla təminatonların neçə ilə çatması və ya əhalinin hər nəfərinə düşən ehtiyatların miqdarı ilə ölçülür.

İstifadəsinin xarakterinə görə təbii ehtiyatlar maddi istehsal sahələrində (sənaye, kənd təsərrüfatı və digər sahələr) və qeyri- istehsal sahələrində (müalicə, istirahət və turizm məqsədilə) istifadə olunan növlərə ayrılır

Mineral sərvətlərə tələbat daim artsa da, onların ehtiyatları məhduddur. Artıq dünyanın bəzi ölkələrinin maddi ehtiyatları azalmış və ya tam tükənmişdir. Ona görə bu ehtiyatlardan səmərəli istifadə edilməsi 

zəruridir. Bunun üçün mövcud yataqlar səmərəli mənimsənilməli, xammallardan kompleks istifadə edilməlidir. Mövcud yataqlardan istifadə zamanı yeni texnologiyanın tətbiq edilməsi, xammal itkisinin azaldılması, ekoloji mühitin qorunması vacib vəzifələrdir.
Daş kömürün kəşf edilmiş ehtiyatlarına görə
qabaqcıl yer tutan ölkələr (2019)

Potensial ehtiyatlar - hazırkı şəraitdə istifadə edilməsi mümkün olmayan, lakin ehtiyatları müəyyən edilmiş təbii sərvətlərdir.


Yer kürəsində mövcud olan dəmir, manqan, xromit, kobalt, nikel və uranın 60-90%-dən çoxu Arxey və Proterozoy, yanar şist, fosforit, daş kömür, mis, civə, asbestin yarıdan çoxu Paleozoy, volfram, qalay və almazın xeyli hissəsi Mezozoy, boksit, kükürd, polimetal, kalium duzu, neft və təbii qazın böyük hissəsi isə Kaynozoy erasında yaranmışdır.

Uzun geoloji dövr ərzində formalaşan bu ehtiyatların xeyli hissəsini insanlar qısa zaman kəsiyində mənimsəmişlər. Dünya əhalisinin sayının artması və iqtisadiyyatın yüksək templə inkişafı mineral ehtiyatlara olan tələbatın çoxalmasına səbəb olmuşdur ki, bu da onların tükənməsinə gətirib çıxarmışdır. Mineral ehtiyatların hasilatının artması isə ətraf mühitin çirklənməsi, terrikonların əmələ gəlməsi ilə nəticələnmişdir.

 Yanacaq növləri istilikvermə qabiliyyətinə görə fərqlənir. Onları müqa- yisə etmək üçün 1 kq daş kömür yandırılarkən verdiyi 7000 kkal istilik şərti yanacaq vahidi kimi qəbul olunur (kömürün şərti yanacaq əmsalı 1,0-dır). Eyni miqdarda neftin istilikvermə qabiliyyəti 10 500 kkal (1,5), təbii qazın 9800 kkal (1,4), torfun 3500 kkal (0,5), quru odunun 2800 kkal (0,4) və yanar şistin 2100 kkal-dir (0,3).

Qeyri-filiz faydalı qazıntılar da bərpa olunmayan mineral ehtiyatlara aiddir. Əhəngdaşı, qranit, bazalt, vulkan şüşələri və s. yaşayış evlərinin, sənaye və inzibati binaların tikintisində geniş istifadə edilir. Məişətdə gündəlik istifadə olunan adi duz da tükənən ehtiyatdır. Duzun çatışmazlığı insan orqanizmində ciddi xəstəliklərin yaranması ilə nəticələnə bilər.

Mineral ehtiyatların miqdarı sabit deyildir. Son texnologiyaların tətbiqi yeni yataqların aşkar edilməsi ilə nəticələnə bilir. Məsələn, ABŞ, Rusiya və digər ölkələrdə yeni neft yataqları tapılmış və ehtiyatların miqdarı müəyyən edilmişdir. Azərbaycanda isə yeni texnologiHalar əsasında quruda “Qaradağ”, “Gürgan”, “Zirə”, dənizdə isə “Abşeron”, “Bahar”, “Dan ulduzu”, “Ümid” və “Şahdəniz” kimi təbii qaz yataqlarının ehtiyatı hesablanmışdır.

Yer qabığı metallurgiya sənayesi üçün xammal əhəmiyyəti olan təbii ehtiyatlarla zəngindir. Lakin onların əksəriyyəti potensial ehtiyatlar (gələcəkdə istifadə oluna biləcək ehtiyat) hesab olunur. Potensial ehtiyatların xeyli hissəsi yerin daha dərin qatlarında yerləşir. Onların tərkibinin “kasıb” olması istehsalın iqtisadi səmərəliliyini azaldır. Ehtiyatların dağlıq ərazilərdə yerləşməsi isə daşınmalar zamanı əlavə nəqliyyat xərcləri tələb edir.

Mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqət mərkəzində olan strateji məsələ olduğundan onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq edilir.


Mineral ehtiyatlardan səmərəli istifadə yolları
Yataqda olan ehtiyatın
tam hasil
olunması
Tərkibində filiz olan
tullantılardan təkrar
istifadə
Filiz tərkibi "kasıb" olan
süxurların emala cəlb
olunması
Xammaldan
kompleks
istifadə

Mineral ehtiyatların bərpa olunmayan xüsusiyyəti onların yeni süni əvəzedicilərinin axtarışını və tətbiqini tələb edir.
     
                Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?