Fiziki coğrafiya

Relyef formaları

  • Yazar
  • 13-okt-2024, 23:07
  • 31 Baxış

Materiklər hər tərəfdən okean suları ilə əhatə olunan nəhəng quru parçalarıdır. Materik çıxıntıları və okean çökəklikləri planetimizin ən böyük relyef formalarıdır. Daxili proseslərin fəaliyyəti ilə yaranan relyef formaları morfostruktur adlanır. Morfostrukturlara qurudakı və okean dibindəki sıra dağlar, vulkanlar, böyük düzənliklər, dərin okean çökəklikləri və s. daxildir. Ölçülərinə görə morfostrukturlar planetar (materik çıxıntıları, okean çökəkliləri, nəhəng dağlıq qurşaqlar və s.), meqa (dağlar və böyük düzənliklər), makro (dağ silsilələri), mezo (iri çay dərələri, zirvələr və s.), mikro (barxanlar, dyunlar və s.

Endogen qüvvələrin təsiri ilə yaranmış relyef formaları yarandığı vaxtdan xarici qüvvələrin – küləyin, temperaturun, səth və yeraltı suların, buzlaqların, okean dalğalarının və s. təsirinə məruz qalır. Onların fəaliyyəti ekzogen proseslər adlanır. Ekzogen proseslərin təsiri nəticəsində süxurlar aşınır, yəni parçalanır.

Aşınmanın 3 növü var: fiziki, kimyəviüzvi. Havanın temperaturunun gün ərzində dəyişməsi ilə süxurlar istidən genişlənir, soyuqdan isə sıxılır. Nəticədə süxurlar parçalanır - fiziki aşınma baş verir. Bu proseslər səhralarda daha sürətli olur. Aşman toz və qum hissəcikləri küləyin təsiri ilə defliyasiyayaməruz qalır, havada sovrulur, nəticədə səhralarda barxandyunlar yaranır. Barxan təpələri oraq formasında olur. Külək tutan yamac az meyilli, külək tutmayan yamac isə dik olur. Dyunlar və ya qum təpələri küləyin təsiri ilə yerini dəyişməsi ilə fərqlənir. Küləyin fəaliyyəti ilə yaranan belə formalar eol relyef adlanır. Canlı orqanizmlərin təsiri ilə də süxurlar parçalanır. Bu proses üzvi aşınma adlanır. Süxurların suda həll olub tərkibini dəyişərək dağılması kimyəvi aşınmadır. Kimyəvi aşınma rütubətli ərazilərdə daha intensiv baş verir.

Suyun, küləyin və buzlaqların təsiri ilə süxurlar parçalanır və dağılır. Bu proses eroziya adlanır.

Eroziyanın təsiri ilə Yer səthində müxtəlif relyef formaları yaranır. Yeraltı sular suda həll olunan süxurları (əhəngdaşı, gips, dolomit və s.) yuyaraq boşluqlar – mağaralar yaradır.

Onları karst mağaraları da adlandırırlar. Avropanın cənubunda yerləşən Karst platosunda belə mağaralar çoxdur. Ən böyük mağara Amerikada olan Flint-Mamont mağarasıdır. Onun ümumi uzunluğu 680 km-ə çatır.

Meyilli ərazilərdə qum və gil süxur layları arasında toplanan yeraltı sular sürüşmələrin baş verməsinə səbəb olur. Azərbaycanda sürüşmələr Böyük Qafqaz ərazisində daha çox baş verir.

Buzlaqların təsiri ilə buzlaq relyef formaları – troq dərələri, karlar, sirklər, moren təpələr və s. formalaşır. Buzlaqların dağıdıcı fəaliyyəti ekzarasiya adlanır. Ekzogen proseslərin fəaliyyəti ilə yaranan relyef formalarına morfoskulptur deyilir. Morfoskulpturlar, əsasən, mikro relyef formaları hesab olunur.

Dyun

Barxan

Sürüşmə



          

Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?