Fiziki coğrafiya

Dağlar

  • Yazar
  • 13-okt-2024, 23:17
  • 35 Baxış

 

Yer səthində əmələ gələn bütün alçaq-hündürlüklər relyef (fr. relyef-qabarıqlıq) adlanır. Relyef formaları qabarıq, nisbətən hündür (təpələr, sıra dağlar) və batıq, alçaq (çökəkliklər, çay dərələri) ola bilər.

Yerdə ən böyük müsbət relyef formaları materiklər, ən böyük mənfi relyef formaları okean çökəklikləridir. Materiklərdə relyef dağlar və düzənliklərə ayrılır.

Yer səthində ətəyi və zirvəsi arasındakı hündürlük fərqi 200 metrdən çox olan,zirvəsi, yamacları və ətəyi aydın nəzərə çarpan, kəskin

parçalanmış relyef formasına dağ deyilir. Ərazidə ətəyi və zirvəsi arasındakı hündürlük fərqi 200 m-dən az olan relyef forması təpə adlanır.

Dağların ən yüksək nöqtəsi onun zirvəsidir.Zirvə şiş uclu olduqda ona pik deyilir. Pik buzlaqların fəaliyyəti nəticəsində yaranır. Dağların ən yüksək nöqtələrini birləşdirən şərti xətt suayrıcı və ya yal adlanır. Suayrıcı dağın üzərinə düşən yağıntını müxtəlif istiqamətlərə ayırır. Dağların zirvələrini birləşdirən xətt boyu keçid üçün əlverişli olan alçaq yerlər aşırımdır.

Dağların əsas elementləri

Aşırım dağların bir yamacından digərinə keçməyə imkan verir, onlardan nəqliyyat yolları, boru kəmərləri keçir, bəzən tunellərdə istifadə olunur. Azərbaycanda Baş Qafqaz sıra dağlarında Salavat aşırımı (2915 m), Zəngəzur silsiləsində Biçənək aşırımı (2346 m) vardır. Yamac ilə düzənlik arasındakı maili sahələr ətək, zirvə ilə ətək arasında qalan ərazilər isə yamac adlanır.

Dağ mütləq yüksəkliyinə görə alçaq, orta və yüksək dağlara ayrılır. Alçaq dağlar 1000 m-ə qədər mütləq yüksəkliyə malik olur. 1000 metrdən 2000 metrə qədər mütləq hündürlüyü olan dağlar orta hündürlüklü dağlardır. Mütləq yüksəkliyi 2000 metrdən çox olan dağlar isə yüksək dağlardır.

dağların mütləq hündürlüyünə görə bölgüsü
Dağlar, düzülərək, əsasən, bir-birinin ardıncasıra dağları əmələ gətirir. Yerin quru sahələrində And-Kordilyer və Alp-Himalay ən uzun və hündür dağlıq qurşaqlardır.
Sanskrit dilində Himalay “qarlar məskəni” deməkdir, Comolunqma tibet dilindən “Yer Allahı” kimi tərcümə olunur. İngilislər onu Everest adlandırır. Himalay dağlarında 500 zirvə Alp dağlarının ən yüksək zirvəsi olan Monblan zirvəsindən (4807 m) yüksəkdir. Burada 10 zirvənin hündürlüyü 8000 m-dən yuxarıdır.

Yer səthinin əsas relyef formalarından biri olan dağlar qurunun 40% dən çox hissəsini əhatə edir. Dağlar bir-birindən yaranmasına, yəni mənşəyinə və yaşına görə fərqlənir. Mənşəyinə görə dağlar tektonik və vulkanikolur.

Tektonik dağlar qırışıq, faylı və qırışıq-faylıqruplara bölünür (a).

Qırışıq dağlar seysmik zonalarda, süxur laylarının sıxılması nəticəsində yaranır. Dünyanın ən uzun qırışıq dağ sistemi quruda Şimali və Cənubi Amerikanın qərbində yerləşən Kordilyer- And dağlarıdır. Alp-Himalay dağ sistemində yerləşən - Alp, Qafqaz, Kopetdağ, Pamir, Hindiquş, Himalay və Afrikadakı Atlas dağları da qırışıq dağlardır.

Qırışıq-faylı dağlar Yer kürəsində seysmik fəallığını tamamilə itirməyən ərazilərdə yaranır. Belə dağlar (Tyan-Şan, Altay, Sayan) yenidən tektonik proseslərə məruz qalmışdır.

Faylı dağlar seysmik zonalardan kənarda yerləşən, zəif parçalanmış ərazilərdəki qədim dağlardır.

a

Qırışıq dağlar

Qırışıq-faylı dağlar

Faylı dağlar

Onlara Kap, Əjdaha, Ural, Appalaç, Skandinaviya, Böyük Suayrıcı və s. misal ola bilər.

Vulkanik dağlar. Bəzi dağlar vulkanların fəaliyyəti nəticəsində yaranır (b). Adətən, belə dağlar silsilə yaratmır və konus formasında olur. Nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarındakı Mauna-Kea dağıdır (10040 m). Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Kotopaxi və s. vulkanların fəaliyyəti nəticəsində yaranan dağlardır.

Yaşına görə dağlar cavanqədim olur. Cavan dağlar hündür və kəskin parçalanmış olur. Qırışıq dağlar cavan dağlardır. Qədim dağlar xarici qüvvələrin təsiri ilə dağıldığından hündürlükləri az olur və nisbətən zəif parçalanır. Faylı dağlar qədimdir.Qırışıq- faylı dağlar yenidən fəallaşmaya məruz qalırlar.

b

Vulkanik dağlar.
Belə dağlar sıra şəklində olmur (silsilə) və konus formasında rast gəlinir

         

Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?