Fiziki coğrafiya

Dağəmələgəlmə mərhələləri

  • Yazar
  • 30-sen-2024, 22:02
  • 21 Baxış

 

Yer qabığının inkişafının müxtəlif mərhələlərində vulkanizm və süxurların metamorfizmi ilə müşayiət olunan dağəmələgəlmə prosesləri baş vermişdir. Yerin geoloji inkişafında 5 əsas dağəmələgəlmə (qırışıqlıq) mərhələsi ayrılır.

Dağəmələgəlmə (qırışıqlıq) mərhələləri
Eralar Dövrlər Dağəmələgəlmə mərhələləri
Kaynozoy Antropogen və ya Dördüncü dövr Alp
(Kaynozoy)
Neogen
Paleogen
Mezozoy Təbaşir Mezozoy
(Kimmeri)
Yura
Trias
Paleozoy Perm Hersin
Karbon (Daş kömür)
Devon Kaledon
Silur
Ordovik Baykal
Kembri
Proterozoy
Arxey

Baykal qırışıqlığı zamanı yaranmış dağlar, demək olar ki, qalmamışdır (Baykalətrafı dağlar istisna olmaqla). Bu dağlar qədim platformaların bünövrəsini təşkil etmiş, hamarlaşaraq düzənliklərə çevrilmişdir.

Kaledon və Hersin dağəmələgəlməsi dövrlərində TyanŞan, Altay, Sayan dağları, Qazaxıstan xırda təpəliyi, Skandinaviya, Appalaç, Ural, Böyük Suayırıcı, Böyük Xinqan, Draqon, Kap dağları formalaşmışdır. Bu mərhələdə yaranan dağlar qədim dağlar sayılır.

Mezozoy, yaxud Kimmeri qırışıqlığı – Kordilyer, Verxoyansk, Çerski, Sixote-Alin, Tibet, Kunlun dağ sistemlərinin yaranması ilə davam etmişdir.

Alp qırışıqlığı nəticəsində And, Kordilyerin Sahil sıra dağları, Alp-Himalay qurşağına daxil olan sıra dağlar, Asiyanın Sakit okean qurşağının adaları yaranmışdır. Bu mərhələdə formalaşmış dağlar cavan dağlardır. Cavan dağlarda dağəmələgəlmə prosesləri hələ də davam edir.    
            
          Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?